Icma.az
close
up
RU
QHT sədri: Azərbaycan hər zaman nəqliyyat yollarının şaxələndirilməsinin tərəfdarıdır

QHT sədri: Azərbaycan hər zaman nəqliyyat yollarının şaxələndirilməsinin tərəfdarıdır

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 14 noyabr, AZƏRTAC

ABŞ və Çin bu gün qlobal güc yarışını əsasən iqtisadi rəqabət müstəvisində aparırlar. Silahlı münaqişələr dövlətləri zəiflətdiyi halda, iqtisadi mübarizə əksinə, rəqabət aparan gücləri daha da möhkəmləndirir və qlobal təsir dairəsini genişləndirir. Son dövrlərdə ABŞ siyasətinin diqqətlə izlənməsi göstərir ki, Tramp administrasiyası Mərkəzi Asiya və Cənubi Qafqazda iqtisadi maraqlara əsaslanan, iqtisadi əməkdaşlığı möhkəmləndirən və siyasi dialoqu gücləndirən addımlar atır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə deyib.

O bildirib ki, bu baxımdan ABŞ Prezidenti Donald Trampın Ağ Evdə Mərkəzi Asiya ölkələrinin liderləri ilə keçirdiyi “C5+1” formatlı görüş regionda iqtisadi əməkdaşlığın yeni mərhələyə keçdiyini göstərir. 2015-ci ildə əsasları qoyulan bu platforma Tramp dövründə daha fəal və strateji fazaya daxil olub. ABŞ Prezidenti Donald Tramp “C5+1” görüşü zamanı bəyan edib ki, TRIPP (The Trump Route for International Peace and Prosperity – “Tramp marşrutu”) layihəsi dünyanın iqtisadi cəhətdən vacib regionundan keçən nəqliyyat dəhlizidir. Bu, Xəzər dənizinin o tayında ticarətin inkişafını stimullaşdırmaq və Mərkəzi Asiya ölkələrinin inkişafına töhfə vermək məqsədi daşıyır. Bu layihə, eyni zamanda, iqtisadi cəhətdən vacib regiondan keçir.

QHT sədri deyib ki, ABŞ-ın sərmayə etdiyi iqtisadi layihələrin Mərkəzi Asiyadan Qərbə uzanan ən real və təhlükəsiz marşrutu Xəzər dənizi və Azərbaycan üzərindən keçir. Təbii ki, bu zəncirin mühüm halqalarından biri də Zəngəzur dəhlizidir.

Bu məsələdə Azərbaycanın mövqeyi tamamilə müsbətdir. Azərbaycan hər zaman nəqliyyat yollarının şaxələndirilməsinin tərəfdarıdır. Çünki bu siyasət təkcə ölkəmizin strateji gücünü artırmır, həm də Avropanın enerji və digər ticarət təhlükəsizliyini təmin edən yeni imkanlar yaradır. Eyni zamanda, Azərbaycanın Türk dünyasında oynadığı aparıcı rol və Mərkəzi Asiya ölkələri ilə yaxın münasibətləri bu əməkdaşlıq xəttini daha da gücləndirir. Bakı və Vaşinqton arasında son illər formalaşan isti münasibətlər isə bütün bu ehtimalların yaxın zamanda reallığa çevrilə biləcəyini göstərir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:38
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 Noyabr 2025 16:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see240

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see237

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see215

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see210

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see177

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see153

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see150

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see146

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see146

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see137

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see137

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see136

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see135

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see133

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see133

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see128

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri