Azərbaycan indiyədək dünya əhəmiyyətli bir çox nəhəng lahiyələrə müəlliflik edib
Ses qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.
Dünyada baş verən gərgin hadisələr dövründə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 5 yanvar 2026-cı il tarixində ölkə televiziyalarına verdiyi müsahibə 2025-ci ildə Azərbaycanın daxili və xarici siyasətində uğurları, 2026-cı ildə qarşıya qoyulmuş vəzifələrin həyata keçirilməsi istiqamətində mühüm məsələləri ictimaiyyətin diqqətinə çatdırdı.Cənab İlham Əliyevin müsahibələri ənənəvi xarakter daşıyır və hər ilin əvvəlində mətbuata verdiyi müsahibə Azərbaycanın milli maraqlarına əsaslanan inkişaf modelini, məqsədyönlü və ardıcıl dövlət siyasətini hər bir Azərbaycan vətəndaşına çatdırır.Ölkəmizin inkişafı müstəqillik, suverenlik, daxili sabitlik, müasir dünyada baş verə biləcək hadisələrə operativ və çevik xarici siyasət xəttinin həyata keçirilməsi üzərində qurulub. Beləki ölkə Prezidenti Azərbaycanın xarici siyasətini təhlil edərkən ölkəmizin müstəqil və balanslaşdırılmış siyasət aparmaqla dünya dövlətləri, həmçinin qonşu dövlətlərlə münasibətlər milli maraqlara istinad edir.Nəticə etibarı ilə bütün bunlar Azərbaycanın geosiyasi mövqeyinin dahada möhkəmlənməsinə zəmin yaradır.Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni reaqllıqlar dünyanın güclü ölkələri tərəfindən qəbul edilir və biz Amerika Birləşmiş Ştatları kimi supergüc dövlətin ölkəmizə verdiyi dəstəyi görürük.Amerika Azərbaycanla Qafqazın güclü lideri kimi əməkdaşlıq edir.Azərbaycanın yaratmaq istədiyi dayanıqlı sülh və təhlükəsizliyə tərəfdar olduğunu bildirir.Azərbaycan ABŞ Prezidenti Donald Trampın ciddi dəstəyini qazana bilib.Bunun nəticəsidir ki Ermənistanla sülh müqaviləsi imzalanmağa Zəngəzur dəhlizinin açılmasına çox az vaxt qalıb.
Azərbaycan indiyədək dünya əhəmiyyətli bir çox nəhəng lahiyələrə müəlliflik edib enerji, neft- qaz təminat üzrə əvəzsiz işlər görüb.Zəngəzur dəhlizi açıldıqdan, bölgənin nəqliyyat-kommunikasiya şəbəkəsi şaxələndikcə Cənubi Qafqazda yeni mənzərə yaranacaq.Bu Naxçıvan Muxtar Respublikasının blokadadan tam çıxarılması ilə bərabər qonşu ölkələr üçün böyük dividentlər qazandıracaq,Azərbaycan dünyaya daha böyük töhfələr verəcək. Azərbaycan Respublikasının Prezdenti cənab İlham Əliyevin müsahibəsində qeyd etdiyi kimi Azərbaycan-Amerika münasibətlərinin konteksində 2025-ci il tarixi il sayıla bilər.Zəngəzur dəhlizinin açılması artıq Amerika Prezidenti tərəfindən təsdiqlənmişdir’.Ölkə Prezidentinin 5 yanvar 2026-cı il tarixdə yerli televiziya kanallarına verdiyi müsahibədə müasir beynəlxalq münasibətlərin mahiyyəti və Azərbaycanın tutduğu mövqeyi qarşıdakı strateji hədəfləri ictimaiyyətə çatdırıldı.Dövlət başçısının açıqlamalrı göstərdi ki Azərbaycan dünyanın güclü dövlətlərindən biridir.Əminliklə deyə bilərik ki dövlət başçısının apardığı çoxşaxəli daxili və xarici siyasəti nəticəsində 2026-cı ildə qarşıya qoyduğu hədəflər benəlxalq səviyyədə ölkəmizin imicinin dahada artmasına, əhalinin rifahının yüksəlməsinə, sosial müdafiəsinin gücləndirilməsinə əlavə stimullar verəcəkdir.
Rizvan Məmmədov
Yeni Azərbaycan Partiyası Şahbuz rayon təşkilatının sədri
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 08 Yanvar 2026 16:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















