Icma.az
close
up
RU
Azərbaycan idman ölkəsidir

Azərbaycan idman ölkəsidir

Yeniazerbaycan saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Davamlı dövlət qayğısının növbəti təzahürü

1997-ci ildən başlayan tarix...

Hazırda Azərbaycanın dünyada idman ölkəsi kimi tanınmasını şərtləndirən əsas amil bu sahədə həyata keçirilən dövlət siyasəti ilə bağlıdır. Ölkəmizdə Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsinə uyğun olaraq idmanın inkişafına davamlı şəkildə diqqət göstərilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirlib. Müvafiq Sərəncamla ölkə idmanının inkişafında xüsusi xidmətləri olan bir qrup idmançının və idman mütəxəssisinin təltif edilməsi və yüksək fəxri adlara layiq görülməsi də respublikamızda idmana göstərilən davamlı dövlət qayğısının növbəti təzahürüdür.

Ölkəmizdə Prezident İlham Əliyev ilk dəfə 1997-ci il 31 iyul tarixində Milli Olimpiya Komitəsinin (MOK) prezidenti seçilməsi ilə idmanın inkişafında keyfiyyətcə yeni mərhələ başlayıb. Həmin tarixədək İlham Əliyevin müxtəlif sahələrdə qazandığı uğurlar idman ictimaiyyətində belə bir yüksək inam formalaşdırmışdı ki, məhz O, Azərbaycan idmanını yeni uğurlara daşımağa qadirdir. Öz növbəsində İlham Əliyev Ona bəslənən ümidləri yüksək səviyyədə doğruldub. MOK-un yeni rəhbərinin milli təəssübkeşliyi, perspektivli idmançılara böyük qayğı ilə yanaşması, klubların, federasiyaların maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir idman infrastrukturunun qurulması, Bakının qəsəbələrində və regionlarda İdman-Olimpiya Komplekslərinin inşası bütövlükdə ölkənin idman həyatında yüksəliş dalğası yaradıb. MOK-un 2025-ci il fevralın 18-də keçirilən IX Hesabat-seçki baş məclisində Azərbaycan Prezidenti İlham Əliyev yenidən növbəti 4 il müddətinə  Milli Olimpiya Komitəsinin  prezidenti seçilib. Prezident İlham Əliyevin yenidən MOK-un prezidenti seçilməsi təsadüfi deyil. Bu seçimin arxasında Onun qurumun rəhbəri kimi çalışdığı illərdə ölkənin idman ictimaiyyətinin etimadını yüksək səviyyədə doğrultması amili dayanır. Azərbaycanda idman və çoxminli idmançılar ordusu MOK-un  prezidenti İlham Əliyevin simasında öz böyük hamilərini tapıblar. MOK-un yeni rəhbərliyinin təşəbbüsü ilə respublikamızda idman təsərrüfatının yenilənməsi, o cümlədən də bu sahədə müasir infrastrukturun yaradılması diqqət mərkəzində saxlanılır. Hazırda ölkəmiz idman infrastrukturu təminatı baxımından dünyanın inkişaf etmiş ölkələrindən geri qalmır. Təkcə belə bir faktı qeyd edək ki, son 22 ildə Prezident İlham Əliyevin göstərişləri əsasında paytaxt Bakıda və regionlarda 50-dək müasir Olimpiya İdman Kompleksi tikilərək istifadəyə verilib.

Ölkəmizin uğurla ev sahibliyi etdiyi Birinci Avropa Oyunlarına hazırlıq çərçivəsində Təşkilat Komitəsinin rəhbəri Mehriban xanım Əliyevanın böyük əməyi sayəsində həyata keçirilən layihələr respublikamızın idman infrastrukturunu əhəmiyyətli dərəcədə zənginləşdirib. Birinci Avropa Oyunlarına hazırlıq məqsədilə 5 müasir idman qurğusu-Milli Gimnastika Arenası, BMX Veloparkı, Bakı Su İdmanı Mərkəzi, Bakı Atıcılıq Mərkəzi və möhtəşəm Olimpiya Stadionu inşa edilib. Bundan başqa, yüksək dünya standartları səviyyəsində yaradılan atletlər kəndi barədə də ən xoş söz söyləmək mümkündür. Paytaxtda və regionlarda yeniyetmələr, gənclər yaradılan idman obyektlərində məşqlər edir və böyük idmana doğru irəliləyirlər.

Azərbaycan idmançılarının möhtəşəm uğurları

Öz növbəsində davamlı dövlət qayğısından bəhrələnən idmançılarımız beynəlxalq yarışlarda ölkəmizi uğurla təmsil edirlər. İlk növbədə onu qeyd edək ki, son illərdə beynəlxalq miqyaslı yarışlara, olimpiadalara qatılan idmançılarımızın sayı əhəmiyyətli dərəcədə artıb. Onlar dünya səviyyəli çempionatlarda parlaq qələbələr qazanmaqla mötəbər arenalarda bayrağımızın ucaldılmasına, himnimizin səsləndirlməsinə nail olurlar.

Azərbaycan idmançılarının Olimpiya Oyunlarında öz nəticələrini getdikcə daha da yaxşılaşdırmalarını xüsusi qeyd edə bilərik. Olimpiya Oyunları bütün digər idman yarışları arasında xüsusi yer tutan bir yarışdır, dörd ildən bir keçirilən idman bayramıdır və əlbəttə ki, hər bir idmançı, hər bir ölkə bu Oyunlara xüsusilə hazırlaşır. Ötən il Fransada baş tutan 33-cü Yay Olimpiya Oyunlarında - “Paris - 2024” - də də Azərbaycan idmançılarının çıxışları uğurlu olub. Prezident İlham Əliyev Olimpiadada Azərbaycanın dünyanın ən güclü 30 ölkəsi arasında yer almasını “çox yaxşı nəticə” kimi dəyərləndirib. Bütövlükdə, idmançılarımız Parisdə 2 qızıl, 2 gümüş və 3 bürünc medal qazanıblar. Azərbaycan komandasının heyətində cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, taekvondoçu Qaşım Maqomedov (58 kiloqram) və boksçu Alfonso Dominqes (92 kiloqram) gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kiloqram), sərbəst güləşçilər Maqomedxan Maqomedov (97 kiloqram) və Giorgi Meşvildişvili (125 kiloqram) isə bürünc medala sahib çıxıblar. Bununla da Azərbaycan medal əyarına görə Tokio Olimpiadasındakı nəticəsini yaxşılaşdırıblar. Xatırladaq ki, idmançılarımız 2021-ci ildə Yaponiya paytaxtında keçirilmiş yarışda 3 gümüş və 4 bürünc mükafata sahib çıxmış, medal sıralamasında 67-ci olmuşdular.

Həmçinin Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası Paris Olimpiadasında tarixi nəticəyə imza atıb. Belə ki, final mərhələsində Zeynəb Hümmətova, Darya Sorokina, Ləman Əlimuradova, Güllü Ağalarzadə və Yelizaveta Luzandan ibarət kollektiv 3 lent və 2 topla hərəkətlərdə 31.600 xal toplayıb. Daha əvvəl 5 halqa proqramında hakimlərdən 34.850 xal alan yığma iki hərəkətin cəmində 66.450 xalla 5-ci pilləni tutub.  Qeyd edək ki, Azərbaycan “Paris-2024” Yay Olimpiya Oyunlarında 15 idman növü üzrə 48 idmançı ilə təmsil olunub. İdmançılarımızın 33-cü Yay Olimpiya Oyunlarında qazandıqları yüksək nəticələrdən məmnunluğunu bildirən Prezident İlham Əliyev deyib ki, bizim Olimpiya Oyunlarındakı uğurlarımız əvvəlki illərdə də, son Oyunlarda da göstərir ki, Azərbaycan güclü idman dövlətidir. “Onu da bildirmək istəyirəm ki, müsəlman ölkələri arasında Azərbaycan üçüncü yerdə qərarlaşıb. Nəzərə alsaq ki, İslam Əməkdaşlıq Təşkilatında 57 üzv mövcuddur, hesab edirəm, bu, çox gözəl və tarixi nəticədir. Bütövlükdə komandamızın çıxışına qiymət verərək mən hesab edirəm ki, bizim idmançılarımız ən yüksək qiymətə layiq olmalıdır”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Azərbaycan idmançıları cari ilin sentyabr-oktyabr aylarında ölkəmizin ev sahibliyi ilə keçirilən III MDB Oyunlarında da yüksək nəticələr qazanıblar. Yarışlar “2025-ci ildə Müstəqil Dövlətlər Birliyinin idman paytaxtı” olan Gəncə şəhərində və ölkəmizin digər 6 şəhərində keçirilib  O cümlədən Gəncədə 8, Mingəçevirdə 4, Qəbələdə 4, Şəkidə 3, Göygöldə 2, Yevlaxda 1 və Xankəndidə 1 idman növü üzrə yarışlar təşkil olunub. Azərbaycan Oyunları ümumilikdə 184 medalla başa vurub. Bunların 33-ü qızıl, 56-sı gümüş, 95-i isə bürünc mükafatdır. Ölkəmiz bu göstərici ilə ümumi medal sıralamasında 2-ci yeri tutub. İlk sırada Rusiya qərarlaşıb. Beləliklə, Azərbaycan idmançıları 2021-ci ildən təşkil olunan MDB Oyunlarında ən yaxşı nəticəsinə imza atıb. Ölkəmiz I Oyunlarda 60 (16 qızıl, 16 gümüş, 28 bürünc), ikincidə isə 62 (10 qızıl, 17 gümüş və 35 bürünc) medal əldə etmişdi.

Beynəlxalq idman ictimaiyyətinin Azərbaycana olan inamının artması ölkəmizdə idmanın inkişafının daha bir göstəricisi kimi dəyərləndirilə bilər. Son illərdə respublikamız müxtəlif beynəlxalq turnirlərə, o cümlədən I Avropa Oyunlarına, IV İslam Həmrəyliyi Oyunlarına, yuxarıda xatırlatdığımız III MDB Oyunlarına böyük uğurla ev sahibliyi edib. Bakıda 2016-cı ildən təşkil olunan “ Formula -1” yarışları da dünyada böyük maraqla izlənilir. Daha bir mühüm məqam ondan ibarətdir ki, Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyası Bakı şəhərini 2026-cı il üçün dünyanın “İdman paytaxtı” seçib. 2025-ci ilin sonunda Belçikanın paytaxtı Brüsseldə, Avropa Parlamentində Bakı şəhərinin dünyanın “İdman Paytaxtı” olaraq rəsmi təqdimat mərasiminin keçirilməsi planlaşdırılır.

Mübariz ABDULLAYEV

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:168
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 28 Noyabr 2025 12:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əvəzedicilər Liqası: II turun başlama vaxtı bilindi

10 İyul 2026 23:02see352

Zakir Həsənovdan Vətən Müharibəsi Qəhrəmanına böyük jest RÜTBƏSİNİ ARTIRDI

11 İyul 2026 19:42see331

Xameneinin tabutunu daşıyan gizli şəxs kimdir? VİDEO

11 İyul 2026 10:18see315

Ərdoğan Livanın Baş nazirini qəbul etdi

11 İyul 2026 02:36see312

İranın milyardlarla dollarlıq əməliyyatları ifşa edildi ABŞ hərəkətə keçdi

11 İyul 2026 09:38see266

ABŞ nin Rusiyaya qarşı sarsıdıcı sanksiyalar ı razılaşdırılıb Lindsi Qrem

10 İyul 2026 23:40see246

Alla Puqaçovadan ŞOK ADDIM Mayamidəki villasına 1 dollar qiymət qoydu...

11 İyul 2026 02:05see203

Dronların hava məkanından istifadəsi nəzarətə GÖTÜRÜLÜR

10 İyul 2026 18:26see200

Söz və qələm: Jurnalistikanın əbədi gücü...

10 İyul 2026 14:43see179

Kim bilir sabahım necə gələcək

10 İyul 2026 21:02see178

Öldürülsə, İrana görünməmiş zərbələr endirməyi tapşırıb

10 İyul 2026 21:02see177

Azərbaycan kinosunun ən uğurlu 18+ filmi (VİDEO)

11 İyul 2026 05:19see171

Yamal Fransaya meydan oxudu “Onların qorxmalı olduğu komanda bizik”

11 İyul 2026 02:23see167

Azərbaycan Özbəkistan vətəndaşını ölkəsinə ekstradisiya etdi

10 İyul 2026 18:20see165

Dünyanın gözü Hörmüzdə: ABŞ nin İrana verdiyi vaxt bitir, gəmilər radarlardan itir

11 İyul 2026 09:02see162

Argentina İsveçrə matçında daha bir qol CANLI YENİLƏNİR

12 İyul 2026 06:32see161

Zelenski silah çatdırılmasının sürətindən narazıdır

12 İyul 2026 00:33see157

Qələbənin memarı: Cənab Ali Baş Komandan kitabının təqdimatı olub

11 İyul 2026 14:34see156

“Rihanna dördüncü dəfə ana olacaq”

11 İyul 2026 08:41see152

Fidan: Kiçik bir səhv yeni böhrana səbəb ola bilər

10 İyul 2026 21:46see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri