Azərbaycan ilə Macarıstan arasında əməkdaşlıq gündən günə dərinləşir İlham Əliyev
Sia Az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Prezident İlham Əliyev Macarıstanın milli bayramı münasibətilə bu ölkənin Baş naziri Viktor Orbanı və Macarıstan xalqını təbrik edib, ən xoş arzularını çatdırıb. SİA xəbər verir ki, dövlətimizin başçısının təbrik məktubunda qeyd edilib: “Dost ölkə və strateji tərəfdaşımız olan Macarıstanla dövlətlərarası əlaqələrimizin bugünkü səviyyəsi məmnunluq doğurur. Şübhəsiz ki, qarşılıqlı səfərlər, müntəzəm təmaslar, sıx əməkdaşlığımız bu münasibətlərin daha sürətlə inkişafına və möhkəmlənməsinə şərait yaradır.
Hazırda ikitərəfli gündəliyimizdə duran məsələlərin əhatə dairəsi çox genişdir. Sevindirici haldır ki, Azərbaycan ilə Macarıstan arasında əməkdaşlıq gündən-günə dərinləşir, enerji sahəsində səmərəli tərəfdaşlıq münasibətləri yüksələn xətt üzrə inkişaf edir. Siyasi dialoqumuzun intensivliyi bütün sahələrdə qarşılıqlı fəaliyyətimizin yeni məzmunla zənginləşməsində mühüm rol oynayır.
Beynəlxalq təşkilatlar, xüsusilə də Türk Dövlətləri Təşkilatı çərçivəsində qarşılıqlı fəaliyyətimizi ayrıca qeyd etmək istərdim. Bu il ərzində mənim Budapeştdə, Sizin isə Qəbələdə təşkilatın zirvə görüşlərində iştirakımız xalqlarımız və dövlətlərimiz arasında birliyin və həmrəyliyin daha da möhkəmlənməsinə, çoxtərəfli müstəvidə əlaqələrimizin genişlənməsinə verdiyimiz əhəmiyyətin göstəricisidir.
Əminəm ki, Azərbaycan-Macarıstan dostluq münasibətlərinin və strateji tərəfdaşlığının xalqlarımızın iradəsinə uyğun olaraq daha da gücləndirilməsi və dərinləşdirilməsi yolunda birgə səylərimizi bundan sonra da müvəffəqiyyətlə davam etdirəcəyik”.
Azərbaycan Prezidenti belə bir əlamətdar gündə Viktor Orbana möhkəm cansağlığı, xoşbəxtlik, dövləti fəaliyyətində uğurlar, dost Macarıstan xalqına daim əmin-amanlıq və rifah arzulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 23 Oktyabr 2025 11:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















