Icma.az
close
up
RU
Menu

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı Mükafat xəstə uşaqlara bağışlandı FOTO

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

Alətsiz effektiv hərəkətlər və ya evdə fitnes mümkündürmü?

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

Beyaz bu tarixdə ekranlara dönür Video

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

Netanyahu bazar ertəsi Trampla görüşəcək

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

Azərbaycan hər zaman regionda sülhün, təhlükəsizliyin və inkişafın tərəfdarı olub ŞƏRH

Azərbaycan hər zaman regionda sülhün, təhlükəsizliyin və inkişafın tərəfdarı olub ŞƏRH

Icma.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu gün Azərbaycan yürütdüyü məqsədyönlü və praqmatik xarici siyasəti ilə beynəlxalq aləmdə nüfuzunu artırmaqla yanaşı, etibarlı tərəfdaş imicini də getdikcə möhkəmləndirir, bölgədə və dünya arenasında mühüm aktorlardan birinə çevrilir. Azərbaycan dövlətinin həyata keçirdiyi xarici siyasətin prioritetini dünyanın bütün ölkələri ilə bərabərhüquqlu, qarşılıqlı surətdə faydalı əlaqələr yaratmaq və inkişaf etdirmək təşkil edir. Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş və müasir mərhələdə uğurla reallaşan Azərbaycan – Amerika Birləşmiş Ştatları qarşılıqlı münasibətləri xarici siyasət strategiyasının prioritet istiqamətlərindən biridir. Amerika Birləşmiş Ştatları da Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra onunla qarşılıqlı münasibətlər yaratmaq və inkişaf etdirməkdə maraqlı olmuşdur.Eyni zamanda,hər iki dövlət qarşılıqlı münasibətlərin qurulması və inkişafında 1991-ci ildən bəri mühüm addımlar atmışdır. 1991-ci il oktyabrın 18-də Azərbaycanda müstəqillik haqqında Konstitusiya Aktı qəbul ediləndən sonra onun müstəqilliyini ilk tanıyan dünya dövlətlərindən biri də məhz Amerika Birləşmiş Ştatları oldu. Həmin ilin dekabrın 25-də rəsmi Vaşinqton öz müstəqilliyini elan etmiş Azərbaycan dövlətini rəsmi tanıdığını bəyan etdi və tezliklə iki dövlət arasında diplomatik münasibətlər yaratmaq üçün müəyyən addımlar atdı.1991-ci ildə Azərbaycanın müstəqilliyini bərpa etməsi ilə ABŞ-la rəsmi şəkildə diplomatik əlaqələr qurulmuş və 1992-ci ildə hər iki ölkənin səfirlikləri açılmışdır. Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra isə balans siyasəti çərçivəsində Azərbaycan ABŞ ilə strateji əməkdaşlıq qurmağa nail olmuşdur.1997-ci il avqustun 1-də ümummilli liderin ABŞ-a səfəri zamanı enerji sahəsində mühüm müqavilələr imzalanmış və iqtisadi əlaqələr gücləndirilmişdir.

Prezident İlham Əliyevin hakimiyyətə gəlişindən sonra daha da inkişaf edən Azərbaycan-Amerika arasındakı iki tərəfli münasibətlər son vaxtlar pik həddə çatmışdır. Bir neçə gün öncə Vaşinqtonda keçirilən tarixi görüşdə Azərbaycan və Ermənistanın sülh sazişini paraflaması, həmçinin, ABŞ prezidenti Donald Trampın iştirakı ilə Prezident İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın imzaladığı Birgə Bəyannamə bunun əyani sübutudur. Bu Birgə Bəyannamə yekun sülh sazişinin əldə edilməsi istiqamətində mühüm addım oldu. Bəyannamədə yer alan məsələlər, xüsusilə Azərbaycanın bütün tələblərinin qəbul edilməsi yekun sülh sazişinin imzalanması önündə böyük əngəlin qalmadığını deməyə əsas verir.

Prezident İlham Əliyev çıxışında, Azərbaycanın və ABŞ-ın ortaq maraqlarını və regionun sabitliyinin qorunmasının vacibliyini vurğulayaraq, iki ölkə arasındakı strateji tərəfdaşlığın hər iki tərəfin qarşılıqlı faydasına xidmət etdiyini xüsusi ilə qeyd etdi. Onun sözlərinə görə, Azərbaycan enerji resurslarının təminatında mühüm rol oynayır və ABŞ ilə birgə həyata keçirilən layihələr regionda təhlükəsizliyi artırmaqla yanaşı, iqtisadi inkişafın sürətlənməsinə də töhfə verir. Bu, həmçinin ölkəmizin beynəlxalq enerji bazarındakı mövqeyini daha da möhkəmləndirməsi baxımından böyük əhəmiyyət daşıyır.

Prezident İlham Əliyev Azərbaycan media nümayəndələrinə verdiyi müsahibədə ABŞ səfərini ölkəmizin beynəlxalq mövqeyinin güclənməsi və ABŞ-la strateji tərəfdaşlığın inkişafı baxımından mühüm əhəmiyyət kəsb etdiyini qeyd etmişdir. Görüşün nəticələrini yüksək qiymətləndirən Prezident İlham Əliyev ABŞ-la strateji tərəfdaşlıq münasibətlərinin qurulmasının Azərbaycanın milli maraqlarının qorunması və beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulamışdır. Prezident, həmçinin Ermənistanla sülh sazişinin imzalanmasının regionda sabitliyin və əməkdaşlığın təmin olunmasına töhfə verəcəyini bildirmişdir.Bu hadisələr regionda yeni geosiyasi reallıqların formalaşmasına və Azərbaycanın bu prosesdəki rolunun güclənməsinə səbəb olur.

Müsahibədə həmçinin Prezident, Azərbaycanın enerji siyasətinə dair perspektivlərə toxunaraq, “Cənub Qaz Dəhlizi” kimi beynəlxalq əhəmiyyətli layihələrin uğurla davam etdiyini və ABŞ-ın bu layihələrdə mühüm tərəfdaş olduğunu xüsusi vurğuladı. O, Azərbaycanın enerji resurslarının təhlükəsiz və davamlı şəkildə Avropa bazarına çatdırılması sahəsindəki əhəmiyyətli rolunu qeyd etdi və bunun Avropanın enerji diversifikasiyası siyasətinə verdiyi töhfənin ölçüyəgəlməz olduğunu bildirdi.

Sülh sazişinin imzalanmasında əsas həll edilməli məsələlərdən biri, bəlkə də birincisi Zəngəzur dəhlizinin açılması idi. Prezident İlham Əliyevin irəli sürdüyü bu tələb Ermənistanın kapitulyasiya aktı olan 10 noyabr razılaşmasında yer alırdı, lakin rəsmi İrəvan müharibədən sonra müxtəlif bəhanələrlə bu öhdəliyindən yayınmağa çalışıb. Rusiyanın dəhlizdə mövcudluğunu qəbul etməyən Qərb ölkələri də bu məsələdə Ermənistana dəstək verirdi. Lakin Prezident İlham Əliyev Azərbaycanın tərkib hissəsi olan Naxçıvana maneəsiz keçidin əldə edilməsi mövqeyində prinsipiallıq nümayiş etdirdi və Vaşinqton görüşündə Zəngəzur dəhlizinin açılması rəsmiləşdi.

Prezident İlham Əliyevin bu səfəri və mətbuat qarşısındakı açıqlamaları ölkəmizin beynəlxalq arenada öz mövqeyini gücləndirməsi, regional sabitliyin təmin olunması və dünya ölkələri ilə dostluq əlaqələrinin inkişafı üçün mühüm addım oldu. Prezident İlham Əliyevin sözləri, Azərbaycan dövlətinin milli maraqlarını qorumaqla yanaşı, qlobal əməkdaşlıq və qarşılıqlı anlaşma prinsiplərinə sadiq qalmasının göstəricisidir.

Rövlan Heydərov

YAP Naftalan şəhər təşkilatının sədri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:103
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 12 Avqust 2025 10:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see221

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

26 Dekabr 2025 22:06see184

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

26 Dekabr 2025 15:22see164

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see161

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see153

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

26 Dekabr 2025 16:15see148

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

26 Dekabr 2025 19:26see145

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

26 Dekabr 2025 18:02see145

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see145

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see144

Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı Mükafat xəstə uşaqlara bağışlandı FOTO

26 Dekabr 2025 16:16see140

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see138

Alətsiz effektiv hərəkətlər və ya evdə fitnes mümkündürmü?

26 Dekabr 2025 16:14see136

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see135

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see132

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see130

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see130

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see129

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see129

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri