Icma.az
close
up
RU
Azərbaycan hər zaman sülh və təhlükəsizliyin tərəfdarıdır

Azərbaycan hər zaman sülh və təhlükəsizliyin tərəfdarıdır

Icma.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq.

Müstəqilliyin ilk illərində qarşılaşdığımız ağır sınaqlar, siyasi və hərbi təzyiqlər xalqımızın azadlıq iradəsini sarsıda bilmədi. Ulu Öndər Heydər Əliyevin siyasi iradəsi və müdrik rəhbərliyi sayəsində müstəqilliyimiz qorunaraq möhkəmləndirildi, dövlətçiliyimizin sarsılmaz təməlləri qoyuldu. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycan öz suveren hüquqlarını tam şəkildə təmin etmiş, ərazi bütövlüyünü bərpa etmiş, regionun aparıcı dövlətinə çevrilmişdir.

XX əsrin sonlarında azadlıq hərəkatının güclənməsi, xalqın birliyi və siyasi iradəsi nəticəsində Azərbaycan öz müstəqil dövlətini bərpa etdi. Lakin müstəqilliyin ilk illərində torpaqlarımızın bir hissəsi işğal altına düşdü, yüz minlərlə soydaşımız öz yurd-yuvasından didərgin salındı. Buna baxmayaraq, xalqımız öz azadlıq əzmini qorudu, dövlətçiliyini möhkəmləndirdi və milli iradəsindən dönmədi. Tariximizin müxtəlif mərhələlərində xalqımız saysız-hesabsız sınaqlarla üzləşmiş, çətinliklərə, məhrumiyyətlərə və işğallara məruz qalmışdır. Amma heç bir qüvvə xalqımızın müstəqillik iradəsini, dövlətçilik arzularını sarsıda bilməmişdir. Çünki Azərbaycan xalqının ruhunda azadlıq sevgisi, müstəqillik əzmi və milli dövlətə sahib olmaq istəyini heç vaxt boğmaq mümkün olmayıb. Ermənistan silahlı birləşmələrinin 1990-cı illərin əvvəllərində baş verən hərbi təcavüzü nəticəsində Azərbaycan ərazilərinin bir hissəsi işğal olunmuşdu. Bu vəziyyətə beynəlxalq reaksiya verildi: BMT Təhlükəsizlik Şurası 1993-cü ildə bir sıra qətnamələr qəbul edərək işğal edilmiş ərazilərdən qoşunların dərhal, tam və şərtsiz çıxarılmasını tələb etdi. Azərbaycana qarşı hərbi təcavüzün nəticələrinin aradan qaldırılması və BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin həyata keçirilməsi üzrə 30 ilə yaxın davam edən danışıqlar prosesi Ermənistanın destruktiv mövqeyinə görə nəticə vermədi. Lakin
2020-ci ilin payızında Azərbaycan Ordusunun rəşadəti, xalqımızın birliyi və dövlət rəhbərliyinin qətiyyəti sayəsində 30 ilə yaxın davam edən işğala son qoyuldu. Tarixi ədalət bərpa olundu, Azərbaycanın ərazi bütövlüyü təmin edildi. 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanat isə bölgədə yeni siyasi reallıqların əsasını qoydu.
Azərbaycan dövləti hər zaman beynəlxalq hüquqa, ədalətə və sülhə sadiq qalmışdır. Lakin uzun illər ərzində torpaqlarımızın bir hissəsində qeyri-qanuni silahlı birləşmələrin mövcudluğu, təxribatlar və terror aktları ölkəmizin təhlükəsizliyinə, regionun sabitliyinə ciddi təhdidlər yaradırdı. Bütün dövlətlər, beynəlxalq təşkilatlar şahidilər ki, Azərbaycan dəfələrlə bu qanunsuz silahlı dəstələrin tərksilah edilməsini tələb etmiş, beynəlxalq tərəfdaşları vasitəçiliyə çağırmış, sülh çağırışlarını səsləndirmişdir. Təəssüf ki, bu çağırışlar cavabsız qalmış, terrorçu qruplar yeni təxribatlara əl atmaqdan çəkinməmişdir. İkinci Qarabağ müharibəsində qazanılan tarixi Zəfər Azərbaycanın dövlət suverenliyini daha da gücləndirdi və müstəqilliyimizin dönməzliyini bütün dünyaya nümayiş etdirdi. 2023-cü il 23 aprel tarixində Azərbaycan hökuməti mühüm addım ataraq Laçın-Xankəndi yolunun başlanğıcında nəzarət-buraxılış məntəqəsi yaratdı. Bu addım ölkəmizin suveren hakimiyyətinin bərpasında strateji mərhələ oldu. Belə bir şəraitdə Azərbaycan dövləti 2023-cü ilin sentyabrında lokal xarakterli antiterror tədbirləri keçirməyə məcbur oldu. Bu tədbirlərin əsas məqsədi ölkəmizin suverenliyini və konstitusiya quruluşunu bərpa etmək, qeyri-qanuni silahlı dəstələri zərərsizləşdirmək, vətəndaşlarımızın təhlükəsizliyini təmin etmək idi. Qısa müddətdə aparılan bu əməliyyatlar yüksək peşəkarlıqla həyata keçirildi. Dinc əhaliyə zərər dəymədi, mülki infrastruktur qorundu. Azərbaycan bir daha sübut etdi ki, bütün addımlarında beynəlxalq humanitar hüquqa sadiqdir.
Antiterror tədbirlərinin nəticəsində Azərbaycan öz suverenliyini tam bərpa etdi. Dövlət bayrağımız Qarabağın hər guşəsində ucaldıldı, qanunsuz silahlı qruplaşmalar tərksilah edildi. Bu, həm də bölgədə sülhün və sabitliyin təmin olunması istiqamətində həlledici addım oldu. Hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini qurmaq və inkişaf etdirmək tarixi varlığının, milli iradəsinin ən yüksək zirvəsidir. 20 Sentyabr – Dövlət Suverenliyi Günü yalnız hüquqi sənədin qəbul edilməsi faktı deyil, həm də xalqımızın müstəqillik iradəsinin, milli özünüdərk prosesinin, dövlət quruculuğu əzminin təntənəsi idi. Bu gün bizə xatırladır ki, Azərbaycan xalqı azadlıq və müstəqillik uğrunda bütün sınaqlardan keçərək öz milli dövlətini bərpa etmişdir. Bu, sadəcə siyasi hüquq deyil, həm də milli kimliyin, şərəfin və gələcək nəsillərə miras qoyulan ən müqəddəs dəyərdir. Azərbaycan xalqı əmindir ki, dövlət suverenliyi əbədi və dönməzdir. Bu, bütün vətəndaşlarımız üçün həm fəxarət mənbəyi, həm də gələcək inkişafımızın təminatıdır. Azərbaycan xalqı üçün də bu amal əsrlər boyu ən böyük hədəf olmuş, hər bir nəsil öz gücü, əzmi və mübarizəsi ilə bu yolun bir hissəsini qət etmişdir.
20 sentyabr 2024-cü il tarixi Azərbaycan üçün ikiqat önəm daşıyır: Dövlət Suverenliyi Gününün qeyd ediləcəyi gün və Qarabağ Universitetinin təmirdən sonra açılışı. Bu gün eyni zamanda, Azərbaycan dövlətinin torpaqlarının işğaldan azad edilməsi, suverenliyin bərpası və gələcək nəsillərin elm və təhsil yolu ilə inkişafı üçün yeni imkanların yaradılması kimi tarixi mərhələnin davamıdır. Prezident İlham Əliyev bu əlamətdar gündə Qarabağ Universitetinin müəllim və tələbə heyəti ilə görüşdə çıxış edərək, dövlətin bu sahəyə olan yüksək diqqətini, tələbələrin və müəllimlərin üzərinə düşən məsuliyyəti və gələcək hədəflərini aydın şəkildə ortaya qoydu. Bu gün Azərbaycan dövləti öz ərazi bütövlüyünü bərpa etmiş, suverenliyini tam şəkildə təmin etmişdir. Bu uğur qəhrəman əsgər və zabitlərimizin şücaəti, şəhidlərimizin müqəddəs qanı bahasına əldə olunmuşdur. Ərazi bütövlüyü və suverenlik sadəcə hüquqi anlayış deyil, xalqımızın milli sərvətidir. Bu sərvəti qorumaq, möhkəmləndirmək və gələcək nəsillərə ötürmək hər birimizin müqəddəs borcudur. 2025-ci ildə Azərbaycan xalqı ilk dəfə bu günü rəsmi olaraq qeyd edir. Bu hadisə yalnız dövlətçilik tariximiz üçün deyil, həm də milli kimliyimizin möhkəmlənməsi baxımından böyük əhəmiyyət daşıyır. Dövlət Suverenliyi Günü xalqımızın keçdiyi çətin, lakin şərəfli mübarizə yolunun xatırladılması və gələcək nəsillərə ötürülməsi üçün mühüm platformadır.

Həbib Misirov
YAP Kəlbəcər rayon təşkilatının sədri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:27
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 22 Sentyabr 2025 17:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib

22 Sentyabr 2025 11:31see194

Rəsmi Moskva Avropanın İrana qarşı sanksiyalarını təxribat ADLANDIRDI

21 Sentyabr 2025 01:29see167

Fransa çempionartı: Meydan sahiblərinin üstünlüyü

21 Sentyabr 2025 01:53see160

Azərbaycan və Ermənistan münsiflərinin bu addımı gündəm oldu İlk dəfə

21 Sentyabr 2025 23:08see160

Brabus ultra güclü Geländewagen i təqdim etdi…

21 Sentyabr 2025 00:47see146

Silvestr Stallone: ​​“Texnologiya məni 18 yaşına çatdıra bilər...”

20 Sentyabr 2025 21:47see140

“Rusiyanın Ermənistanda xüsusi qrupu fəaliyyət göstərir...” “Qurumların 70 faizdən çoxu Kremlin nəzarətindədir ”

21 Sentyabr 2025 13:04see139

Maduro: Venesuela xalqı ABŞ ın təhdidləri qarşısında birləşib

21 Sentyabr 2025 07:38see137

Polşanın Çinlə sazişi Avropa İttifaqında narazılıq yaradıb

21 Sentyabr 2025 03:39see134

Tanınmış müğənnidən ŞOK AÇIQLAMA: Ayda 30 manata şərh yazırlar

21 Sentyabr 2025 13:54see134

Real Espanyol u üstələdi, Atletik dən məğlubiyyət

21 Sentyabr 2025 01:51see133

Səhər bu qidanı yemək zərəlidir Xəbərdarlıq

21 Sentyabr 2025 04:04see132

Həndbol üzrə Azərbaycan Kubokunun yarımfinalçıları müəyyənləşib

21 Sentyabr 2025 02:57see132

Sürücülərin NƏZƏRİNƏ: Bakının əsas yollarından birində sürət həddi aşağı salınıb

21 Sentyabr 2025 01:07see131

Gənc oğlan və qızlar arasında UÇURUM Niyə biri biriləri ilə YOLA GETMİRLƏR?

21 Sentyabr 2025 14:02see129

Dövlət Suverenliyi Günü münasibətilə Xankəndi şəhərinə mediatur təşkil olunub FOTOLAR

21 Sentyabr 2025 10:09see128

“Dəbdə” olan xəstəlik: Gecə başlayıb gündüzü “zəhər” edir

21 Sentyabr 2025 16:00see127

Xaos deyil, sərt tədbirlər olacaq Zaxarova

22 Sentyabr 2025 02:24see125

HƏMAS dan Fələstinin tanınmasına reaksiya...

21 Sentyabr 2025 23:00see125

Filippində iğtişaşlar: 40 a yaxın polis əməkdaşı yaralanıb

22 Sentyabr 2025 02:49see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri