Azərbaycan I yarımildə işğaldan azad edilmiş ərazilərdə 340 layihə icra edib
Baku.ws portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bu ilin I yarısında Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 340 layihə icra edilib.
BAKU.WS bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Bu layihələrin icrasına 1 milyard 64,1 milyon manat xərclənib ki, bu da faktiki ayırmaların 30,4 %-ni təşkil edib.
6 ayda Qarabağ və Şərqi Zəngəzurda icra edilmiş layihələrin 76-sı nəqliyyat, 36-sı su təsərrüfatı və meliorasiya, 11-i energetika və sənaye, 19-u müdafiə və hüquq-mühafizə, 182-si sosial, 16-sı isə sair layihələr olub.
Hesabat dövründə nəqliyyat sektoru layihələrinin icrasına 505,2 milyon manat (icra 48 %), sosial layihələrin icrasına 400,5 milyon manat (23 %), su təsərüffatı və meliorasiya layihələrinin icrasına 7,6 milyon manat (3 %), energetika və sənaye layihələrinin icrasına 15,4 milyon manat (11 %), müdafiə və hüquq-mühafizə layihələrinin icrasına 60,3 milyon manat (42 %), sair layihələrin icrasına 75,2 milyon manat (31 %) vəsait xərclənib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:202
Bu xəbər 07 Avqust 2026 15:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















