Icma.az
close
up
RU
Статья не опубликована
Azərbaycan idman ölkəsi kimi gücünü beynəlxalq yarışlarda təsdiqləyib

Azərbaycan idman ölkəsi kimi gücünü beynəlxalq yarışlarda təsdiqləyib

Icma.az, Aznews.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Dünya miqyasında etibarlı tərəfdaş, nümunəvi ölkə və milli inkişaf modelinə görə fərqlənən Azərbaycan həm də idman dövləti kimi tanınır. İdmanımızın yüksəlişi, dünya idman ailəsində öz layiqli yerini tutmasının başlıca səbəbi dövlətin ali qayğısı, idmançılara nəhayətsiz diqqətin göstərilməsidir. Onların ən ali qayğıkeşi və böyük hamisi isə dövlət başçımız, Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyevdir.

Azərbaycan Prezidentinin idmana, idmançılara olan xüsusi məhəbbəti və hörməti hər zaman onlarla bir yerdə olmasıdır. Məhz bu xoş ənənəyə uyğun olaraq dövlət başçısı hər ilin yekununda onlarla bir araya gələrək tövsiyələrini verir, yeni uğurlara ruhlandırır, Azərbaycanın idman imicinin yüksəlişinə zəmin yaradan əlavə təşəbbüslər və ideyalar irəli sürür. Dekabrın 24-də 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə bunun bir daha şahidi olduq.

Mərasimdə çıxış edən dövlət başçısı cari idman ilindəki vəziyyətə nəzər salaraq bir çox sahələrdə olduğu kimi idman həyatında da uğurlarımızdan məmnunluğunu ifadə etdi. Bildirdi ki, 2024-cü il ölkəmizin idman həyatı üçün uğurlu olub, idmançılarımız beynəlxalq yarışlarda vətənimizi ləyaqətlə təmsil ediblər. Cari il ərzində Azərbaycan bayrağını dalğalandıran idmançılarımız 1700-ə yaxın medal qazanıblar ki, bu da olduqca böyük rəqəmdir. Bu onu göstərir ki, şanlı idman ənənəsi üzərində yetişən yeni nəsil idmançılar əvvəlkilərin uğurlarını yeniləyir, daha parlaq idman hadisəsi yaradırlar, Azərbaycanın idman tarixinə öz möhürlərini vurur, olimpiya hərəkatını daha uca zirvəyə yüksəldirlər.
Sözsüz ki, bu ilin ən qürurverici hadisəsi və idman müjdəsi iyulun 26-dan avqustun 11-dək Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunlarında qazanılan misilsiz qələbələr oldu. Azərbaycan idmançıları həm də beynəlxalq olimpiada tarixində ‒ Paris Olimpiadasında ilk dəfə öz ərazi bütövlüyünü və dövlət suverenliyini təmin edən, milli qürur və ləyaqətini bərpa edən, alnı açıq Zəfər dövlətinin nümayəndələri kimi üçrəngli bayrağımızı şərəflə dalğalandırdılar.
Paris Olimpiya Oyunlarına müzəffər, qalib ölkə kimi qatılan Azərbaycanın qəhrəmanları Avropanın mərkəzində himnimizin yarımçıq qalan bəndini də suverenliyimiz kimi bütövləşdirdilər.

203 Milli Olimpiya Komitələri arasında Azərbaycanın idman komandası 30-cu pillədə qərarlaşmaqla adını dünya olimpiya ailəsinin tablosuna həkk edirdi. İlk 30-luqda yer almaq böyük nailiyyət olmaqla, ələlxüsus da islam ölkələri arasında üçüncülük qazanılmaqla, Azərbaycan layiqli idman dövləti olduğunu bir daha təsdiqlədi.
Azərbaycanda idman hərəkatı ümummilli hadisəyə çevrilməklə, həm də dövlətçilik atributu, vətənpərvərlik rəmzinə, cəmiyyətimizin ayrılmaz parçası olub. Xüsusilə gənc nəslin yetişdirilməsi, vətənpərvərlik hisslərinin bu nəslə aşılanması idmanda çox böyük məna daşıyır. Bunun nəticəsidir ki, idmançılarımız və onların məşqçiləri yarışları həm də vətənpərvərlik hadisəsi kimi qəbul edir, beynəlxalq yarışlarda qazanılan qələbələri Vətənə xidmət nümunəsi kimi dəyərləndirirlər. Nüfuzlu arenalara çıxan idmançılar bayrağımızın ucaldılması, himnimizin səsləndirilməsi naminə mübarizə aparırlar. Vətənpərvərlik amili beynəlxalq yarışlarda idmançılarımıza əlavə güc verir, onları yenilməz edir.

Azərbaycan dövlətinin yürütdüyü idman siyasəti həm də sosial yönümlülüyü ilə müşayiət olunur. Üçrəngli bayrağımızı ən mötəbər kürsülərdə ucaldan, bizə milli qürur yaşadan qəhrəmanlarımızın mənzil-məişət şəraiti hər zaman dövlətin xüsusi diqqətindədir və onların hər biri zəruri təminatlarla əhatə olunur. Bir çox ölkələrdə idmançılara, olimpiada və dünya çempionatlarına qatılan iştirakçılara adətən müxtəlif özəl təşkilatlar, idman cəmiyyətləri, sponsor qurumlar maddi dəstək olursa da, dövlətin birbaşa qayğısı nəzərə çarpmır. Azərbaycanda isə dövlət idmançıların hər birinin arxa-dayağı, maddi-mənəvi gücünün simvolu, əbədi dəstəkçisidir.

Uzun illərdir ki, davam etdirilən bu xoş ənənənin növbəti addımı kimi idmançılarımız 2024-cü ildə də mənzillərlə təmin olundu. Bu, Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyevin əsasını qoyduğu sosial ədalət meyarı, idmanın tərəqqisi üçün yaşadılan prinsipial iradənin təntənəsidir.

Dövlət başçısının da vurğuladığı kimi, əgər idmançılara dövlət qayğısı göstərilməsə idman inkişaf edə bilməz. İdmançılar nəsli və onları yetişdirən mütəxəssislər, kadr icması dövlət tərəfindən layiqincə qiymətləndirilməklə növbəti ali hədəflərə doğru yeni motivasiyalar əldə edirlər.
Azərbaycan durmadan inkişaf edərək irəli gedir, cəmiyyətimizin inkişaf lokomotivlərindən biri olan idman sektoru da müasirləşir, yeni gənc və qüvvətli nəslin çiyinlərində əlavə qol-qanad açır, hədəflərə doğru inamlı və inadlı potensialını səfərbər edir.

Cənab Prezidentin bəyan etdiyi kimi, “Bizim bundan sonrakı fəaliyyətimiz təbii ki, idmanın inkişafı ilə bağlı olacaq” mesajı da idmançılarımıza hərtərəfli dəstəyin göstəriləcəyini təsdiqləyən ən böyük təminatdır.

Azərbaycan etimadlı, etibarlı idman ölkəsidir, illərdir ki, peşəkar təşkilatçılıq qabiliyyətinə görə, ən nüfuzlu yarışlar ölkəmizə etibar edilir. Bu möhtəşəm qabiliyyətə verilən önəmin digər nümunəsi III MDB Oyunlarının ölkəmizə həvalə edilməsidir. 2025-ci ildə Gəncə şəhərində keçiriləcək bu mötəbər idman yarışı idman ölkəsi kimi Azərbaycanın qüdrətini yüksəltməklə yanaşı, ikinci paytaxt kimi qəbul edilən Gəncənin ictimai-sosial həyatında mühüm mərhələ açacaq.

Artıq bu beynəlxalq tədbirin təşkili üçün Gəncədə müasir idman infrastrukturları yaradılır, yeni stadion inşa edilir, Olimpiya İdman Kompleksi hazırlıq vəziyyətinə gətirilir. Yeddi min idmançının tədbirə qatılacağını nəzərə alsaq, qonaqların sayının 2-3 qat artacağı da şübhəsizdir. Bu həm də Gəncənin turizm və sənaye potensialının artması, yeni investisiyaların cəlbi üçün də münbit şəraitin yaranması deməkdir.

Əminliklə söyləmək olar ki, Azərbaycan Möhtərəm Prezidentimizin və çox hörmətli Birinci vitse-prezidentimizin rəhbərliyi altında və təşkilatçılığı ilə 2015-ci ildə I Avropa Oyunlarını, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarını ən layiqli şəkildə beynəlxalq idman ailəsinə təqdim etdiyi kimi, 2025-ci ildə Gəncədə də növbəti idman uğuru yazacaq.

Ramid Namazov
Milli Məclisin deputatı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 24 Yanvar 2025 01:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see415

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see280

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see227

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see205

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see180

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see172

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see163

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see162

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see161

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see147

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see141

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see140

İraqdan Hizbullah və husilərlə bağlı şok qərar: Maliyyə hesabları donduruldu

04 Dekabr 2025 19:19see137

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see134

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see131

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see131

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see128

Lökbatanda güclü yanğın olub, ölən və yaralananlar var

05 Dekabr 2025 06:01see123

Bakıda vəkilə hücum etdilər Anar Bağırov münasibət bildirdi

04 Dekabr 2025 19:27see123

Donald Tramp əfsanəvi restlerin vida qarşılaşmasına canlı baxmaq istəyir

05 Dekabr 2025 05:07see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri