Icma.az
close
up
RU
Azərbaycan ildə 2.4 milyard... Ekspert maraqlı faktlar açıqladı

Azərbaycan ildə 2.4 milyard... Ekspert maraqlı faktlar açıqladı

Icma.az, Yenisabah portalına istinadən məlumat verir.

“Biz çalışıb rəqabət qabiliyyətli məhsul istehsal etməliyik. Bu gün dünya bazarında Azərbaycanın istehsal edə biləcəyi məhsulların hamısına tələbat var. Biz əgər rəqabət qabiliyyətli məhsul istehsal edə bilsək, satış üçün bir o qədər bazar axtarmağa ehtiyac yoxdur”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında aqrar məsələlər üzrə ekspert Vahid Məhərrəmov deyib. O, bildirib ki, keyfiyyətli və rəqabət qabiliyyətli məhsula bütün ölkələrin ehtiyacı var:

“Biz çalışıb rəqabət qabiliyyətli məhsul istehsal etməliyik. Bu gün dünya bazarında Azərbaycanın istehsal edə biləcəyi məhsulların hamısına tələbat var. Əgər rəqabətqabiliyyətli məhsul istehsal edə bilsək, satış üçün bir o qədər bazar axtarmağa ehtiyac yoxdur. Keyfiyyətli və rəqabət qabiliyyətli məhsula bütün ölkələrin ehtiyacı var.  Dördpendirli pizza

Deyək ki, biz hansısa məhsulu daha ucuz və keyfiyyətli istehsal edirik. Qonşu Gürcüstan yaxud Ermənistan belə olan təqdirdə artıq bizimlə rəqabət apara bilmir. Mütləq həmin ölkələrin sahibkarları bu məhsullar üzrə bizə üz tutacaqlar. Çünki əksər ölkələrdə bazar iqtisadiyyatı mövcuddur və hamı çalışır ki, ucuz və keyfiyyətli məhsul əldə etsin. Azərbaycanın iqlim və torpaq şəraiti imkan verir ki, məhsuldarlığı artırsın”. 

Ekspert vurğulayıb ki, idxal olunan məhsulların bir çoxunu daxili istehsalat hesabına qarşılamaq olar:

“Bu gün bizim bütün ölkələrlə müqavilələrimiz var. Müqavilə sadəcə kağız parçasıdır. Onun arxasında mal-məhsul durmalıdır. Məhsulu isə istehsal etmək lazımdır. Belə olarsa, biz heç yanda bazar axtarmağa ehtiyac olmayacaq. 

Daxildə nəhəng topdan satış mərkəzi yaradarıq və bütün daxildəki istehsalçılar öz məhsullarını həmin mərkəzə çıxarar. Digər ölkələrdən də sahibkarlar gələr və müqavilə əsasında həmin məhsulları alıb aparar. Biz bununla məşğul olmalıyıq. Bizim dünyanın bütün ölkələri ilə müqaviləmiz olsa belə, əgər məhsul istehsal etmiriksə, müqavilənin heç bir faydası olmayacaq. 

Azərbaycan illik 2 milyard 400 milyon dollar dəyərində yeyinti məhsulları idxal edir. Halbuki bu məhsulların bəzilərini istisna etsək, yerdə qalan hamısını ölkəmizdə istehsal edə bilərik. Problem ondadır ki, bir çox məhsulların istehsalında əksinə, azalma var. Düşünürəm ki, bu istiqamətdə effektiv addımlar atılmalıdır”.

Nazim Hacıyev


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:204
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 14 İyul 2025 11:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see293

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see290

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see274

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see258

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see249

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see243

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see238

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see233

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see227

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see226

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see215

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see203

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see200

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see199

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see197

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see197

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see194

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see183

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see183

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri