Icma.az
close
up
RU
Azərbaycan imzası ilə SÜLH: Tarixi sammitdən yanacaq və tranzit yüklərə qədər

Azərbaycan imzası ilə SÜLH: Tarixi sammitdən yanacaq və tranzit yüklərə qədər

Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.

2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilən sammitdən bir il sonra Azərbaycan və Ermənistan arasında sülh prosesinin iqtisadi istiqamətdə də praktiki nəticələri özünü göstərir.
Bizim.Media xəbər verir ki, bu barədə caliber.az-da dərc olunan məqalədə qeyd olunub.
Bildirilir ki, Vaşinqton sammitinin birinci ildönümündə Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Telefon danışığı zamanı liderlər ötən bir il ərzində görülən işləri, ABŞ Prezidenti Donald Tramp və ABŞ hökumətinin sülh prosesində rolunu, həmçinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında əldə olunan irəliləyişi müzakirə ediblər.
 

Danışıqlar zamanı konkret iqtisadi məsələlərə də toxunulub. Xüsusilə Azərbaycanın Ermənistana neft məhsulları ixrac etməsi və üçüncü ölkələrdən Ermənistana gedən yüklərin Azərbaycan ərazisindən tranzit keçməsi qeyd olunub.


Məqaləyə əsasən, 2026-cı ilin ilk dörd ayında Azərbaycanın Ermənistana ixracının həcmi 9,5 milyon dolları ötüb.
Bu dövrdə Ermənistana dizel yanacağı, həmçinin Aİ-92 və Aİ-95 markalı benzin göndərilib. Yay aylarına doğru Balacarı dəmir yolu stansiyasından Ermənistana göndərilən yanacağın həcmi on minlərlə tona çatıb.
Məqalədə qeyd olunur ki, bir neçə il əvvəl Azərbaycanın Ermənistana yanacaq ixrac etməsi real görünməsə də, hazırda bu proses adi iqtisadi münasibətlər çərçivəsində həyata keçirilir.
Azərbaycan ərazisindən Ermənistana tranzit yüklərin daşınması da iki ölkə arasında yaranan yeni iqtisadi əlaqələrin əsas istiqamətlərindən biri kimi göstərilir.
Belə ki, üçüncü ölkələrdən Ermənistana gedən yüklərin bir hissəsi Azərbaycan ərazisindən keçməyə başlayıb. Azərbaycan dəmir yolları ilə Ermənistan istiqamətində 32 min tondan çox taxıl, 7 min tondan artıq gübrə və digər məhsullar daşınıb.
 

Məqalədə vurğulanır ki, bu, 1990-cı illərin əvvəllərindən etibarən ilk dəfə Azərbaycan dəmir yolu vasitəsilə Ermənistana birbaşa yük daşımalarının həyata keçirilməsi baxımından əhəmiyyətlidir.


Yazıda həmçinin qeyd olunur ki, neft məhsullarının tədarükü ilə bağlı razılaşma Bakı və İrəvan arasında birbaşa dialoq nəticəsində əldə olunub və prosesdə xarici vasitəçilər iştirak etməyib.
Müəllifin fikrincə, iki ölkə arasında iqtisadi əlaqələrin genişlənməsi qarşılıqlı asılılığı artırır və bu da sülh prosesinin möhkəmlənməsinə təsir edən amillərdən biri ola bilər.
Məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il Vətən müharibəsindən sonra Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması və sülh prosesinin təşviqində təşəbbüskar mövqe tutduğu da qeyd edilir.
 

Yazıda bildirilir ki, Azərbaycan tərəfindən irəli sürülən beş əsas prinsip sülh prosesinin əsasını təşkil edib. Eyni zamanda regionda nəqliyyat əlaqələrinin bərpası və iqtisadi münasibətlərin inkişaf etdirilməsi də Azərbaycanın irəli sürdüyü əsas istiqamətlərdən biri olub.


Məqalənin müəllifi hesab edir ki, Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra əsas məqsədlərdən biri regionda dayanıqlı sülh və iqtisadi qarşılıqlı əlaqələrin formalaşdırılmasıdır.
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://bizim.media
archiveBu xəbər 09 Avqust 2026 14:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see462

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see405

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see403

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see304

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see291

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see285

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see283

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see280

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see271

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see267

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see249

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see244

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see243

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see239

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see238

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see238

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see237

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see235

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see232

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see230
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri