Icma.az
close
up
RU
Azərbaycan ilə Türkiyə arasında dini təhsil sahəsində əməkdaşlığa dair müzakirə aparılıb AZƏRTAC

Azərbaycan ilə Türkiyə arasında dini təhsil sahəsində əməkdaşlığa dair müzakirə aparılıb AZƏRTAC

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 2 dekabr, AZƏRTAC

Azərbaycan İlahiyyat İnstitutu yanında Bakı İlahiyyat Kollecinin əməkdaşlarından ibarət nümayəndə heyəti Türkiyədə səfərdə olub. Səfərin məqsədi dini təhsil müəssisələri ilə əlaqələrin gücləndirilməsi, birgə layihələrin həyata keçirilməsi olub.

Bu barədə AZƏRTAC-a İlahiyyat İnstitutundan məlumat verilib. Bildirilib ki, Ankarada milli təhsil nazirinin müavini Celile Eren Ökten ilə keçirilən görüşdə kollecin direktoru Mehman İsmayılov Azərbaycanın dini təhsil sistemi barədə məlumat verib, dövlətin bu sahəyə qayğısından bəhs edib. Celile Eren Ökten dini tədris sahəsində ölkəsinin təcrübəsini bölüşməyə və bu sahəyə dəstək verməyə hazır olduqlarını bildirib.

Səfər çərçivəsində nümayəndə heyəti Ankarada Dini Tədris Mərkəzini, Şəhid Cengiz Polat Anadolu Liseyini, Tevfik İreli Anadolu imam-xətib liseyini də ziyarət edib, tədris prosesi ilə tanış olub.

Nümayəndə heyətinin üzvləri, həmçinin Anadolu Məktəbini ziyarət ediblər. Məktəbin rəhbəri Sami Güçlü təhsil ocağının fəaliyyəti barədə məlumat verib. Qeyd edib ki, Türkiyənin 40-dan çox bölgə və şəhər məktəbində, həmçinin türkdilli ölkələrin bir neçə təhsil ocağında həyata keçirilən layihələrin əsas məqsədi şagird və tələbələri Türk dünyasının ortaq mədəniyyəti, ənənə və dəyərləri ilə yaxından tanış etməkdir. Sami Güçlü bildirib ki, Anadolu Məktəbi qeyd olunan bu dəyərlərin təbliği üçün ölkə daxilində və xaricdə gənclər arasında müxtəlif müsabiqələr təşkil edir.

Kollecin nümayəndələri Ankarada Beynəlxalq Milli İradə Anadolu İmam-xətib Qızlar Liseyinin fəaliyyəti ilə də tanış olublar.

İstanbul şəhərində Mehmet Emin Saraç Anadolu İmam-xətib liseyi, Bəyoğlu Anadolu İmam-xətib liseyi və İstanbul Rəcəb Tayyib Ərdoğan İmam-xətib liseyini ziyarət edən nümayəndə heyətinin üzvləri bu təhsil ocaqlarının fəaliyyəti ilə tanış olublar. Bildirilib ki, Türkiyədə fəaliyyət göstərən imam-xətib liseyləri ümumilikdə on bir istiqamət üzrə ixtisaslaşıb. Bu liseylərdə dini dərslərlə yanaşı, dil, ədəbiyyat, incəsənət, texnologiya, fəlsəfə, mədəniyyət və digər sahələrlə bağlı fənlər də tədris olunur.

Gələcəkdə Bakı İlahiyyat Kolleci ilə adıçəkilən liseylər arasında əməkdaşlığın genişləndirilməsi, kollecin müəllimlərinin təcrübə mübadiləsi məqsədilə bu tədris ocaqlarına göndərilməsi, həmçinin tələbələrin İstanbuldakı liseylərdə təşkil olunacaq yay məktəblərində iştirakı müzakirə edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 Dekabr 2024 19:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see229

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see223

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see196

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see189

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see176

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see163

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see160

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see155

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see155

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see155

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see145

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see143

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see143

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see142

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see137

İlahiyyatçı Əkrəm Həsənov: Yeni il gecəsi insanın özünə hesabat verdiyi, sabaha ümidlə baxdığı bir zamandır

31 Dekabr 2025 19:54see137

ABŞ qüvvələrindən qaçan Venesuela tankerinin üzərində Rusiya bayrağı..?

31 Dekabr 2025 20:19see132

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see132

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri