Icma.az
close
up
RU
Azərbaycan investorları Qazaxıstanda turizm obyekti tikməyi planlaşdırır

Azərbaycan investorları Qazaxıstanda turizm obyekti tikməyi planlaşdırır

Icma.az bildirir, Azertag portalına istinadən.

Astana, 6 avqust, AZƏRTAC

Qazaxıstanın Abay vilayətinin başçısı Berik Uali bu ölkənin Azərbaycandakı səfiri Alim Bayel ilə görüşüb.

AZƏRTAC Abay vilayəti administrasiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, görüşdə Azərbaycan-Qazaxıstan İşgüzar Şurası sədrinin müavini, Türk Sahibkarları Assosiasiyası İdarə Heyətinin sədri Aslan Kuniyarov, həmçinin Azərbaycan İnvestisiya Holdinqi və Azərbaycan Sahibkarlığın İnkişafı Fondunun nümayəndələri iştirak ediblər.

Azərbaycan nümayəndə heyəti Alakol sahilində beynəlxalq müalicə-sağlamlıq kompleksinin tikintisi üzrə investisiya layihəsi barədə məlumat verib.

İnvestorlar eyni vaxtda 800 nəfəri qəbul etmək üçün nəzərdə tutulmuş bütün mövsümlər üzrə turizm obyekti tikməyi planlaşdırırlar. İnvestisiyanın həcmi 20 milyon dollardır. Kompleksin istifadəyə verilməsi ilə 200-ə yaxın yeni iş yeri açılacaq. Bundan əlavə, layihə regionun turizm cəlbediciliyini artıracaq, yerli büdcəyə vergi daxilolmalarını çoxaldacaq, habelə tibb və istirahətin kəsişməsində yeni klaster formalaşdıracaq. Səfir Alim Bayelin dediyi kimi, bu gün Azərbaycan ilə Qazaxıstan arasında müttəfiqlik münasibətləri yeni səviyyəyə yüksəlib.

Səfir əlavə edib: “Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ötən il üç dəfə Azərbaycana rəsmi səfər edib. Dövlət başçısı bizim qarşımıza iqtisadi əlaqələri gücləndirmək, istehsal və turizm sahələrində birgə layihələr həyata keçirmək üzrə yeni vəzifələr qoyub. 2024-cü ildə Qazaxıstan və Azərbaycanın birgə investisiya fondunu yaratdıq. Alakol kompleksinin tikintisi reallaşarsa, bu, həmin fond çərçivəsində ilk layihələrdən biri ola bilər”.

Vilayətin rəhbəri turizm layihəsinin region üçün əhəmiyyətini də vurğulayıb: “Qazaxıstanlılar və azərbaycanlılar qardaş xalqlardır, bizi ortaq tarix və mənəvi köklər birləşdirir. Səfərinizə və vilayətimizdə genişmiqyaslı turizm kompleksinin yaradılması təşəbbüsünüzə şadıq. Hazırda Alakol turizm zonasının baş planı hazırlanır. Biz bütün lazımi dəstəyi göstərməyə hazırıq”.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:205
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 Avqust 2025 14:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri