Icma.az
close
up
RU
Azərbaycan ilə Çin münasibətləri dərin və perspektivli tərəfdaşlıq nümunəsidir

Azərbaycan ilə Çin münasibətləri dərin və perspektivli tərəfdaşlıq nümunəsidir

Icma.az, Yeniazerbaycan saytına istinadən bildirir.

Gündüz Bayramov,

YAP Samux rayon təşkilatının sədri 

Azərbaycan ilə Çin arasında mövcud olan strateji tərəfdaşlıq münasibətləri Şanxay Əməkdaşlıq Təşkilatı  çərçivəsində əməkdaşlığın dərinləşdirilməsi üçün yeni imkanlar yaradır. Azərbaycan Çini Qlobal Cənubun lideri hesab edir və bu mövqedən çıxış edərək çoxtərəfli beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsinə böyük önəm verir. Bu baxımdan Prezident cənab İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri Azərbaycanın qlobal mövqeyini gücləndirəcək mühüm tarixi hadisəyə çevrildi. Səfər çərçivəsində keçirilən yüksək səviyyəli görüşlər, imzalanan sənədlər və əldə olunan bir çox razılaşmalar Azərbaycan və Çin arasında strateji tərəfdaşlığın daha da möhkəmlənməsinə və bütün sahələrdə əməkdaşlığın genişləndirilməsinə xidmət edir.

25 aprel 2025-cil tarixində Azərbaycan Prezidenti İlham Əliyev Pekində Çinin CGTN (China Global Television Network) telekanalına müsahibəsində Azərbaycan ilə Çin arasında olan səmimi münasibətlərdən, bağlanmış iqtisadi müqavilə və layihələrdən bəhs edərək “Ölkələrimiz milli maraqlara aid məsələlərdə həmrəylik və dostluq nümayiş etdirir” söyləmişdir.  Müsahibədə təhsil sahəsindəki əlaqələrə də toxunulub. Qeyd edilib ki, bu gün hər iki ölkədən təhsil alan 100-dən çox tələbə var. Bunun çox az olduğunu bildirən Prezident İlham Əliyev onların sayının artacağına əminliyini bildirib. Qeyd edib ki, “Azərbaycandan daha çox sayda tələbənin buraya gəlməsi üçün böyük imkan var. Həmçinin, zənnimcə, Azərbaycanda Çin-Azərbaycan Universitetinin yaradılması barədə düşünmək yaxşı fikir olar. Hazırda biz bu imkanın dəyərləndirilməsi mərhələsindəyik. Lakin sözsüz ki, insanlar nə qədər çox səyahət edirlərsə, mədəniyyət, xalq barədə nə qədər çox bilirlərsə, ölkələr arasında əlaqələr bir o qədər də daha sıx olur. Çünki, bəli, biz siyasi qərarlar qəbul edirik, strateji tərəfdaşlarıq. Biz liderlər və hökumətlər olaraq dostuq. Lakin bizim xalqlarımızın da daha çox yaxınlaşmasına, onların da dost olmasına ehtiyacımız var”. Qeyd edək ki, Azərbaycanın ali təhsil müəssisələrində yerli vətəndaşlarla yanaşı 84 xarici ölkədən 5,5 min tələbə təhsil alır.

Bu müsahibə ölkə başçısının mühüm mesajları ilə yadda qaldı. Müsahibədə səsləndirilən fikirlər Azərbaycanın daxili və xarici siyasət uğurlarının fonunda hazırda çoxqütblü dünyada ölkəmizin yerinə və roluna işıq saldı. Prezident cənab İlham Əliyev bu müsahibəsində ölkəmizin çox güclü təməllər üzərində dayandığını diqqətə çatdırdı. CGTN telekanalına geniş müsahibəsində Cənab Prezident, həmçinin Azərbaycanın Çinin “Bir kəmər, Bir yol” təşəbbüsünü açıq şəkildə dəstəkləyən ilk ölkələrdən biri olduğunu vurğuladı və eyni zamanda, bu layihə çərçivəsində elektron ticarətə, infrastruktur bağlantılarına, malların idxal-ixrac daşınmalarına toxunaraq, Çinin hal-hazırda idxal baxımından bir nömrəli və ticarət dövriyyəsi baxımından 4-cü tərəfdaşımız olduğunu bildirdi.

Azərbaycanın Avropa ilə Asiyanı birləşdirən çox strateji coğrafiyada, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşdiyini, eləcə də Mərkəzi Asiya və Qərbi Çin üçün çox mühüm birləşmə nöqtəsi olduğunu vurğulayan dövlətimizin başçısı, ölkəmizin bu regiondakı üstünlüklərini və oynamaq istədiyi rolu necə gördüyünü də sözügedən müsahibəsində açıqladı. Şanxay Əməkdaşlıq Təşkilatı ilə münasibətlərimizin perspektivlərindən və Qlobal Cənubun üzvü olmağımızdan və onun maraqlarını müdafiə etməyimizdən danışdı.  Prezident bildirdi ki, biz Şanxay Əməkdaşlıq Təşkilatına daha yaxın olmaq istəyirik. Bizim təşkilatla yaxınlığımız həm təşkilat, həm də Azərbaycan üçün faydalı ola bilər.

Müsahibədə  Prezident İlham Əliyev  Çin Xalq Respublikası ilə əməkdaşlığın gələcəkdə daha da dərinləşəcəyinə əminliyini ifadə etdi. Azərbaycan-Çin münasibətləri qarşılıqlı etimada, strateji baxışa, ümumi maraqlara əsaslanan dərin və perspektivli tərəfdaşlıq nümunəsidir. İki ölkə arasında olan əməkdaşlıq gələcək illərdə də regional sabitlik, iqtisadi inkişaf və mədəni yaxınlaşma baxımından mühüm rol oynamağa davam edəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 30 Aprel 2025 23:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see305

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see274

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see229

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see229

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see211

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see206

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see188

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see182

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see167

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see165

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see160

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see156

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see155

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see154

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see154

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see153

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see151

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see148

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see148

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri