Icma.az
close
up
RU
Azərbaycan hotellərində Yeni ili keçirmək neçəyə başa gəlir? Qiymətlər

Azərbaycan hotellərində Yeni ili keçirmək neçəyə başa gəlir? Qiymətlər

Banco.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Araşdırma: Gülnar Əhmədli, Banco.az

Qarşıdan Yeni il gəlir. Bayram tətili olduğu üçün insanlar istirahət üçün müxtəlif rayonlara üz tuturlar. Bu səbəblə bölgələrimizdə yerləşən otellərin qiymətlərini araşdırdıq. 

Araşdırdığımız otellər arasında bayram paketlərinin qiymətləri 620 manatdan başlayır. Bu qiymət 2 nəfər üçün (2 nəfərlik) otaqların başlanğıc qiymətidir. Qiymətlər 2 gecə 3 gün üçün nəzərdə tutulub. Bəzi otellərdə bu qiymət 3 gecə üçündür.

Hazırda ən ucuz qiymət təklif edən otel Naftalanda yerləşən "Chinar Health Hotel"dir. Şəkidə yerləşən "Sheki Palace Hotel" və "Marxal Resort & SPA"da isə qiymətlər müvafiq olaraq 660 və 920 manatdan başlayır. Yay-qış fərq etmədən əyləncə və istirahət üçün ən çox səfər edilən rayonlarımızdan olan Qəbələdə başlanğıc qiymət 986 manatdır. Bu qiyməti "Gabala Garden Hotel" təklif edir. "Qafqaz Riverside Hotel" və "Qafqaz Tufandag Hotel"də isə qiymətlər müvafiq olaraq 1 595 manat və 1 699 manatdır. Buradakı digər otel "Gabala Karvansaray Hotel"də isə qiymət 1 390 manatdır.

"Shabran Wellbeing Resort"da isə Yeni il paketinin qiyməti 1 800 manatdır. Hotel Şabranda yerləşir.

Bu otellər arasında ən bahalı qiymət Quba və Qusarda yerləşən otellərdə təklif edilir. "Quba Palace Hotel"də qiymət 2 000 manat, "Park Chalet" və "Pik Palace" otellərində qiymət  3 100 manat və 3 960 manatdır. Qusarda yerləşən bu otellərdə minimum 3 gecə üçün rezervasiya edilməlidir. Qeyd edək ki, hər 3 otel də 5 ulduzludur. Qusardakı "Hill Park Hotel" isə Yeni il paketini 1 210 manata təklif edir.  "Macara Lake Park Quba"da 2 nəfər üçün 2 gecəlik qiymət 1 690 manatdır. Əsas binadan kənar qiymət 1 390 manatdır. 

İsmayıllıda yerləşən "Basqal Resort & SPA"da 2 gecə üçün 2 nəfərlik qiymət 1 860 manatdan başlayır. 

"Sakit Gol Hotel Shamaky"da başlanğıc qiymət 1 250 manat, "Shamakhi Palace Sharadil"də 1 980 manat, "Shirvan Grand Hotel"də isə 1 390 manatdır.

Ən yüksək faiz verən depozit hansı bankdadır?

"Lankaran Springs Wellness Resort"da qiymət 1 500 manatdır. Laçında fəaliyyət göstrərən "Lachin Resort & Spa" isə 1 600 manata Yeni il keçirməyi təklif edir. 

"El Resort Qax"da qiymətlər daha münasibdir. Bu oteldə 2 gecə üçün 2 nəfərlik qiymət 866 manatdır. Şuşada yerləşən "Shusha Hotel"də isə qiymət 1 150 manatdır. Nabrandakı "River Inn Resort & Spa"da qiymət 1 069 manata bərabərdir. 

Otellərin bu qiymətə daxil etdiyi xidmətlərə Qala Şam yeməyi, səhər yeməyi, günorta yeməyi, axşam yeməyi, müxtəlif əyləncə proqramları, məşhur qonaqlar, uşaqlar üçün xüsusi oyunlar, əyləncələr, SPA xidmətləri və s. daxildir.

Daha ətraflı məlumatı infoqrafikdən əldə edə bilərsiniz. Onu da qeyd edək ki, artıq otellər dolmağa başlayıb. Bu səbəblə hazırda təklif edilən başlanğıc qiymətə bir neçə gün sonra otaq tapmaya bilərsiniz. Odur ki, öncədən rezerv etmənizi məsləhət görürük. Həmçinin əlavə edək ki, otellərin təklif etdiyi xidmətləri ümumi olaraq qeyd etmişik. Qiymətə daxil edilən bütün xidmətləri otellə əlaqə saxlayaraq öyrənə bilərsiniz. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:47
embedMənbə:https://banco.az
archiveBu xəbər 09 Dekabr 2025 16:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see230

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see202

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see196

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see163

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see161

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see161

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see154

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see147

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see147

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see147

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see143

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see142

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see140

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see138

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see138

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see137

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri