Azərbaycan hərbçiləri Qış təlimi 2025 çərçivəsində bir çox silah və texnikadan ilk dəfə istifadə ediblər
Icma.az bildirir, Bizimyol portalına istinadən.
"Report" xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin sözçüsü Zeki Aktürk həftəlik brifinqdə deyib.
O bildirib ki, şəxsi heyət soyuq iqlim şəraitində döyüş qabiliyyətlərini artırır, hazırlıq səviyyələrini yüksəldir: "Təlimdə hərbçilər arasında koordinasiya təmin edilir".
Nazirlik rəsmisinin sözlərinə görə, təlimdə iştirak edən hərbçilər "NEFER" zirehli döyüş maşınını, yüngül tipli pulemyot (MPT-76), 5,56 millimetrlik pulemyot, daha bir neçə silah və texnikadan ilk dəfə istifadə ediblər.
Bildirilir ki, təlimlər sabah başa çatacaq.
Təlimlərdə Azərbaycan, ABŞ, Banqladeş, Bosniya və Herseqovina, Gürcüstan, İtaliya, Pakistan, Qazaxıstan, Şimali Makedoniya, Bolqarıstan, Fransa, İngiltərə, Liviya, Monqolustan, Niger, Tacikistan və İordaniyadan 199, Türkiyədən isə 12 min şəxsi heyət iştirak edir.
Xatırladaq ki, təlimlər yanvarın 20-də başlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 06 Fevral 2025 18:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















