Azərbaycan Həndbol Federasiyasının rəsmisi: Aydan və Ləman Həmidova bacıları Avropada “gənc referi” kateqoriyasındadır
Icma.az, Report.az portalına istinadən məlumat verir.
Aydan və Ləman Həmidova bacıları Avropda “gənc referi” kateqoriyasındadır.
Bunu “Report”a açıqlamasında Azərbaycan Həndbol Federasiyasının (AHF) İdman şöbəsinin rəhbəri, Avropa Həndbol Federasiyasının nümayəndəsi İsgəndər Əsgərov deyib.
Mütəxəsis onların perspektivini dəyərləndirib:
“Hazırda Ernest və Emil Ağakişi qardaşlarından əlavə bir cütlüyümüz var. Aydan və Ləman Həmidova bacıları Avropda “gənc referi” kateqoriyasındadır. Birdən-birə yüksək səviyyəli kateqoriya əldə etmək olmaz. Bunun üçün müəyyən mərhələlər keçilməlidir, imtahan verilməlidir”.
O, rayonlardakı məşqçilər üçün keçirilən seminarın nəticələri haqqında təəssüratlarını bölüşüb və çempionata yeni komandaların cəlb ediləcəyini nəzərə çatdırıb:
“Rayon komandalarının məşqçiləri üçün seminar keçirdik. “Kür” komandasının iranlı baş məşqçisi Nasser Salimi həndbolun texnikası və taktikasından danışdı, gənc məşqçilər üçün gözəl izahlar ortaya qoydu. Bundan əlavə, yeni qaydalar və zona yarışları ilə bağlı müzakirələr apardıq. Martdan etibarən bir neçə zona üzrə yarışlar başlayacaq. Rayonlarda üç, Bakıda iki zona üzrə çempionat təşkil ediləcək. Final mərhələsi isə Bakıda baş tutacaq. Sözsüz ki, əlavə komandaların cəlb olunması planlaşdırılır".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:144
Bu xəbər 22 Yanvar 2025 17:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















