Icma.az
close
up
RU
Deputat: “Azərbaycan Slovakiya arasında əlaqələr strateji tərəfdaşlıq əsasında yeni mərhələyə qədəm qoyur”

Deputat: “Azərbaycan Slovakiya arasında əlaqələr strateji tərəfdaşlıq əsasında yeni mərhələyə qədəm qoyur”

Demokrat.az saytına istinadən Icma.az xəbər verir.

“Müasir dövrdə Azərbaycan-Slovakiya münasibətlərinin inkişafı uzunmüddətli və ardıcıl əməkdaşlıq əsasında formalaşıb. 1990-cı illərin əvvəllərindən etibarən Azərbaycanla Slovakiya arasında qurulan diplomatik xətt tədricən genişlənərək bu gün artıq sabit və qarşılıqlı etimada əsaslanan əməkdaşlıq formatına çevrilib. Slovakiya 1992-ci ilin yanvarında Azərbaycanın müstəqilliyini tanımaqla ikitərəfli münasibətlərin təməlini qoyub. 1993-cü ildə isə rəsmi diplomatik əlaqələr təsis edilib”.
Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov Demokrat.az-a açıqlamasında bildirib.
O vurğulayıb ki, sonrakı mərhələlərdə tərəflər münasibətləri daha da institusional əsasla dərinləşdiriblər:
“2019-cu ilin oktyabrında Slovakiyanın Bakıda səfirliyinin açılması, 2023-cü ilin iyulunda isə Azərbaycanın Bratislavada səfirlik təsis etməsi əməkdaşlığın keyfiyyətcə yeni mərhələyə keçdiyini göstərir. Bununla yanaşı, Slovakiyada 2009-cu ildən fəaliyyət göstərən fəxri konsulluq iki ölkə arasında humanitar, iqtisadi və ictimai əlaqələrin inkişafına mühüm töhfə verib. Bu ardıcıl diplomatik addımlar Slovakiya-Azərbaycan münasibətlərinin davamlı xarakter daşıdığını və perspektiv əməkdaşlıq üçün möhkəm zəmin formalaşdırdığını nümayiş etdirir. Azərbaycan-Slovakiya münasibətləri son illərdə qarşılıqlı etimada, siyasi dialoqun genişlənməsinə və praktiki əməkdaşlığın dərinləşməsinə əsaslanan dinamik inkişaf mərhələsinə qədəm qoyub. Bu inkişaf təkcə yaxın regionla məhdudlaşmır. Azərbaycan həm də Avropa ölkələri ilə tərəfdaşlıq imkanlarını ardıcıl və sistemli şəkildə genişləndirir. Bu baxımdan Mərkəzi Avropada yerləşən Slovakiya xüsusi önəm daşıyır. NATO və Avropa İttifaqının üzvü olan Slovakiya dinamik inkişaf edən iqtisadiyyata və güclü sənaye potensialına malikdir. Bu da ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi üçün möhkəm zəmin yaradır. Eyni zamanda, Azərbaycan və Slovakiya rəhbərləri arasında qurulmuş qarşılıqlı etimad mühiti münasibətlərin daha da inkişaf etməsinə əlverişli şərait yaradır. Bütün bu amillər nəticəsində son illərdə iki ölkə arasında əlaqələr strateji və dinamik xarakter alaraq, həm ikitərəfli münasibətlərin güclənməsinə, həm də Avropa-Cənubi Qafqaz xəttində qarşılıqlı faydalı əlaqələrin möhkəmlənməsinə xidmət edir”.
Deputat qeyd edib ki, Azərbaycan-Slovakiya münasibətlərində yeni mərhələnin başlanması xüsusilə son illərdə həyata keçirilən intensiv siyasi dialoq və yüksək səviyyəli qarşılıqlı səfərlərlə daha aydın görünür:
“Qarşılıqlı görüşlər zamanı müzakirə olunan prioritet istiqamətlər, strateji əməkdaşlığa dair razılaşdırılan mövqelər və imzalanan rəsmi sənədlər iki ölkə arasında əlaqələrin daha da möhkəmlənməsinə güclü təkan verir. Bu əməkdaşlıq xəttinin ardıcıl şəkildə genişlənməsi isə münasibətlərin yüksələn dinamika ilə inkişaf etdiyini göstərir. 
Məhz bu kontekstdə dekabrın 8-də Bratislavada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini mətbuata bəyanatlarla çıxış ediblər. Bu bəyanatlar iki ölkə arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi istiqamətində atılan addımların əhəmiyyətini bir daha ön plana çıxarıb.  Slovakiya Prezidenti çıxışında qeyd edib ki, Slovakiya Azərbaycanı yerləşdiyi regionda strateji əhəmiyyətə malik tərəfdaş hesab edir: Azərbaycan Cənubi Qafqazın ən böyük iqtisadiyyatıdır. 
O, Asiya və Avropa ilə kəsişmədə yerləşir və zəngin enerji resurslarına malikdir. Mən çox şadam ki, bizim ticarət dövriyyəmiz artmaqdadır. Burada ciddi artım var. Biz bu gün də qeyd etdik ki, burada hələ də istifadə edilməmiş potensial var. Ötən il iki ölkə arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzalanmışdır və bu da bizim münasibətlərimizi daha yüksək səviyyəyə qaldırmışdır. Bizim qarşılıqlı maraq kəsb edən bütün sahələr üzrə əməkdaşlığımız yüksək səviyyəyə qaldırıla bilər. Biz gələcəkdə Slovakiya ilə Azərbaycan arasında daha sıx əməkdaşlıq edəcəyik - müdafiə sənayesi, müasir texnologiyalar, tələbə mübadiləsi, turizm, mədəniyyət və digər sahələrdə. Öz növbəsində Azərbaycan Prezidentinin səsləndirdiyi fikirlər də qarşılıqlı etimadın yüksək səviyyəsini, həm də tərəflərin gələcək əməkdaşlığa verdiyi böyük önəmi nümayiş etdirib.  
Dövlət başçısının xüsusilə ötən il imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannaməni xatırlatması da təsadüfi deyil. Çünki məhz həmin sənəd əlaqələrin institusional əsaslarını gücləndirərək onları ən yüksək mərhələyə yüksəldib. Bütün istiqamətlər üzrə əməkdaşlığın intensiv şəkildə genişlənməsi iki ölkə arasında yeni real tərəfdaşlıq modelinin formalaşdığını göstərir”.
K.Bayramov deyib ki, iki ölkə qarşılıqlı maraqlara söykənən, real əməkdaşlıq imkanları üzərində qurulan dayanıqlı tərəfdaşlıq modelini formalaşdırır:
“Yüksək səviyyəli səfərlər, geniş siyasi dialoq və strateji sənədlər əməkdaşlığın gələcək perspektivlərini daha da genişləndirir. Həm Bratislavanın, həm də Bakının iradəsi bu əlaqələrin təkcə mövcud çərçivə ilə məhdudlaşmadığını, əksinə, yeni istiqamətlər və daha geniş hədəflərlə zənginləşəcəyini göstərir. Beləliklə, qarşılıqlı etimada əsaslanan bu siyasi xətt Azərbaycan-Slovakiya tərəfdaşlığını gələcək illərdə daha da gücləndirəcək”.
Leyla Turan
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:127
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 10 Dekabr 2025 14:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see243

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see200

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see182

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see169

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see169

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see167

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see164

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see162

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see158

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see147

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see147

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see139

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see139

Bakı Sumqayıt qatarının 4, 15, 20 və 28 iyun üçün hərəkət qrafiki açıqlanıb CƏDVƏL

23 Yanvar 2026 05:36see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri