Icma.az
close
up
RU
Azərbaycan indi də ədalətli olacaq Yeni Gündəm

Azərbaycan indi də ədalətli olacaq Yeni Gündəm

Yenigundem portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Dövlət müstəqiliyi bərpa edildikdən sonra Azərbaycan həm dünya birliyinin, həm də MDB dövlətlərinin tədbirlərində fəal iştirak edir, özünün siyasi xətti ilə tanınır, öz ira­də­si­ni xarici si­ya­sə­tinin başlıca istiqamətinə çevirir. Bu, Azərbaycanın dövlətlərarası mü­na­si­bətlər sistemində nüfu­zu­nun daha da artmasında mühüm vasitələrdən biri olub.

Ermənistan Azərbaycandan ərazi iddiasına düşəndə də, bu iddiaya görə elan etmədən əda­lət­­­siz müharibə aparanda da, Azərbaycan bu ədalətsiz müharibəyə görə ədalətli müharibəyə baş­la­yan­da da, haqq, ədalət Zəfər qazananda da dünyanın bəşəri dövlətləri Azərbaycanı dəstəkləyirdi.

İki dövlət arasında baş verən hadisələrə münasibət həmişə eyni olmayıb. Dekabr ayının 25-də AZAL-a məxsus sər­nişin təyyarəsinin Rusiya Federasiyası ərazisində vurulmasına da münasi­bət­lərdə bəzi dövlətlərin  möv­qeyi gerçəkliyi ifadə etmədi. Ərazi Rusiyanın ərazisidir, hadisə Rusi­ya­nın ərazisində olub. Ancaq Rusiya bu miqyaslı cinayətə vaxtında ciddi, gerçək münasibət bildir­mə­di. “Niyə?”lər çoxdur…

Azərbaycan Respublikasının Prerzidenti cənab İlham Əliyevin Azərbaycan Televiziyasına mü­sahibəsi hadisəyə münasibətlərin reallıq prizmasından təhlili kimi tarixləşdi. Sankt-Peterburq şəhərində MDB dövlətlərinin Zirvə görüşünə uçarkən AZAL-a məxsus sərnişin təyyarəsinin Qaza­xıs­tanın Ak­tau şəhəri yaxınlığında qəzaya uğramasına görə Bakıya qayıdan dövlət başçımızın gös­tə­rişi ilə Döv­lət Komissiyasının yaradılması, Azərbaycan Baş Prokurorluğunun cinayət işi açması bu cinayətin baş vermə səbəblərini və necə baş verdiyinin açılmasını təmin edəcəkdir.

Müsahibə qəzanın (cinayətin) baş vermə ehtimalının gerçəklik fonunda şərhi kimi qəbul edil­məlidir: təyyarəmizin radioelektron mübarizə vasitələri tərəfindən idarəolunmaz vəziyyətə sa­lın­ması, bunun təyyarəyə yetirilən birinci xətər olması, yerdən açılan atəş nəticəsində təyyarənin quy­­ruq his­səsinin böyük dərəcədə zədələnməsi, füzelyajın dəlik-deşik olması, cinayətin əlamətləri yox, yerinə yetirilmə ardıcıllığını göstərir və Azərbaycan Respublikasının Prezidenti bunu diqqətə çat­dıraraq bildirir ki, “Rusiyanın rəsmi qurumları hansısa qaz balonunun partlaması ilə bağlı versi­ya­lar irəli sürmüşdü. Yəni, bu, açıq-aydın göstərirdi ki, Rusiya tərəfi məsələni ört-basdır etmək is­­təyir və əlbəttə, bu, heç kimə başucalığı gətirmir. Təbiidir ki, təyyarəmiz təsadüfən vuruldu. Tə­bi­idir ki, burada hər hansı bir qəsdən terror aktı törətmək məsələsindən söhbət gedə bilməz. Ona gö­rə öz günahını etiraf etmək, dost ölkə sayılan Azərbaycandan vaxtında üzr istəmək və bunu ic­ti­maiyyətə bildirmək – bütün bunlar görüləsi tədbirlər idi və addımlar idi. Əfsuslar olsun ki, bi­rin­ci üç gün ərzində biz Rusiyadan cəfəng versiyalardan başqa heç nə eşitməmişik…”

Azərbaycan Respublikasının Prezidenti cənab İham Əliyevin məntiqi sualları cinayətin baş vermə səbəblərinin aşkarlanmasına istiqamətlənmiş suallardır: Təyyarə nə üçün Qroznı şəhərinə enə bilmədi? Radioelektron mübarizənin təsiri nə dərəcədə təyyarənin idarə olunmasına təsir gös­tərib? Havada endirilən zərbə və təyyarənin yanında olan partlayışın nəticələri nə dərəcədə təsirli oldu?

Müsahibədə bir məqam da diqqəti çəkir: Rusiyanın bu işi Dövlətlərarası Aviasiya Komitə­si­nin araşdırmasını təklif etməsi və Azərbaycanın bu təklifi rədd etməsi: “Sirr deyil ki, bu qurum daha çox Rusiya məmurlarından ibarətdir və qurumun başında Rusiya vətəndaşları dayanır. Burada obyektivlik amilləri tam təmin edilməyə bilərdi. Əgər qəza baş verəndən dərhal sonra biz Rusiya tərəfindən ədalətli və adekvat addımlar görsəydik, bəlkə də buna etiraz etməzdik. Amma biz gör­dük ki, burada məsələni ört-basdır etmək cəhdləri göz qabağındadır…”

Azərbaycan Respublikasının Presizdenti cənab İlham Əliyev müsahibəsində diqqəti icti­ma­iy­yəti düçündürən bir sıra ciddi suallara da yönəldib: Nə üçün təyyarə enə bilməyib? Dəqiq nə vaxt təyyarəyə yerdən atəş açılıb? Nə üçün təyyarə yaxında olan hava limanlarına eniş cəhdi etməyib? Təy­yarə Aktauya göndərildimi, yoxsa bu, obyektiv seçim idi? Dövlət başçımız həm də bildirdi: “Bəziləri hesab edir ki, təyyarə bilərəkdən yerdəki xidmət tərəfindən, Qroznı tərəfindən göndərildi ki, çünki təyyarə artıq idarəolunmaz vəziyyətdə idi və ehtimal böyük idi ki, təyyarə dənizə düşə­cək. Belə olan halda, ört-basdır cəhdləri uğurla nəticələnəcək və dırnaqarası quş versiyası əsas versiya kimi təqdim ediləcək. Bəzi mütəxəssislərin fikirlərinə görə, Aktau ona görə seçilmişdir ki, orada açıq məkandır və yaşayış yerləri hava limanından uzaqdır və təyyarə ekipajı fərz edə bilərdi ki, bu, qəza enişi olacaq və bunun üçün daha uyğun yer seçmişdi. Ancaq digər tərəfdən, yaxın hava limanları olan halda, təyyarə idarəolunmaz vəziyyətdə olan halda daha uzaq məsafəyə, özü də dənizin üzərindən uçmaq daha riskli idi. Yəni, bütün bu suallara hələ ki, cavab yoxdur. Biz Azər­baycan tərəfi və şəxsən mən maksimum ədalətli olmağa çalışırıq”…

Ekipaj üzvlərinin təltifi ilə bağlı sərəncamı olacağıını bldirən dövlət başçımız dedi ki, “Mən onların fəaliyyətini, peşəkarlığını, fədakarlığını çox yüksək qiymətləndirirəm. Pilotlar və bütün eki­paj böyük qəhrəmanlıq göstərdilər. Pilotlar həm peşəkarlıq, həm qəhrəmanlıq gös­tər­mişlər ki, idarəedilməz vəziyyətdə olan təyyarəni müxtəlif üsullarla idarə edirdilər. Baxma­yaraq, tə­bii ki, pilotlar təcrübəli pilotlar idi və bilirdilər ki, onlar bu qəza enişindən sağ çıxa bilməyəcəklər. Ancaq sərnişinləri xilas etmək üçün onlar maksimum böyük qəhrəmanlıq göstərmişlər və məhz bunun nəticəsində təyyarə qəzasında sağ qalanlar var. Məhz bunun nəticəsində füzelyajın bir his­sə­si yanmayıb və məhz bunun nəticəsində bu gün biz tam açıq-aydın deyə bilərik ki, təyyarə Ru­siya tərəfindən vuruldu. Bax bu faktdır və bu faktı heç kim dana bilməz…”.

Qazaxıstanın dəstəyini və həmrəyliyini, AZAL-ın Rusiyanın bəzi şəhərlərinə uçuşlarının da­yan­dırıldığını bildirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev müsahibədə nəticə olaraq bildirdi: “…Rusiya tərəfi Azərbaycandan üzr istəməlidir. İkincisi, öz günahını etiraf etməlidir. Üçüncüsü, günahkarları cəzalandırmalıdır, cinayət məsuliyyətinə cəlb etməlidir və Azərbaycan dövlətinə və zərərçəkən sərnişin və ekipaj üzvlərinə təzminat ödəməlidir. Bu, bizim şərtlərimizdir…”

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan Televiziyasına müsahibəsi cinayət haqqında ictimaiyyəti də, dünya ictimaiyyətini də cinayətlə bağlı gerçəklik­lərlə ətraflı məlumatlandırdı. Araşdırmalar bitəndən, qəzanın təfərrüatları tam araşdırıldıqdan son­ra bu versiyaların gerçəkliyinə şübhə qalmayacaq. Həm də Azərbaycan maksimum ədalətli olmağa ça­lış­dığına görə…

Səbinə Xasayeva,

Milli Məclisin deputatı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:174
embedMənbə:https://yenigundem.az
archiveBu xəbər 30 Dekabr 2024 13:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ceyhun Bayramov Nyu Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalanıb

27 Sentyabr 2026 00:00see223

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

27 Sentyabr 2026 08:13see221

Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?

27 Sentyabr 2026 02:04see220

Klopp Adeyemini müdafiə etdi: “Onun oyununu bəyənirəm”

27 Sentyabr 2026 01:04see217

Bu nazirliyin işçilərinə süni intellekt öyrədiləcək

26 Sentyabr 2026 15:44see211

Barselona onun üçün 80 milyon avro ödəyəcək?

26 Sentyabr 2026 23:57see209

“Təzə ata olmuşdu, qucağımda şəhid oldu” VİDEO

27 Sentyabr 2026 01:31see208

İspaniya millisi rekord vurdu məğlubiyyətsizlik seriyasını 39 matça çatdırdı

27 Sentyabr 2026 01:20see205

Qeyri neft qaz ixracında rekord artım

26 Sentyabr 2026 16:29see201

Ebru Gündeşin 10 milyonluq əməliyyatın nəticəsi Son halı (Foto)

27 Sentyabr 2026 16:08see186

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşüb FOTOLAR

26 Sentyabr 2026 16:45see184

Xəstələri itlərlə müalicə edən azərbaycanlı həkim: “İnsanlar məlumatlı deyillər, heyvanlardan qorxurlar” FOTO+ÖZƏL

26 Sentyabr 2026 21:44see183

Müctəba Xameneinin müalicə olunduğu xəstəxana bombalanıb Yeni təfərrüat

27 Sentyabr 2026 10:08see181

Vətən müharibəsinin başlamasından altı il keçir Azərbaycanda Anım Günüdür!

27 Sentyabr 2026 01:05see175

Rəqsanənin filtrsiz görüntüsü diqqət çəkdi (Foto)

27 Sentyabr 2026 15:17see169

Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib

27 Sentyabr 2026 19:59see168

Pul əldə etdikdə dəyişən 4 BÜRC

26 Sentyabr 2026 23:10see168

“Onun çiyinlərində görmək istədiyimiz o poqonlara inşallah, mən çataram” Videomüsahibə

26 Sentyabr 2026 23:04see166

Heç vaxt müflis olmayacaq BÜRCLƏR

27 Sentyabr 2026 03:44see165

Heç bir estetik və botoksum yoxdur (Video)

27 Sentyabr 2026 13:48see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri