Icma.az
close
up
RU
Menu

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Ruslar üçün inflyasiya qumbarası...

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Bəzi rayonlarda işıq olmayacaq

Azərbaycanda baş həkim vəfat edib

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

Azərbaycan QHT sektorunun 2025 ci ildəki uğurları TOP 10

Azərbaycan QHT sektorunun 2025 ci ildəki uğurları TOP 10

Icma.az, Turkstan.az saytına istinadən bildirir.

Zaur İbrahimli

1. AZƏRBAYCANIN TƏŞƏBBÜSÜ İLƏ QLOBAL CƏNUB QHT PLATFORMASININ YARADILMASI

2025-ci ilin başa çatmasına 11 gün qalır. Bu il çağdaş tariximizin ən mühüm, gələcəyimizi şəkilləndirəcək, uzunmüddətli təsirini saxlayacaq hadisələrlə zəngin oldu. Azərbaycanın yaratdığı yeni reallıqlar, Prezident İlham Əliyevin liderliyi, sülh strategiyası ilə bütün Cənub Qafqazın sülh, əməkdaşlıq məkanına transformasiyası mərhələsi başlayıb. ABŞ Prezidentinin şahidliyi ilə 8 avqust Vaşinqtonda Azərbaycanla-Ermənistan arasında əldə edilən razılaşmalar bu mərhələyə rəsmən start verdi. Rəsmi Bakının təşəbbüsləri qlobal təsir yaradır, Avrasiyanın geosiyasi koordinatlarını dəyişir, region üçün yeni fürsətlər yaradır. Azərbaycanın TDT-ə sədrliyi ilə təşkilat daha sıx inteqrasiya, institusional inkişafda gücülü dinamika əldə edib, rəsmi Bakı İslam dünyasında mühüm aktora çevrilib və ölkəmiz fəal diplomatiya ilə müsəlman ölkələri arasında yeni əməkdaşlıq imkanları yaradır. Azərbaycan-Türkiyə strateji müttəfiqliyi yeni təşəbbüslərlə daha da inkişaf edib və regionda, daha geniş Xəzər-Mərkəzi Asiya regionunda sabitlik və təhlükəsizliyin qarantına çevirilib.

Azərbaycanda işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri geniş miqyasda davam etdirilib, qeyri-neft sektorunun inkişafı və yeni imkanlar yaradılması nəqliyyat-logistika, daxili istehsalın, ixracın inkişafı ilə əlaqədar vacib addımlar atılıb.

Bu kontekstdə Azərbaycan QHT sektoru yüksək dinamika nümayiş etdirməklə Azərbaycanın inkişaf strategiyasını ictimai təşəbbüslər, diplomatiya, yeni addımlar və innovasiyalarla dəstəkləyib. QHT sektoru əvvəldə qeyd etdiyimiz istiqamətlərin hər biri üzrə ciddi töhfə verib və son illər həyata keçirilmiş islahatların nəticəsi olaraq çağdaş tariximizdə hadisə sayılacaq, tarixə yazılacaq, dövlətimizin inkişafına real töhfə verən nailiyyətlər əldə edilib. BU NAİLİYYƏTLƏRƏ HƏR BİR AZƏRBAYCANLI QÜRUR DUYA BİLƏR!

❗İlin sonuna yaxınlaşarkən, fürsətdən istifadə edərək hər gün QHT sektorunun tərəqqisini, əldə etdiyi nəticələri əks etdirən 10 ən mühüm fəaliyyət və təşəbbüsü barədə məlumatı paylaşmaq qərarına gəlmişəm.

1. AZƏRBAYCANIN TƏŞƏBBÜSÜ İLƏ QLOBAL CƏNUB QHT PLATFORMASININ YARADILMASI

28-29 aprel 2025-ci il tarixdə Bakıda keçirilən “Həmrəy fəaliyyət: yeni və ədalətli dünya üçün Qlobal Cənub QHT-lərinin gücləndirilməsi” konfransı həmrəyliyin, sülhün, tolerantlığın, bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlığın təşviq edilməsində yeni impulsa çevrildi. Azərbaycanda böyük miqyaslı tədbirlər çox görmüşük. Amma bu tədbirlərin hamısı BMT və digər beynəlxalq təşkilatlar, yaxud Azərbaycan dövlətinin rəsmi xətti ilə olub. Bu tədbirin özəlliyi isə odur ki, burada təşəbbüskar da, təşkilatçı da QHT-lər özləri idi. Qlobal Cənub QHT Platformasının yaranması müasir dövrdə çoxtərəfli əməkdaşlıq, tərəfdaşlıq formatının, multilateralizm yanaşmasının tətbiqinin nadir nümunələrindən biri, real uğur hekayəsidir.

Qoşulmama Hərəkatı regionunda QHT-ləri birləşdirən vahid şəbəkə indiyədək mövcud olmayıb. İlk dəfədir ki, Azərbaycan vətəndaş cəmiyyətinin irəli sürdüyü təşəbbüs dünya ölkələrinin 3/2 hissəsini əhatə edən nəhəng regiondan beynəlxalq dəstək qazanır və 116 ölkədən QHT-lər bu ideya naminə Bakıya toplaşaraq birgə platforma təsis edir. Qoşulmama Hərəkatında təmsil olunan 120 ölkədən 116-sının vətəndaş cəmiyyəti nümayəndələrinin bu tərkibdə yer alması nəinki Azərbaycan, Qlobal Cənub miqyasında rast gəlinməyən məxsusi hadisədir.

Azərbaycandan sonra təsisatın dövrü rəhbərinin hansı ölkə olmasından asılı olmayaraq, Qlobal Cənub QHT Platformasının daimi mənzil qərargahı Bakıda olacaq.

Platforma Bakını Qlobal Cənub QHT-lərin təşəbbüslərinin əsas mərkəzinə çevirəcək. Bura yalnız COP mövzuları deyil, Qlobal Cənubu narahat edən bütün məsələlər daxildir. Bu ölkəmizin Şimal və Cənub arasında dialoq yaratmaq, körpü rolunu oynamaq, ortaq nöqtələr tapmaq missiyasını, siyasətini tamamlayacaq. Azərbaycan Prezidenti Platformanın təsis konfransında iştirakçılara müraciətində ölkəmizin strateji baxış və yanaşmasını bir daha bəyan etdi. Bu baxış Qlobal Cənubu təmsil edən nüfuzlu QHT-lər tərəfindən müdafiə olundu. Dəfələrlə Azərbaycan Prezidentinin mesajları təhlil edildi və bu baxışın, həm də Qlobal Cənub QHT Platformasının perspektivinin müəyyənləşməsinə mühüm töhfə olduğu bildirildi.

Azərbaycan QHT sektorunun fəaliyyəti artıq lokal çərçivəni və ölkə xaricindəki fraqmentar təşəbbüslər həyata keçirmək mərhələsini adlayıb, qlobal təşəbbüslər irəli sürmək, reallaşdırmaq, beynəlxalq əməkdaşlıq formatları yaratmaq mərhələsinə qədər inkişaf edib. Azərbaycan QHT-lərinin təşəbbüsü ilə bu cür qlobal platformanın yaradılmasını müstəqillik dövründə Azərbaycan vətəndaş cəmiyyətinin ən böyük uğurlarından biri, bəlkə də birincisi kimi dəyərləndirə bilərik. Bu konfransın təşkili, Platformanın təsis olunması QHT-lərə Dövlət Dəstəyi Agentliyinin, Azərbaycan Milli QHT Forumunun yeni formatda fəaliyyəti, institusional böyüməsi, genişlənən beynəlxalq əlaqələri, yeni dövrə uyğun ambisiyanı, bilik, bacarığı, potensialı nümayiş etdirir.

Artq BMT-nin Cənub-Cənub Əməkdaşlığı üzrə Ofisi Qlobal Cənub QHT Platforması barədə məlumatları rəsmi saytında yerləşdirib. BMT-nin Cənub-Cənub Əməkdaşlığı üzrə Ofisi (The United Nations Office for South-South Cooperation (UNOSSC)) Qlobal Cənub QHT Platforması (Global South NGO Platform (GSNP)) barədə məlumatları yeni əməkdaşlıq modelinə nümunə kimi rəsmi saytında yerləşdirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:250
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 21 Dekabr 2025 13:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see339

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see332

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see323

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see281

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see256

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see254

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see246

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see234

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see212

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see205

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see195

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

20 Oktyabr 2026 00:21see181

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see181

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see180

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see179

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see173

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see172

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see169

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

20 Oktyabr 2026 01:35see164

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

20 Oktyabr 2026 01:30see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri