Icma.az
close
up
RU
Ekspert Avropada maraqlı 5 turizm məkanını açıqladı (FOTO)

Ekspert Avropada maraqlı 5 turizm məkanını açıqladı (FOTO)

Qaynarinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Avropa dünyada tarixi və təbii abidələrin ən böyük sıxlığına malik regiondur və xüsusilə də UNESCO-nun Ümumdünya İrsi Siyahısına daxil edilmiş obyektlərin sayına görə liderdir. Bununla belə, tarixi əhəmiyyətinə baxmayaraq, bu məkanların hamısını turistlərə tövsiyə etmək olmur.

Qaynarinfo xəbər erir ki, turizm üzrə ekspert Ted Tornhillin "Independent” nəşrində yadığına görə, Roma və ya Yunanıstanın Santorini adası həddindən artıq turistlə doludur, Böyük Britaniyadakı Stounhenc yaxından baxıldıqda gözləntiləri doğrultmur, Pompey arxeoloji kompleksi isə əsasən tarix həvəskarları üçün maraqlıdır.

Məhz bu çatışmazlıqlardan uzaq olan yerlərdən danışarkən, müəllif ətrafında yaranan ajiotajı doğruldan UNESCO siyahısına daxil edilmiş beş məkanı tövsiyə edir.

Plitvitsa gölləri milli parkı, Xorvatiya


Park dar əhəngdaşı vadisi boyunca uzanan, akvamarin rəngli suları olan 16 pilləli göldən ibarətdir və onlar bir-birinə 90 şəlalə vasitəsilə bağlanır. Göllərdə çimmək qadağandır, lakin bu ərazi gəzinti və "Instagram” üçün selfilər çəkmək baxımından ideal məkandır.

Meteor, Yunanıstan


Əgər 400 metrlik qumdaşı sütunlarının zirvəsində monastırlar tikilməsəydi, bu yer sadəcə külək və su eroziyasının maraqlı nümunəsi ola bilərdi. Materik Yunanıstanın mərkəzində yerləşən bu nəhəng daş sütunlar 30 milyon il ərzində formalaşıb. XI əsrdən etibarən rahiblər burada məskunlaşmağa başlayıb. Ümumilikdə 24 monastır inşa edilib, onlardan 6-sı bu gün də fəaliyyət göstərir.

Alhambra, İspaniya


Qranadanın cənub bölgəsində, dəniz səviyyəsindən 700 metrdən yüksəkdə yerləşən saray kompleksi 700 ildən artıq tarixə malikdir. Bu, İspaniyada ərəb hakimiyyəti dövrünün ən maraqlı abidələrindən biridir. Möhtəşəm bəzəklər və dəbdəbəli bağlarla yanaşı, kompleks orta əsrlər üçün inanılmaz sayılan mühəndislik həlləri ilə də seçilir və bu həllər bu gün belə heyranlıq doğurur.

Mon-Sen-Mişel, Fransa


Ümumilikdə Avropa memarlığı və şəhərsalmasının ən möhtəşəm nümunələrindən biridir. XI–XVI əsrlər arasında 80 metrlik qaya üzərində inşa edilmiş iri monastır kompleksidir. Ən maraqlısı isə odur ki, bu qaya sahildən 400 metr aralıda, dəniz qabarma zamanı su altında qalan dayazlıqda yerləşir. Nəticədə monastır kompleksi gündə iki dəfə ada çevrilir.

Dubrovnikin köhnə şəhəri, Xorvatiya


Bu, planetin ən yaxşı qorunub saxlanılmış orta əsr şəhərlərindən biridir. Tam haqlı olaraq ona "Adriatikanın incisi” deyilir. Şəhər 1667-ci il zəlzələsini və 1990-cı illərdə Xorvatiyanın müstəqillik müharibəsini qismən dağıntılarla olsa da, möcüzəvi şəkildə adlada bilib.

Aydın

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:268
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 04 Yanvar 2026 13:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see348

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see340

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see255

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see252

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see243

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see234

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see234

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see226

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see225

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see223

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see220

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see212

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see208

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see204

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see193

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see192

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see189

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see186

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see182

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri