İşğaldan azad edilmiş ərazilərdə 91 layihə maliyyə ekspertizasına cəlb olunub
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 13 noyabr, AZƏRTAC
Bu ilin yanvar-sentyabr aylarında işğaldan azad edilmiş ərazilərdə 91 layihə maliyyə ekspertizasına cəlb olunub.
AZƏRTAC Maliyyə Nazirliyinə istinadla xəbər verir ki, ümumi dəyəri 1 milyard 38 milyon manat olan 59 layihə tamamlanıb, 32 layihə isə davam edir.
“İşğaldan azad edilmiş ərazilərdə dövlət investisiya layihələrinin səmərəliliyinin artırılmasına dair Tədbirlər Planı” çərçivəsində işğaldan azad edilmiş ərazilərdə icra olunan dövlət investisiya və infrastruktur layihələrinin yüksək səmərəlilik və icra intizamı prinsipləri əsasında əlaqələndirilməsi, dövlət vəsaitlərindən qənaətlə istifadənin təmin edilməsi, habelə müvafiq layihələrin optimallaşdırılması və preventiv nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə layihələrin maliyyə ekspertizası aparılmaqdadır.
Qiymət ekspertizası malların, materialların və avadanlıqların, habelə işçi qüvvəsindən, maşın və mexanizmlərdən istifadə ilə bağlı xərclərin qüvvədə olan normalar və orta bazar qiymətləri ilə müqayisəsi əsasında fərqlərin müəyyən edilməsidir.
İş həcmlərinin ekspertizası layihə cizgiləri ilə smeta sənədləri arasında miqdar və hesablama uyğunsuzluqlarını, habelə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının “İşğaldan azad olunmuş ərazilərdə yaşayış məntəqələrinin layihələndirilməsinə dair Tövsiyələr”ini rəhbər tutaraq kənarlaşmaların təsbit edilməsidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 13 Noyabr 2026 17:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















