Icma.az
close
up
RU
Azərbaycan otellərində Novruz bayramını keçirmək neçəyə başa gəlir? Qiymətlər

Azərbaycan otellərində Novruz bayramını keçirmək neçəyə başa gəlir? Qiymətlər

Banco.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Araşdırma: Gülnar Əhmədli, Banco.az

Qarşıdan Novruz bayramı gəlir. Bu il bayram tətili daha uzun olacağı üçün, eyni zamanda da yazın gəlişini hiss etmək və dincəlmək səbəbilə vətəndaşlarımız müxtəlif rayonlara üz tutacaqlar. Buna görə də bölgələrimizdə yerləşən otellərin qiymətlərini araşdırdıq. 

Araşdırdığımız otellər arasında bayram qiymətləri 140 manatdan başlayır. Bu qiymət 2 nəfər üçün otaqların başlanğıc qiymətidir. Qiymətlər 1 gecəlik (2 gün) nəzərdə tutulub. 

Hazırda ən ucuz qiymət təklif edən otel Şəkidə yerləşən "Sheki Palace Hotel"dir (140 manat). Şəkidəki digər otel "Marxal Resort & SPA"da isə qiymət 230 manatdan başlayır. Yay-qış fərq etmədən əyləncə və istirahət üçün ən çox səfər edilən rayonlarımızdan olan Qəbələdə başlanğıc qiymət 193 manatdır. Bu qiyməti "Gabala Garden Hotel" təklif edir. "Qafqaz Riverside Hotel" və "Qafqaz Tufandag Hotel"də isə qiymətlər müvafiq olaraq 277 manat və 309 manatdır. 

"Qalaalti Hotel & SPA"da başlanğıc qiymət 280 manat, "Shabran Wellbeing Resort"da isə qiymət 250 manatdır. Hər iki otel Şabranda yerləşir.

Bu otellər arasında ən bahalı qiymət Lənkəran və İsmayıllıda yerləşən otellərdə təklif edilir. "Lankaran Springs Wellness Resort"da qiymət 340 manat,  "Basqal Resort & SPA"da isə qiymət 360 manatdan başlayır. Qeyd edək ki, hər 2 otel də 5 ulduzludur. "Macara Lake Park Quba"da isə 2 nəfər üçün başlanğıc qiymət 250 manatdır. "Quba Palace Hotel"də 275 manatdan başlayaraq otaq rezerv edə bilərsiniz.

"Sakit Gol Hotel Shamaky"da başlanğıc qiymət 195 manat, "Shamakhi Palace Sharadil"də isə 300 manatdır. Siyahımızda Naftalandan 3 otel qeyd edilib. "Gashalti Health Hotel" (184 manat), "Chinar Hotel & SPA Naftalan" (300 manat) və "Garabag Resort & SPA" (315 manat). 

"El Resort Qax"da 2 nəfərlik qiymət 228 manat, Şuşada yerləşən "Shusha Hotel"də isə qiymət 190 manatdır. Qusardakı otel ("Pik Palace") başlanğıc üçün 255 manat təklif edir.  

Otellərin bu qiymətə daxil etdiyi xidmətlərə səhər yeməyi, müxtəlif əyləncə proqramları, canlı musiqi, uşaqlar üçün xüsusi oyunlar, əyləncələr, SPA xidmətləri və s. daxildir.

Daha ətraflı məlumatı infoqrafikdən əldə edə bilərsiniz. Onu da qeyd edək ki, artıq otellər dolmağa başlayıb. Bu səbəblə hazırda təklif edilən başlanğıc qiymətə bir neçə gün sonra otaq tapmaya bilərsiniz. Odur ki, öncədən rezerv etmənizi məsləhət görürük. Həmçinin əlavə edək ki, otellərin təklif etdiyi xidmətləri ümumi olaraq qeyd etmişik. Qiymətə daxil edilən bütün xidmətləri otellə əlaqə saxlayaraq öyrənə bilərsiniz. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://banco.az
archiveBu xəbər 12 Mart 2025 14:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see325

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see242

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see233

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see219

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see186

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see167

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see166

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see161

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see158

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see154

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see152

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see151

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see150

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see147

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see145

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see145

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see144

Zelenski: İlin ən gərgin diplomatik günləridir

28 Dekabr 2025 16:54see133

Dünyanın ən yaxşı hücumçusu bilindi

29 Dekabr 2025 02:22see132

İKİ SABİQ NAZİR İNSTİTUT DİREKTORU VƏZİFƏSİNDƏN ÇIXARILDI: yeni institut yaradıldı Misir Mərdanovla Əli Abbasov yola salındı

28 Dekabr 2025 22:42see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri