Icma.az
close
up
RU
Slovakiya və Azərbaycan arasında əlaqələr qarşılıqlı etimad və dostluq prinsiplərinə əsaslanır

Slovakiya və Azərbaycan arasında əlaqələr qarşılıqlı etimad və dostluq prinsiplərinə əsaslanır

Ses qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan-Slovakiya dövlətləri arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə ikitərəfli əlaqələrin inkişafında yeni siyasi mərhələ formalaşdırmaqla, əməkdaşlığın mahiyyətini və dayanıqlılığını əhəmiyyətli dərəcədə gücləndirib. Prezident İlham Əliyevin 8 dekabr tarixində Slovakiyaya rəsmi səfəri çərçivəsində mətbuata verdiyi bəyanat iki ölkə arasında mövcud olan dostluq və strateji tərəfdaşlıq münasibətlərinin inkişafını nümayiş etdirir. Bəyanatda, həmçinin əməkdaşlığın enerji, müdafiə sənayesi, nəqliyyat və rəqəmsal infrastruktur sahələrində yeni perspektivlər yaratdığı qeyd olunur. İki ölkə arasında imzalanan Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə bu münasibətləri yüksək səviyyəyə çatdırmışdır. Bu sənədin imzalanmasından sonra hər iki tərəfin müştərək işçi qrupları bütün sahələrdə aktiv şəkildə fəaliyyət göstərmiş, siyasi-iqtisadi və humanitar sahələrdə əməkdaşlıq daha da dərinləşmişdir. Slovakiya və Azərbaycan sözün əsl mənasında dost ölkələrdir, bu yaxınlıq həyata keçirilən real əməkdaşlıq layihələri ilə davamlı şəkildə möhkəmlənir. Hər iki tərəfin müstəqil işçi qrupları siyasi dialoqdan tutmuş iqtisadi əməkdaşlığa, energetikadan texnoloji sahələrə qədər çoxsaylı istiqamətlərdə intensiv iş həyata keçirir. Bu amillər dövlətlərarası etimadın yüksək səviyyədə olduğunu təsdiqləyir.

Enerji sahəsi Slovakiya–Azərbaycan tərəfdaşlığının əsas məsələlərindən biridir. 2024-cü ildə ilk dəfə Azərbaycan qazının bu ölkəyə çatdırılması mühüm tarixi hadisədir və Avropa enerji xəritəsində yeni strateji xətt formalaşdırır. Azərbaycanın zəngin qaz yataqlarının mövcudluğu Avropanın çoxsaylı dövlətlərinin enerji təhlükəsizliyinə real töhfə vermək imkanı yaradır. Hazırda Azərbaycan qazını alan ölkələrin sayı 14-ə çatıb və bu proses dinamik şəkildə genişlənir. Ümumi qaz ixracının 25 milyard kubmetrə çatması, bunun yarısının Avropa ölkələrinə yönəlməsi dövlətimizin qitə üçün dayanıqlı və etibarlı enerji tərəfdaşı olduğunu göstərir. Mətbuata verdiyi bəyanatda dövlətimizin başçısı İlham Əliyev vurğulayıb ki, Azərbaycan və Slovakiya artıq strateji tərəfdaşdır və bu səfər iki ölkə arasındakı əməkdaşlıq platformasını möhkəmləndirir. O, əvvəlki illərdə imzalanmış Strateji Tərəfdaşlıq üzrə Birgə Bəyanatın əlaqələrin inkişafına böyük təkan verdiyini qeyd edərək, hazırda əməkdaşlığın bütün sahələrdə aktiv olaraq davam etdiyini bildirib. Prezident həmçinin siyasi-diplomatik dialoqla yanaşı, iqtisadiyyat, enerji, nəqliyyat-logistika, texnologiya və müdafiə sahələrində qarşılıqlı əməkdaşlığın əhəmiyyətini xüsusi vurğulayıb. Texnologiya və informasiya infrastrukturu sahəsində də Azərbaycan coğrafi mövqeyi və enerji potensialı ilə data mərkəzləri və İT layihələri üçün əlverişli mühit təmin edir, Slovakiya şirkətləri ilə bu sahədə əməkdaşlığın genişləndirilməsi perspektivləri mövcuddur. Eyni zamanda, müdafiə-sənaye sahəsində Slovak texnologiyaları və Azərbaycan investisiyaları birləşdirilərək yeni imkanların yaradılması planlaşdırılır.

Dövlətlərarası hüquqi və institusional baza münasibətlərin davamlı inkişafını təmin edir. Slovakiyanın Bakıda səfirliyi 1 oktyabr 2019-cu ildə fəaliyyətə başlamış, Azərbaycanın həmin ölkədə səfirliyi isə 14 iyul 2023-cü ildə təsis olunmuşdur. İkitərəfli hüquqi bazaya 13 sənəd daxildir və iqtisadi əməkdaşlıq üzrə Birgə İşçi Qrupu bu münasibətlərin inkişafında mühüm rol oynayır.

Bu səfər həm də siyasi baxımdan xüsusi əhəmiyyət kəsb edir. Bu, Prezident İlham Əliyevin Slovakiyaya tarixdə ilk rəsmi səfəri olub və iki ölkə arasındakı yüksək səviyyəli siyasi iradənin göstəricisi kimi qiymətləndirilir. Səfər çərçivəsində əldə olunan razılaşmalar strateji tərəfdaşlığı rəsmi institusional platformaya çevirir və gələcək layihələr üçün möhkəm zəmin yaradır. Slovakiya ilə müdafiə sənayesi sahəsində əməkdaşlıq geniş potensiala malikdir və hər iki ölkənin imkanları bu sahədə bir-birini tamamlayır. Bu əməkdaşlıq yeni texnologiyaların transferinə və yerli istehsalın inkişafına şərait yaradır. Eyni zamanda, tərəflər birgə layihələr vasitəsilə rəqabətqabiliyyətli məhsulların istehsalını hədəfləyirlər. Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi Qələbənin beşinci ildönümünə həsr olunmuş paradda Slovakiyanın yüksək səviyyəli nümayəndə heyətinin iştirakı ikitərəfli münasibətlərdə siyasi etimadın yüksək olmasını təsdiqləyən mühüm nümunədir. Bu jest Slovakiyanın Azərbaycanla strateji tərəfdaşlığa göstərdiyi hörmətin göstəricisi kimi dəyərləndirilir və müdafiə sənayesi sahəsində gələcək əməkdaşlıq məsələlərini ön plana çıxarır.

Beləliklə, Prezident İlham Əliyevin bu səfəri Azərbaycan-Slovakiya münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsini təsdiqləyir və gələcək perspektivləri müəyyən edir. Energetika, müdafiə sənayesi, sənaye istehsalı, nəqliyyat və rəqəmsal infrastruktur sahələrində həyata keçirilən təşəbbüslər iki ölkəni dahada yaxınlaşdırır. Hər iki ölkənin müstəqil xarici siyasəti və sənaye potensialı bu tərəfdaşlığa mühüm töhfə verir və regionun enerji və nəqliyyat xəritəsində strateji mövqeyi gücləndirir. Bu əməkdaşlıq həm regional sabitliyə, həm də iqtisadi və texnoloji inkişafın genişlənməsinə xidmət edir, gələcəkdə yeni layihələrin və təşəbbüslərin reallaşmasına geniş imkanlar yaradır.

Ayaz Cəbrayılov

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 11 Dekabr 2025 14:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see293

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see269

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see199

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see196

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see182

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see166

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see159

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see157

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see156

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see153

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see151

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see150

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see147

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see144

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see142

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see141

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see140

Bu problemi olanlar, yumurta sarısına “yox” desin

23 Yanvar 2026 22:23see138

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see135

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri