Azərbaycan Macarıstan iqtisadi əməkdaşlıq komissiyasının iclası keçirilib
Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Budapeştdə Azərbaycan-Macarıstan Hökumətlərarası İqtisadi Əməkdaşlıq üzrə birgə Komissiyanın 11-ci iclası keçirilib.
APA xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib.
O qeyd edib ki, 15 il əvvəl Macarıstanla Azərbaycan arasında qarşılıqlı hörmət əsasında tərəfdaşlıq qurulanda bəzi Avropa liderləri bu təşəbbüsə istehza ilə yanaşıb.
“Bu gün isə həmin liderlər Azərbaycan Prezidenti ilə şəkil çəkdirmək üçün Bakıda növbəyə dururlar”, - Macarıstan XİN rəhbəri vurğulayıb.
Nazir əlavə edib ki, bu əməkdaşlıq Macarıstana enerji, əczaçılıq, kənd təsərrüfatı və tikinti sahələrində böyük nəticələr qazandırıb: “Mərkəzi və Şərqi Avropanın aparıcı inteqrasiya olunmuş neft və qaz korporasiyası MOL Group və MVM indi Azərbaycanın ən böyük neft-qaz yataqlarında səhmlərə sahibdir və beynəlxalq bazarda sadə alıcıdan enerji istehsalçısına çevrilib”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 05 Sentyabr 2025 15:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















