Türkiyə şirkətləri Qazaxıstanda gəmiqayırma zavodu tikməyi planlaşdırır AZƏRTAC
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Astana, 23 dekabr, AZƏRTAC
Kurık-Ələt marşrutu üzrə yalnız Azərbaycan bərələri işləyir.
AZƏRTAC Qazaxıstan mətbuatına istinadla xəbər verir ki, bu barədə Qazaxıstanın nəqliyyat naziri Marat Karabayev məlumat verib. Onun sözlərinə görə, ölkənin nəqliyyat sənayesində mühüm problemlərdən biri də yerli donanmanın olmamasıdır. “Hazırda Kurık-Ələt marşrutu üzrə yalnız Azərbaycan bərələri işləyir. İndi azı 7 gəmiyə ehtiyacımız var. Onların istehsalı üçün Türkiyənin “YDA” və “ASFAT” şirkətləri Kurık limanı yaxınlığında xüsusi zavod tikməyi planlaşdırır”, - deyə nazir bildirib.
Nazirin sözlərinə görə, yaxın üç il ərzində Aktau limanının konteyner daşıma gücünün 140 mindən 550 min konteynerə çatdırılması planlaşdırılır.
“Bunun üçün Çinin “Lyanyungan port” şirkəti ilə birgə konteyner qovşağının tikintisinə başlanılıb. Bundan əlavə, Almaniyanın “Renus”, Amerikanın “Wandernet” və Fransanın “CMA CGM” kimi şirkətləri ilə 300 min konteyner tutumu olan əlavə konteyner terminalının yaradılması üzərində iş aparılır. Həmçinin Kurık limanında “Sarja” çoxfunksiyalı terminalının tikintisi davam etdirilir”, - deyə o əlavə edib.
Bundan əlavə, Mangistau vilayətində regionda istehsalı planlaşdırılan yaşıl hidrogenin daşınması üçün terminal layihəsi üzərində iş gedir.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 23 Dekabr 2024 18:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















