Azərbaycan idmanının 2025 ci ildəki uğurları vəqarşısında duran yeni hədəflər
Xalqcebhesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Dünyada etibarlı və sadiq tərəfdaş, nümunəvi təşkilatçı dövlət kimi tanınan Azərbaycan yola saldığımız 2025-ci ili də uğurlu nəticələrə başa vurur, dövlətin idman sahəsinə və idmançılara davamlı dəstəyi sayəsində dünya idman ailəsində yerimiz və mövqeyimiz daha da möhkəmlənir. Dövlət başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin idmana olan ali qayğısı sayəsində idmançılarımıznüfuzlu beynəlxalq yarışlarda saysız qalibiyyətlərə imza ataraq bayrağımızı ucaldırlar. Eləcə də, ölkəmizdə təşkil edilən mötəbər idman yarışları və tədbirlərinin yüksək təşkilatçılıq səviyyəsi ilə keçirilməsi Azərbaycanın idman salnaməsinə yeni nailiyyətlər ili kimi yazılıb.
2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə çıxış edən Prezident İlham Əliyevin vurğuladığı kimi, cari il Azərbaycanın idman həyatında uğurlu və əlamətdar hadisələrlə zəngin olub, idmançılarımız tərəfindən qazanılan medalların sayı rekord həddə çatıb. Beynəlxalq yarışlarda idmançılarımız tərəfindən 2000-dən çox medal, bunun 600-dən çoxu qızıl medal olub. “Bu, bir daha onu göstərir ki, idmanın inkişafı Azərbaycanda uğurla gedir. Keçən illə müqayisədə medalların sayı daha çoxdur və bu, yəqin ki, təbiidir. Çünki idmanın inkişafına göstərilən diqqət, aparılan dövlət siyasəti, əlbəttə ki, ildən-ilə daha yaxşı nəticələrə gətirib çıxarır”.
Azərbaycanda idmanın inkişafı dövlət siyasətinin mühüm tərkib hissəsi olmaqla ümummilli hərəkata çevrilib, dövlətin hədəf prinsiplərinə uyğun olaraq, dayanıqlı dinamikası daha da güclənib. Cənab Prezident bu məsələyə diqqət çəkərkən bəyan etdi ki, dövlət xətti ilə idman sektorunda bir çox proqramlar icra olunur, idman infrastrukturu daha da möhkəmləndirilir və regional səviyyədə inkişaf təmin edilir.
Bu xüsusi qayğının təzahürüdür ki, bölgələrdə idmanla məşğul olmaq üçün bütün şərait var və bu arxitektura daha da genişlənir. Bu il Gəncə və Yevlaxda Olimpiya İdman Komplekslərinin tikintisinin başa çatması sayəsində idmankomplekslərinin sayı 46-ya yüksələrək idmançılar üçün əlçatanlığı, ünvanlılığı və xidmət şəraitinin funksionallığını tam əhatə edib.
Azərbaycanın idman hərəkatı, eyni zamanda, vətənpərvərlik və qələbə rəmzinə, cəmiyyətin milli qürur simvoluna çevrilib. Bu prosesin aparıcı qüvvəsi isə düzgün yetişdirilən gənc nəsildir, onlara dövlətin aşıladığı milli vətənpərvərlik hissləridir. Bu strateji kurs sayəsində vətənə sadiq sağlam gənc nəsil böyüyür və Azərbaycanın gələcək sabitliyinin, intibahının və çoxsaylı uğurlarının zəmanətçisi hesab olunur: “Sağlam gənc nəsil, ilk növbədə, ölkənin gələcək inkişafı üçün lazımdır ki, Azərbaycan əhalisi, Azərbaycan vətəndaşları fiziki cəhətdən sağlam olsunlar. Eyni zamanda, uşaqlıqdan idmana göstərilən maraq əlbəttə ki, gələcəkdə idman uğurlarına yol açır”.
Həmrəylik məfkurəsi ətrafında dövlətə sıx bağlı olan idmançılarımız sarsılmaz şücaətləri, qələbələri ilə son beşildə Azərbaycanın uğur manifestinə daha parlaq səhifələr yazırlar: “Son 5 il ərzində bizim bayrağımız qalib ölkənin bayrağı kimi beynəlxalq arenalarda qaldırılır. Əminəm ki, idmançılar da beynəlxalq yarışlarda iştirak edən zaman bunu hiss edirlər. Ölkəmizə, xalqımıza olan münasibəti hiss edirlər və idman meydançalarına, idman arenalarına çıxarkən, yəqin ki, təbii olaraq qürur hissi ilə çıxırlar. Eyni zamanda, bizim 5 il bundan əvvəl əldə etdiyimiz şanlı Qələbə idmançıların məsuliyyətini də böyük dərəcədə artırır. Çünki onlar müzəffər xalqın nümayəndələri kimi yarışlarda iştirak edirlər”.
Dövlətimiz 2025-ci ildə dünya yarışlarında möhtəşəm nailiyyətlərə imza atmaqla bərabər, ən mötəbər idman tədbirlərinə də layiqli şəkildə ev sahibliyi edərək öz ənənəvi təşkilatçılıq qüdrətini beynəlxalq idman ictimaiyyətinə nümayiş etdirib. Bir çox beynəlxalq idman yarışlarını qeyri-adi təşkilatçılıq məharəti ilə sona çatdıran Azərbaycanın bu sadiqliyinin növbəti nümunəsi cari ildə keçirilmiş III MDB Oyunlarıdır.
Azərbaycan bu yarışı tamamilə yeni üslub və xüsusi idman rəqabəti formasında dünyaya təqdim etdi. Bölgələrdəki bir neçə şəhərdə keçirilən MDB Oyunları idmana baxımlılığı, rəngarəngliyi artırmaqla iştirakçılarda və turistlərdə dərin təəssüratlar yaratdı. Beynəlxalq idman seyrçisi paytaxt Bakıdan uzaqda ən müasir səviyyədə qurulmuş infrastrukturlarda, ələlxüsus, erməni separatizmindən xilasolunduqdan cəmi iki il sonra Xankəndidə yaradılan bazada təşkil edilən tədbirləri zövqlə izlədi. Bu, bir daha Azərbaycanın qlobal idman hərəkatına gətirdiyi yenilikləri vəinnovasiyaları, ölkənin güclü potensialını təqdim etməklə, məsuliyyətli və peşəkar dövlət imicini əks etdirir. Eləcə də ilk dəfə olaraq keçirilən UFC üzrə beynəlxalq turnirAzərbaycanın bütün növ idman yarışlarında layiqli ev sahibi olmasını təsdiqləyir.
İdman yarışları həm də turizm, xidmət və hotelçilik kimi sahələrin inkişafında təkanverici faktor olmaqla, Azərbaycanın turizm potensialını, iqtisadi inkişafını irəliyə aparmaq üçün yeni fürsət və imkanlar deməkdir. Məsələn,dünyada 830 milyona yaxın azarkeşi olan və hər il Bakı şəhərində keçirilən “Formula 1” yarışı Azərbaycan idman sənayesinin atributu hesab olunmaqla, ölkəmizdə həm də turizm brendinin bir hissəsi sayılır, turizm cəlbediciliyini stimullaşdırır, on minlərlə qonağı Bakıya gətirir. Məhz bunun nəticəsidir ki, “Formula 1” yarışlarından sonra Azərbaycana gələn turistlərin sayında 20 faiz artım baş verib. Eləcə də, digər nüfuzlu tədbirlər idman-turizm vəhdəti fonunda xarici qonaqların respublikamızın xoşməramlı nümayəndələri kimi ənənəvi iştirakçılığını təmin etməkdədir. Bu nailiyyətlərin ali beynəlxalq dəyəri olaraq Bakı şəhərinin “Dünyanın İdman Paytaxtı” seçilməsi də təsadüfi deyil.
Ötən illərdə yüzlərlə beynəlxalq idman yarışlarına ev sahibliyi etmiş Azərbaycanın nadir və unikal təşkilatçılıq istedadı beynəlxalq idman ictimaiyyətində ölkəmizə olan inam və etibarı, dərin etimadı daha da möhkəmləndirir. Bu yüksək etimad və hörmətin nəticəsidir ki, Azərbaycan və Özbəkistan 2027-ci ildə keçiriləcək 20 yaşadək futbolçulardan ibarət milli komandalar arasında dünya çempionatının final mərhələsinə birgə ev sahibliyi edəcəklər.
Yaxud növbəti ildə Xizək üzrə Dünya Kubokunun keçirilməsi qərara alınıb. İlk dəfə olaraq keçiriləcək bu tədbir Qusarda yerləşən Şahdağ Xizək Kurortunun idman və turizm simasını dünyaya təqdim edəcək, Azərbaycanın adını qlobal xizək platformasına həm də beynəlxalq xizək idmanı ölkəsi kimi yazacaq. Bu, eyni zamanda, ölkəmizin qış idmanının inkişafında yeni mərhələnin başlanmasına dərin töhfə verəcək, regionda nəhəng qış idmanı və turizm sənayesinin birgə inkişafına stimul yaradacaq. Habelə zəngin təbiəti və əlverişli relyefi olan Qarabağda və Şərqi Zəngəzurda da idman və turizm sektorlarının inkişafına yol açaraq beynəlxalq yarışların bu bölgəyə gətirilməsini təmin edəcək.
Ramid Namazov
Milli Məclisin deputatı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:35
Bu xəbər 29 Dekabr 2025 10:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















