Icma.az
close
up
RU
Azərbaycan otellərində Yeni ili keçirmək neçəyə başa gəlir? Qiymətlər

Azərbaycan otellərində Yeni ili keçirmək neçəyə başa gəlir? Qiymətlər

Banco.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Araşdırma: Gülnar Əhmədli, Banco.az

Qarşıdan Yeni il gəlir. Bayram tətili olduğu üçün insanlar istirahət üçün müxtəlif rayonlara üz tuturlar. Bu səbəblə bölgələrimizdə yerləşən otellərin qiymətlərini araşdırdıq. 

Araşdırdığımız otellər arasında bayram paketlərinin qiymətləri 620 manatdan başlayır. Bu qiymət 2 nəfər üçün (2 nəfərlik) otaqların başlanğıc qiymətidir. Qiymətlər 2 gecə 3 gün üçün nəzərdə tutulub. Bəzi otellərdə bu qiymət 3 gecə üçündür.

Hazırda ən ucuz qiymət təklif edən otel Şəkidə yerləşən "Sheki Palace Hotel"dir. Şəkidəki digər otel "Marxal Resort & SPA"da isə qiymət 1 240 manatdan başlayır. Yay-qış fərq etmədən əyləncə və istirahət üçün ən çox səfər edilən rayonlarımızdan olan Qəbələdə başlanğıc qiymət 966 manatdır. Bu qiyməti "Gabala Garden Hotel" təklif edir. "Qafqaz Riverside Hotel" və "Qafqaz Tufandag Hotel"də isə qiymətlər müvafiq olaraq 1 576 manat və 1 620 manatdır. 

"Qalaalti Hotel & SPA"da başlanğıc qiymət 1480 manat, "Shabran Wellbeing Resort"da isə qiymət 1 500 manatdır. Hər iki otel Şabranda yerləşir.

Bu otellər arasında ən bahalı qiymət Quba və Qusarda yerləşən otellərdə təklif edilir. "Quba Palace Hotel"də qiymət 2 500 manat, "Park Chalet" və "Pik Palace" otellərində qiymət 5 100 manat və 5 300 manatdır. Qusarda yerləşən bu otellərdə minimum 3 gecə üçün rezervasiya edilməlidir. Qeyd edək ki, hər 3 otel də 5 ulduzludur. "Macara Lake Park Quba"da isə 2 nəfər üçün 2 gecəlik qiymət 1 450 manatdır. 

İsmayıllıda yerləşən "Basqal Resort & SPA"da 2 gecə üçün 2 nəfərlik qiymət 1 520 manatdan başlayır. 

"Sakit Gol Hotel Shamaky"da başlanğıc qiymət 1 250 manat, "Shamakhi Palace Sharadil"də isə 1 770 manatdır. Siyahımızda Naftalandan 3 otel qeyd edilib. "Gashalti Health Hotel" (750 manat), "Chinar Hotel & SPA Naftalan" (900 manat) və "Garabag Resort & SPA" (945 manat).  Hər 3 oteldə minimum 3 gecə rezerv etmək mümkündür. Otellər həmçinin sağlamlıq mərkəzi olaraq fəaliyyət göstərir. "Lankaran Springs Wellness Resort"da qiymət 1 399 manatdır. 

Ən sərfəli kredit üçün müraciət et

"El Resort Qax"da qiymətlər daha münasibdir. Bu oteldə 2 gecə üçün 2 nəfərlik qiymət 715 manatdır. Şuşada yerləşən "Shusha Hotel"də isə 1 900 manatdır. 

Otellərin bu qiymətə daxil etdiyi xidmətlərə Qala Şam yeməyi, səhər yeməyi, günorta yeməyi, axşam yeməyi, müxtəlif əyləncə proqramları, məşhur qonaqlar, uşaqlar üçün xüsusi oyunlar, əyləncələr, SPA xidmətləri və s. daxildir.

Daha ətraflı məlumatı infoqrafikdən əldə edə bilərsiniz. Onu da qeyd edək ki, artıq otellər dolmağa başlayıb. Bu səbəblə hazırda təklif edilən başlanğıc qiymətə bir neçə gün sonra otaq tapmaya bilərsiniz. Odur ki, öncədən rezerv etmənizi məsləhət görürük. Həmçinin əlavə edək ki, otellərin təklif etdiyi xidmətləri ümumi olaraq qeyd etmişik. Qiymətə daxil edilən bütün xidmətləri otellə əlaqə saxlayaraq öyrənə bilərsiniz. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://banco.az
archiveBu xəbər 13 Dekabr 2024 18:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see267

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see221

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see216

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see198

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see168

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see160

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see160

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see159

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see157

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see151

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see146

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see145

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see144

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see141

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri