Icma.az
close
up
RU
Menu

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

Azərbaycan Tacikistan münasibətləri strateji tərəfdaşlıq nümunəsidir

Azərbaycan Tacikistan münasibətləri strateji tərəfdaşlıq nümunəsidir

Ses qazeti saytına istinadən Icma.az xəbər verir.

Azərbaycanın açıq və çoxşaxəli xarici siyasətinin uğurları davamlılığı ilə diqqət çəkir. Həm qarşılıqlı səfərlər, həm də dövlət başçısı İlham Əliyevin iştirak etdiyi beynəlxalq və regional tədbirlər bu siyasətin dinamikliyini göstərir. Bunun üçün təkcə son aylarda atılan addımlara diqqət yetirmək kifayətdir. Prezident İlham Əliyevin oktyabrın 9-da MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Tacikistan Prezidenti Emoməli Rəhmonun dəvəti ilə Düşənbəyə səfəri də bu istiqamətdə atılmış növbəti addımlardan biridir.
Oktyabrın 10-da Tacikistanın paytaxtı Düşənbədə keçirilmiş MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxış edərək həm MDB çərçivəsində, həm də ikitərəfli səviyyədə Azərbaycan–Tacikistan münasibətlərinə geniş toxundu. Prezident vurğuladı ki, Düşənbədə dəfələrlə səfərdə olmuş, şəhərin sürətlə inkişaf etdiyini, yeni binaların tikildiyini və infrastrukturun müasirləşdirildiyini öz gözləri ilə gördüyünü xüsusi qeyd edir. Bu inkişaf Tacikistanın müstəqil dövlət kimi əldə etdiyi uğurların və ölkələrimiz arasında tərəfdaşlıq imkanlarının real göstəricisidir.
Cənab Prezident çıxışında Azərbaycan ilə Tacikistan arasındakı ikitərəfli münasibətlərin ardıcıl inkişaf etdiyini vurğuladı. Bu münasibətlər yalnız siyasi və diplomatik sahələrlə məhdudlaşmır, həm də iqtisadi, humanitar, mədəni və təhsil sahələrində davamlı əməkdaşlıqla müşayiət olunur. Dövlət başçısı bildirdi ki, bu əməkdaşlıq qardaşlıq, dostluq və qarşılıqlı dəstək prinsiplərinə əsaslanır və böyük inkişaf potensialına malikdir.
Son illər Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətlərində ciddi canlanma müşahidə olunur. Bu kontekstdə Tacikistanla əlaqələr xüsusilə strateji önəm daşıyır. İkitərəfli diplomatik münasibətlər 1992-ci ildə qurulub və 2007-ci ildə Azərbaycanın Tacikistanda səfirliyi, bir il sonra Tacikistanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb. Bu illər ərzində iki ölkə arasında 60-dan çox sənəd imzalanıb. Onlardan ən əhəmiyyətlisi 2007-ci ildə bağlanmış “Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında Müqavilə”dir. Bu sənəd iki ölkə arasında siyasi dialoqun və strateji əməkdaşlığın hüquqi əsaslarını müəyyən edib.
İkitərəfli münasibətlərin digər mühüm tərəfi iqtisadi əməkdaşlıqdır. Azərbaycan və Tacikistan arasında ticarət, enerji, sənaye, kənd təsərrüfatı, nəqliyyat və informasiya texnologiyaları sahələrində böyük potensial mövcuddur. İki ölkənin hökumətləri tərəfindən yaradılan qarşılıqlı hökumətlərarası komissiyalar iqtisadi əlaqələrin genişlənməsini təmin edir və regional əməkdaşlığı gücləndirir. Prezident İlham Əliyev qeyd etdi ki, bu əməkdaşlıq həmçinin MDB çərçivəsində, eləcə də regional iqtisadi təşəbbüslərdə qarşılıqlı dəstək rolunu oynayır.
Mədəni və humanitar əməkdaşlıq da Azərbaycan–Tacikistan münasibətlərində xüsusi yer tutur. Ölkələr arasında keçirilən qarşılıqlı mədəniyyət günləri, kino həftələri, sərgilər və digər tədbirlər xalqlar arasında dostluğun möhkəmlənməsinə xidmət edir. Elm və təhsil sahəsində həyata keçirilən layihələr, gənclərin təcrübə mübadiləsi proqramları və birgə təhsil təşəbbüsləri iki ölkə arasında uzunmüddətli əməkdaşlığın bünövrəsini təşkil edir. Bu proqramlar həmçinin MDB məkanında gənclərin bir-birini tanıması və qarşılıqlı hörmətin artırılması üçün əhəmiyyətlidir.
Azərbaycan və Tacikistan həmçinin beynəlxalq və regional təşkilatlar, xüsusilə İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində sıx əməkdaşlıq edir, bölgədə sabitliyin və iqtisadi inteqrasiyanın güclənməsinə töhfə verir. Prezident İlham Əliyev çıxışında MDB Oyunları kimi regional tədbirlərin də ölkələr arasında dostluq və əməkdaşlığı möhkəmləndirdiyini vurğuladı. Bu cür təşəbbüslər təkcə Birlik daxilində deyil, həm də ondan kənarda qarşılıqlı etimadı artırır və xalqlar arasında daha sıx əlaqələrin qurulmasına xidmət edir.
Düşənbə görüşü bir daha sübut etdi ki, Azərbaycan–Tacikistan münasibətləri MDB məkanında uğurlu tərəfdaşlığın parlaq nümunəsidir. Dövlət başçılarının ardıcıl səyləri nəticəsində bu əməkdaşlıq yalnız siyasi dialoqla məhdudlaşmır, həm də xalqlar arasında mənəvi birliyin, humanitar əlaqələrin və qarşılıqlı etimadın möhkəmlənməsinə xidmət edir. İki ölkənin strateji əməkdaşlığı regional sabitlik, inkişaf və qarşılıqlı dəstək üçün böyük perspektiv və imkanlar yaradır.
Bir sözlə, Azərbaycan–Tacikistan münasibətləri ardıcıl inkişaf edən, hər sahədə tərəfdaşlığı genişləndirən, həm Birlik daxilində, həm də beynəlxalq müstəvidə nümunəvi əməkdaşlıq modelinə çevrilmişdir. Prezident İlham Əliyevin çıxışı bu əlaqələrin gələcəkdə daha da möhkəmlənəcəyinə və MDB məkanında stabil, qarşılıqlı faydalı tərəfdaşlıq mühitinin yaradılmasına xidmət edəcəyini bir daha təsdiqlədi.
Şövqi Həsənov,
YAP Şəmkir rayon Təşkilatı Aparatının əməkdaşı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:203
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 16 Oktyabr 2025 11:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see316

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see313

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see291

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see288

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see271

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see264

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see259

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see258

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see246

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see245

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see239

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see228

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see223

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

19 Noyabr 2026 13:48see218

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see217

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see205

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see198

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see194

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see193

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri