Icma.az
close
up
RU
QHT sektorunun 2025 ci il uğurları

QHT sektorunun 2025 ci il uğurları

Icma.az bildirir, Newscenter.az portalına istinadən.


2025-ci ildə Azərbaycan QHT-ləri müstəmləkə və ya neokolonial hakimiyyət altında olan ərazilərdə dekolonizasiya, öz müqəddəratını təyinetmə və insan hüquqlarını təşviqi, BMT müstəvisində ölkəmizlə əlaqədar məsələlərin qaldırılması və əməkdaşlığın gücləndirilməsi istiqamətində fəal olublar. Azərbaycan QHT sektoru üçün əlamətdar sayılacaq nəticələr əldə edilib.
İlk dəfə BMT Baş katibi öz hesabatında Azərbaycan QHT-nin hesabatına istinad edib.
Bakı Təşəbbüs Qrupunun (BIG) hesabatı BM Baş katibinin 2025-ci il üçün "Afrika əsilli insanlar üçün ikinci beynəlxalq onilliyin tətbiqi gündəliyi" adlı hesabatına daxil edilib. Baş katibin hesabatında vurğulanıb ki, BTQ qlobal vətəndaş cəmiyyəti subyektləri arasında kiçik adalarda yaşayan xalqların dekolonizasiyası və müstəqilliyi uğrunda çalışan yeganə qeyri-hökumət təşkilatıdır.
Qeyd edək ki, 2025-ci ilin may ayında BTQ Afrika Əsilli İnsanlar üçün İkinci Beynəlxalq Onilliyi çərçivəsində fəaliyyəti ilə bağlı hesabatını BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Ofisinə təqdim edib.
35 ildə ilk dəfə “Qarabağ İtkin Ailələri” İB BMT-nin Avropa Ofisində qəbul edilib

“Qarabağ İtkin Ailələri” İB son 35 ildə ilk dəfə BMT-nin Avropa Ofisində qəbul edilib, dinlənilib. 2025-ci il avqustun 28-də “Qarabağ İtkin Ailələri” İctimai Birliyinin təmsilçiləri Cenevrədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının (OHCHR - The Office of the High Commissioner for Human Rights) Məcburi Yoxaçıxmalar üzrə Komitəsinin (CED - Committee on Enforced Disappearances) Katibliyi ilə görüş keçirib. Görüşdə bildirilib ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 3990 nəfər Azərbaycan vətəndaşının itkin düşüb. Onlardan 6 nəfəri 2020-ci ildə 44 günlük müharibə zamanı itkin düşüb. İtkin ailələrinin üzvləri diqqətə çatdırıblar ki, 2020-ci ildən ötən 5 il ərzində işğaldan azad edilmiş ərazilərdə 28 kütləvi məzarlığın aşkarlanması dəhşətli mənzərədir, Xatırladılıb ki, bir sıra hallarda isə insanlar ailə üzvləri və yaxınları ilə birlikdə itkin düşüb, bütöv ailələr və nəsillər məhv edilib. I Qarabağ müharibəsində 61 ailənin 2-dən 7-dək üzvü itkin düşüb, heç birinin aqibəti bilinmir. Ermənistan kütləvi məzarlıqlarla əlaqədar xəritələri Azərbaycan tərəfinə təqdim etmir. BMT bu istiqamətdə Ermənistanı cavabdeh saxlamalıdır.
BMT-nin Cənub-Cənub Əməkdaşlığı üzrə Ofisi ilə geniş əməkdaşlıq qurulub

Bu il BMT-nin Cənub-Cənub Əməkdaşlığı üzrə Nyu-Yorkdakı sessiyasına Azərbaycanın QHT-lərə Dövlət Dəstəyi Agentliyi dəvət olunub. 2025-ci il mayın 29-da Nyu Yorkda BMT-nin Cənub-Cənub Əməkdaşlığı üzrə Ofisinin (The United Nations Office for South-South Cooperation (UNOSSC)) direktoru Dima Al-Khatib Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin nümayəndə heyətini qəbul edib. Dima Al-Khatib 2025-ci il aprelin 28-də 116 ölkədən QHT-lərin iştirakı ilə Bakıda təsis edilmiş Qlobal
Cənub QHT Platformasını alqışladığını bildirib
Cari ildə, iyunun 18-19-da QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Qlobal Cənub QHT Platformasının Baş katibi Ramil İskəndərli, Azərbaycandan bir sıra QHT təmsilçiləri Almaniyanın Bonn şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Yardımçı Orqanlarının 62-ci sessiyasında iştirak ediblər.
BMT-nin İnsan Hüquqları Şurasında Qərbi Azərbaycandan olan uşaqlarla bağlı məsələ qaldırılıb.
2025-ci il martın 27-də BMT-nin Cenevrə Ofisində İnsan Hüquqları Şurasının 58-ci sessiyası çərçivəsində Beynəlxalq Avrasiya Mətbuat Fondunun təşkilatçılığı ilə “Münaqişə bölgələrində uşaqların hüquqları” adlı yan tədbir keçirilib. Tədbirdə beynəlxalq təşkilatların, müxtəlif ölkələrdən diplomatik korpusun təmsilçiləri, vətəndaş cəmiyyəti nümayəndələri, tədqiqatçı-alimlər iştirak edib.
Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Mirzəyev münaqişələrin zərbə vurduğu əsas qrupun məhz uşaqlar olduğunu bildirib. O, Qərbi Azərbaycandan deportasiya olunan və artıq başa çatmış Qarabağ münaqişəsindən təsirlənmiş azərbaycanlı uşaqların Ermənistan dövləti tərəfindən pozulmuş insan hüquqlarına dair məsələ qaldırıb. Diqqətə çatdırıb ki, 1988-1989-cu illərdə etnik təmizləmə nəticəsində indiki Ermənistan ərazisindən 300 mindən artıq azərbaycanlı, o cümlədən on minlərlə uşaq yaşadığı doğma torpaqlarından deportasiya olunub.
Zaur İbrahimli, Milli QHT Forumunun İdarə Heyətinin üzvü
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:250
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 28 Dekabr 2025 16:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see586

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see307

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see296

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see290

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see284

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see284

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see275

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see256

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see251

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see243

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see242

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see233

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see228

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see228

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see228

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see223

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see222

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see221

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see220

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri