Hersoq: Azərbaycan regional tərəfdaşlıq və tolerantlıq nümunəsidir
Icma.az, Cebheinfo saytına istinadən bildirir.
Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi altında sabitlik nümunəsinə çevrilərək iqtisadi artım nümayiş etdirir və region ölkələri ilə əlaqələrini möhkəmləndirir.
"Cebheinfo.az" xəbər verir ki, bunu İsrail Prezidenti İsxak Hersoq Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısında bəyan edib.
Onun sözlərinə görə, Azərbaycan AQEM-ə sədrlik dövründə təşkilata yeni təkan verib.
İ. Hersoqun sözlərinə görə, Azərbaycanın AQEM-ə sədrliyi dövründə təşkilatın fəaliyyətinə yeni təkan verilib:
"Biz burada, Bakıda dünya birliyində fikir ayrılıqlarının dərinləşdiyi, çoxtərəfli formatlara etimadın azaldığı bir vaxtda toplaşmışıq. Bu ikiüzlülük dalğasına baxmayaraq, AQEM əməkdaşlıq və tərəfdaşlıq vahəsi olaraq qalır".
İsrail Prezidenti vurğulayıb ki, ölkəsi AQEM-in fəaliyyətində təşkilatın yaradıldığı vaxtdan iştirak edir.
O, sammitin Azərbaycanda keçirilməsini də rəmzi məna daşıyan hadisə adlandıraraq, ölkəni regional tərəfdaşlıq, tolerantlıq və etimad tədbirlərinin möhkəmləndirilməsi nümunəsi kimi səciyyələndirib.
İ.Hersoqun sözlərinə görə, qlobal gərginliyin artdığı və beynəlxalq əməkdaşlığa etimadın azaldığı bir şəraitdə Azərbaycan AQEM-in diqqətini konstruktiv dialoqa, uzunmüddətli tərəfdaşlığa və ortaq məxrəclərin tapılmasına yönəldib.
O, həmçinin İsrailin region ölkələri ilə əməkdaşlığı genişləndirməklə texnologiya, elm, rəqəmsal əlaqəlilik, innovasiyalar, iqlim dəyişikliyi ilə mübarizə və digər sahələrdə Asiya qitəsinin inkişafına töhfə verməyə çalışdığını vurğulayıb.
İ.Hersoq qeyd edib ki, İsrail regionun ölkələri ilə bilik və təcrübə mübadiləsində, tərəfdaşlıq əlaqələrinin genişləndirilməsində və birgə layihələrin həyata keçirilməsində maraqlıdır.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 15 Oktyabr 2026 13:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















