Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Rusiya cəbhədəki nəhəng itkiləri necə kompensasiya edir TƏHLİL

Rusiya cəbhədəki nəhəng itkiləri necə kompensasiya edir TƏHLİL

Tribuna portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Sabit “könüllü-ölümə gedənlər” axını Putinə müharibədə özünəinam verir.

Rusiya cəbhədə ağır itkilər verir. Tribuna xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, Rusiya artıq 1 milyon 178 min ölü və yaralı hərbçi itirib. Buna baxmayaraq, aqressor canlı qüvvə çatışmazlığı yaşamır və hətta texnika deyil, məhz piyada canlı qüvvəyə arxalanır. Rusiyanın tammiqyaslı səfərbərlik elan etmədən bu qədər “ölümə razı könüllü” tapmağı necə bacardığını Politico geniş analitik yazısında izah edir.

2022-ci ilin sentyabrında, cəbhədəki ağır məğlubiyyətlər və müharibəni uduzmaq riski fonunda Vladimir Putin qismən səfərbərlik elan etdi. Bu qərarla 300 min rusiyalı kişi cəbhəyə göndərildi və bu, Rusiya cəmiyyətində qorxu və narazılıq dalğası yaratdı. Bundan sonra Kreml yeni məcburi səfərbərlikdən yayınır, əvəzində isə pul qarşılığında ölməyə hazır olan “könüllülərin” kütləvi şəkildə cəlbinə üstünlük verir. Ödənilən məbləğ isə ən yaxşı halda ucqar bir şəhərdə birotaqlı mənzil almağa bəs edir.

Pulla motivasiya işləyib: Rusiya hər ay təxminən 30 min “könüllü” toplayır və bu da itkiləri kompensasiya etməyə kifayət edir.

Müharibə – iş kimi
Rusiya ordusuna qoşulanların əksəriyyəti mülki şəxslərdir və onlar hərbi xidmət üçün müqavilə imzalayırlar. Bu proses zahirən adi işə qəbul mexanizmini xatırladır.

Əsas fərq ondadır ki, zavoda işə düzələndə sənə müqaviləyə qol çəkdiyin üçün 25 min dollar vermirlər. Rusiya ordusunda isə verirlər. Bu, xüsusilə regionlarda yaşayan ruslar üçün çox böyük məbləğdir.

Bundan əlavə, dövlət müxtəlif bonuslar da təklif edir: bank borclarının silinməsi, hərbçilərin övladları üçün universitetlərdə yer ayrılması və s. Diqqətçəkən odur ki, artıq məhkumluq, eləcə də ağır və yoluxucu xəstəliklər orduya qəbul üçün maneə sayılmır.

Politico yazır ki, bir çox rus kişisi üçün ordu “son ümid işəgötürəninə” çevrilib.

Politoloq Yekaterina Şulmann qeyd edir:

“Bu tədbirlər konkret demoqrafik qrupa – sosial cəhətdən həssas kişilərə yönəlib. Borcu olanlar, məhkumluğu olanlar, maliyyə savadı aşağı olanlar və ya faiz tələsinə düşənlər. Perspektivsiz, cəmiyyətin kənarında qalan insanlar.”
Dövlət – rekruter rolunda
Müharibə dövründə Rusiyada müqaviləli əsgərlərin cəlbi üçün yaxşı işləyən sistem formalaşıb. Burada əsas rol regional hakimiyyət orqanlarına verilib. Faktiki olaraq, yerli administrasiyalar “işə qəbul mərkəzi”nə çevriliblər və hətta bir-biri ilə daha çox əsgər toplamaq uğrunda yarışdırılıblar.

Regionlar kadr agentlikləri ilə rəsmi müqavilələr bağlayır, həmin agentliklər isə qeyri-rəsmi rekruter şəbəkəsi yaradaraq potensial əsgərləri hər yerdə – küçədə, işsizlər arasında, borclular içindən tapırlar.

Nəticədə elə bir sistem yaranıb ki, istənilən Rusiya vətəndaşı başqa birini hərbi xidmətə gətirsə, buna görə pul alır. Bu məbləğ 1–3 min dollar arası dəyişir.

Regionda iqtisadi vəziyyət nə qədər pisdirsə, oradan tapılan “könüllü” sayı da bir o qədər çoxdur.

Ordu – həbsxana alternativi kimi

Müharibənin ilk mərhələsində Rusiya on minlərlə məhbusu həbsxanalardan cəlb etdi. Bəziləri həqiqətən könüllü gedirdi, bəzilərinə isə “seçim fürsəti” yaradılırdı: ya kamera, ya səngər.

Bundan başqa, Rusiyada rəsmi qayda tətbiq olunub: cinayət işi olan şəxs ordu ilə müqavilə bağlasa, işi bağlana bilər. Belə hallarda rekruterlər çox vaxt elə polis əməkdaşları olur.

Həmçinin hər yaz və payız çağırış kampaniyası davam edir. İnternetdə müddətli xidmətə çağırılan gənclərin və valideynlərinin çoxsaylı şikayətləri var: məktəbi yeni bitirən uşaqları təzyiq və ya aldatma yolu ilə müqavilə imzalamağa, “könüllü” kimi cəbhəyə getməyə məcbur edirlər.

“Rusiya cəbhədəki nəhəng itkilərə baxmayaraq insan resurslarını qoruyub saxlaya bildiyi üçün Vladimir Putin, dörd il keçməsinə baxmayaraq, Ukraynanı istədiyi şərtləri ya diplomatik yolla, ya da tükətmə müharibəsi ilə qəbul etdirə biləcəyinə əvvəlkindən daha çox inanır.”Politico yazır.

İmran Kərimli

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:286
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 06 Dekabr 2025 13:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see324

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see296

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see270

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see254

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see249

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see247

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see240

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see225

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see221

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see204

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see198

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see196

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see193

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see191

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see184

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see180

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see179

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

10 Noyabr 2026 11:18see177

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see177

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri