Səidə Şəfiyeva: Azərbaycan ilə Gürcüstan arasında media sahəsində formalaşan tərəfdaşlıq böyük əhəmiyyət daşıyır
Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakıda keçirilən “İctimai etimadın formalaşdırılmasında medianın rolu və informasiya təhlükəsizliyi” mövzusunda Azərbaycan–Gürcüstan Media Forumunda Gürcüstandan 40-dan çox media nümayəndəsi və ekspert iştirak edir.
"Cebheinfo.az" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Medianın İnkişafı Agentliyinin kommunikasiya şöbəsinin müdiri Səidə Şəfiyeva deyib.
O qeyd edib ki, informasiya təhlükəsizliyinin gücləndirilməsi, regional əməkdaşlığın inkişaf etdirilməsi və media sahəsində qurumlararası koordinasiya ilə qarşılıqlı təcrübə mübadiləsinin təşviqi məqsədilə təşkil olunan Azərbaycan–Gürcüstan Media Forumu hər iki ölkənin media gündəliyinin əsas istiqamətlərini müəyyənləşdirən mühüm platformadır.
“Azərbaycan ilə Gürcüstan arasında formalaşan tərəfdaşlıq yalnız iki ölkənin əməkdaşlıq üçün deyil, həm də regional səviyyədə ortaq yanaşmaların inkişaf etdirilməsi baxımından böyük əhəmiyyət daşıyır. Forum bu baxımdan həm məqsədləri, həm iştirakçı sayı, həm də gələcək regional əməkdaşlıq perspektivləri ilə diqqət çəkir. Bu Forum həm təcrübə mübadiləsi, həm də media sahəsində ən yaxşı təcrübələrə dair dialoq üçün əvəzsiz bir imkan təqdim edir. Eyni zamanda, ictimai etimadın gücləndirilməsi, informasiya təhlükəsizliyinin qorunması və peşəkar jurnalistikanın təşviqi üçün vacib addımların atılmasına zəmin yaradır”, - deyə S.Şəfiyeva vurğulayıb.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 06 Dekabr 2025 13:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















