Icma.az
close
up
RU
Azərbaycan ilə Slovakiya arasında iqtisadi ticari əlaqələr

Azərbaycan ilə Slovakiya arasında iqtisadi ticari əlaqələr

Icma.az bildirir, Yeniazerbaycan saytına əsaslanaraq.

İntiqam Quliyev    

YAP Ağdam rayon təşkilatının sədr müavini 

Azərbaycan ilə Slovakiya arasında iqtisadi-ticari əlaqələr günbəgün inkişaf etməkdədir. Slovakiya və Azərbaycan Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalamışlar. Təbii ki, bu da münasibətlərimizi ən yüksək səviyyəyə qaldıran bir sənəddir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cari ilin dekabrın 8-də Slovakiya Respublikasına rəsmi səfərə gəlib. Prezident İlham Əliyev səfər zamanı Bratislavada “Azadlıq Qapısı” abidəsini ziyarət edib və Morava və Dunay çaylarının qovuşduğu məkanda-Devin qəsrində olub. Bratislavada Prezident İlham Əliyevin Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini ilə təkbətək görüşü, həmçinin geniş tərkibdə görüşü baş tutub. Görüş çərçivəsində doğma Qarabağda quruculuq layihələrində Slovakiya şirkətlərinin iştirakı məsləsi də diqqət mərkəzində olub. Dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər. Ölkə Prezidenti cənab İlham Əliyev məzmunlu nitqində ölkələrimiz arasındakı hərtərəfli münasibətlərdən və gələcək inkişaf perspektivlərindən bəhs edib. Dövlət Başçısı cənab İlham Əliyev bildirmişdir ki, "keçən il Slovakiya və Azərbaycan Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalamışlar. Bu, əlaqələrimizi ən yüksək səviyyəyə qaldıran bir sənəddir və o sənədin imzalanmasından sonra biz bütün istiqamətlər üzrə çox fəal əməkdaşlığı görürük. Siz artıq bizim ikitərəfli gündəliyimizlə bağlı geniş məlumat verdiniz. Sadəcə olaraq, əlavə etmək istərdim ki, qeyd etdiyiniz bütün istiqamətlər üzrə bizim müştərək komandalarımız fəal işləyir. Birgə iqtisadi işçi qrup öz fəaliyyətini genişləndirir. Ənənəvi əməkdaşlıq sahəsi olan energetika üzrə konkret layihələr icra edilir. Keçən il ilk dəfə olaraq Azərbaycan qazı Slovakiyaya təchiz edilmişdir və Slovakiyanın ehtiyacları olan səviyyədə, istənilən həcmdə Azərbaycan enerji resurslarını təmin edə bilər. Onu da bildirməliyəm ki, bizim zəngin qaz yataqlarımız bu gün imkan verir ki, dünyanın bir çox ölkələrinə təbii qazı ixrac edək. Azərbaycan qazını almış ölkələrin sayı 14-ə çatıb. Biz boru kəmərləri ilə ixrac edilən qazın təchizatçı ölkəsi olaraq birinci yerdəyik. Yeni qaz yataqlarının işlənməsi nəticəsində əlavə resurslar əldə ediləcək və təbii ki, həm Slovakiyaya, həm də onun qonşularına Azərbaycan qazının təchizatı daha da böyük həcmdə mümkün olacaqdır." 

Slovakiya və Azərbaycan, sözün əsl mənasında, dost ölkələrdir və strateji tərəfdaşlardır.Qeyd edilməli digər vacib məsələ budur ki, Azərbaycan və Slovakiya hər iki dövlət müstəqil xarici siyasət aparır. Bu isə dövlətlərimizin xarici siyasət kursunda da ortaq nöqtələrinin olduğunu göstərir.  Prezident cənab İlham Əliyevin Bratislava çıxışı Azərbaycanın qlobal siyasətdə artan çəkisinin və strateji vizionunun daha bir təsdiqi oldu. Bu bəyanat həm də göstərdi ki, Azərbaycan diplomatiyası regional təsirdən qlobal təsirə doğru yüksəlişini davam etdirir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 10 Dekabr 2025 21:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see239

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see200

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see182

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see167

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see166

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see161

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see160

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see158

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see158

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see148

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see147

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see147

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see139

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri