Icma.az
close
up
RU
Azərbaycan Prezidenti əhəmiyyətli mesajlar verdi

Azərbaycan Prezidenti əhəmiyyətli mesajlar verdi

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan dünyanın bir çox ölkələri ilə yanaşı, Rusiya ilə də əlaqələri daim diqqətdə saxlayır. Azərbaycan və Rusiya arasında müxtəlif sahələri əhatə edən müqavilələr, sazişlər imzalanıb. Bu münasibətlər hazırda yeni müstəvidədir. Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə mütəmadi olaraq keçirdiyi görüşlər, ikitərəfli və beynəlxalq gündəmdə olan əsas mövzularla bağlı müzakirələr bu əlaqələrin genişlənməsinə gətirib çıxarır.
Bildiyimiz kimi, Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” imzalanıb.
Rusiya ilə ölkəmizin yüksək səviyyəli əlaqələri vardır. İki ölkə prezidentləri arasında qarşılıqlı hörmət və etimada əsaslanan dostluq münasibəti formalaşıb. Rusiya Azərbaycanın qonşusu, dünyanın ən güclü ölkələrindən və BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən biridir. Ölkələrimiz arasında tarixən dərin mədəni, humanitar, iqtisadi əlaqələr mövcuddur. Rusiyada milyonlarla azərbaycanlı yaşayır və işləyir. Eyni zamanda Azərbaycanda da çoxsaylı rus icması yaşayır. 
Azərbaycanda təhsilin rus dilində olduğu 340-a yaxın məktəb var, bu məktəblərdə 140 mindən çox şagird təhsil alır. 
Ölkəmizdə rus dilinə hər zaman tələbat olub və heç vaxt hər hansı məhdudiyyət olmayıb.
Dekabr ayının 17-də cənab Prezident İlham Əliyev “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinə müsahibə verərkən də Rusiya ilə Azərbaycan arasındakı münasibətlərdən danışdı. Qarşılıqlı Fəaliyyət haqqında Bəyannamənin imzalanması faktının həm Rusiya, həm də Azərbaycan üçün mühüm siyasi addım olduğunu söylədi. Müsahibəsində Azərbaycan Prezidenti həm ölkəmiz, həm də dünya üçün əhəmiyyətli olan mesajlar verdi.
Azərbaycan Prezidenti İlham Əliyev “Rossiya Seqodnya”ya  müsahibəsində Fransa ilə münasibətlərə də fikir bildirdi. Azərbaycanın Fransa ilə heç vaxt probleminin olmadığını, hətta əvvəllər Fransa ilə bir çox Avropa ölkəsindən fərqli olaraq daha çox əməkdaşlıq etdiyini söylədi. Əlbətdə ki, bunun Fransada Makronun hakimiyyətə gəlişinə qədər olduğunu bildirdi. Hər kəsə  çox yaxşı məlumdur ki, İkinci Qarabağ müharibəsi başlayanda onlar açıq şəkildə işğalçıların tərəfini tutdular. Bu, onu deməyə əsas verdi ki, münasibətlərimizdə heç də hər şey qaydasında deyil.
Hazırda da Makronun bəyanatları heç bir çərçivəyə sığmır. Təəssüf ki, hər zaman olduğu kimi, Fransa proseslərə mane olmağa çalışır. Makron ermənidən daha çox erməni olmağa çalışır. Bir Fransız siyasətçinin dediyi kimi, Makron fransızların deyil, Fransada yaşayan ermənilərin prezidentidir. Davamlı olaraq ayrı-ayrı dövlətləri ittiham edir, öz maraqlarını təmin etməyə çalışır. Bu məsələyə kəskin münasibəti təkcə Azərbaycan yox, hətta fransalı politoloqlar da buna münasibət bildiriblər. Bu gün açıq şəkildə deyə bilərik ki, Makronun yanaşması Fransanın dövlət maraqlarına, Avropanın maraqlarına uyğun gəlmir. Hazırda Makron rejimi mahiyyət etibarilə Fransanı uğursuz dövlətə çevirir.
Cənab Prezident “Rossiya Seqodnya”ya  müsahibəsində Gürcüstanda yaranan proseslərə də öz münasibətini bildirdi və Gürcüstanla çox mühüm tərəfdaş və yaxın dostluğumuzu qeyd etdi. Gürcüstanda vəziyyət sabitləşdiyinə sevindiyini söylədi.
Beynəlxalq qüvvələr tərəfindən dəstəklənən aksiyalar Gürcüstanın daxili siyasi və iqtisadi vəziyyətinə, eləcə də ölkənin xarici siyasətinə dair bir sıra məsələlərə təsir edir. Aksiyaların arxasında duran səbəblər və onların regionun ümumi təhlükəsizliyi üçün nə dərəcədə təhdid yarada biləcəyi böyük əhəmiyyət daşıyır.
Gürcüstan bizim üçün çox mühüm tərəfdaş və yaxın dostdur. Gürcüstanda sabitliyin pozulması və ya sabitliyin pozulması təhlükəsi Gürcüstan üçün olduğu kimi, Azərbaycan üçün də zərərlidir. Bu səbəbdən biz öz tərəfimizdən çalışmalıyıq ki, Gürcüstanda yaranan bu gərginlik tez bir zamanda aradan qalxsın və hər şey öz axarında davam etsin.
Prezident İlham Əliyev müsahibəsində toxunduğu məsələlərdən biri də COP29-la bağlı açıqlama idi. O müsahibəsində Azərbaycanın COP29-a ev sahibliyi etməsinin olduqca önəmli bir məsələ olduğunu qeyd etdi. Çünki belə bir tədbirin Azərbaycanda keçirilməsi Azərbaycanın nüfuzunun artması demək idi. Azərbaycan bunu bacardı. Çünki Azərbaycan hər zaman dünyanı narahat edən qlobal problemlərə həssaslıqla yanaşıb və öz töhfəsini verməyə çalışıb. COP29 yüksək səviyyədə keçirildi. Azərbaycanda keçirilən COP29 tədbiri, qlobal iqlim dəyişikliyi ilə mübarizə sahəsində bir dönüş nöqtəsi olaraq tarixə keçdi.
Azərbaycanın "yaşıl enerji" sahəsindəki təşəbbüsləri və ekoloji layihələri, beynəlxalq aləmdə böyük maraqla qarşılandı. Bu tədbir, Azərbaycanın həm ekoloji cəhətdən, həm də iqtisadi baxımdan dayanıqlı inkişafın təmin olunması istiqamətində atdığı addımların daha geniş müstəvidə qəbul edilməsinə imkan yaratdı.
Prezident müsahibəsində həmçinin media ilə bağlı münasibətini də bildirdi. Xarici medianın fəaliyyəti barədə bir sıra önəmli məsələlərə toxundu.
Bir sıra dövlətlərin media qurumlarının Azərbaycanın daxili işlərinə qarışmasının, yerli media qurumlarına xaricdən maliyyə verilişinin qəbuledilməz olduğunu vurğuladı. Müsahibədə Rusiya ilə münasibətlərə, Azərbaycanın müstəqil siyasət həyata keçirməsi kimi məsələlərə də toxundu.
Ceyhun Məmmədov,
Milli Məclisin deputatı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:205
embedMənbə:https://modern.az
archiveBu xəbər 20 Dekabr 2024 11:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see472

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see293

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see284

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see283

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see269

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see260

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see254

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see253

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see239

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see237

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see223

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see223

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see222

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see221

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see220

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see219

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see215

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see209

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see204

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri