Icma.az
close
up
RU
Azərbaycan iqtisadi transformasiyada Qlobal Cənub ölkələri üçün sivil tərəfdaşlıq modeli qurur

Azərbaycan iqtisadi transformasiyada Qlobal Cənub ölkələri üçün sivil tərəfdaşlıq modeli qurur

Icma.az, Demokrat.az saytına istinadən bildirir.

Finss.az - Qlobal dünyanın ən mühüm çağırışları qarşısında səssiz qalmamaq, sivil həmrəylik ruhunu gücləndirmək, yeni və ədalətli bir dünya nizamına doğru yol açmaq – bütün bunlar XXI əsrin vətəndaş cəmiyyətindən gözləntiləridir. Və bu gözləntilərin mərkəzində, dünya əhalisinin 80 faizini təmsil edən 116 ölkənin QHT nümayəndəsinin iştirak etdiyi Bakı şəhəri dayanır. Bu şəhər indi təkcə coğrafi yox, həm də ideoloji bir platformaya çevrilib – Qlobal Cənub QHT Platformasının beşiyi kimi.

2024-cü ilin noyabrında, COP29 çərçivəsində Azərbaycanın səsləndirdiyi təşəbbüs, qısa müddətdə beynəlxalq rezonans doğurdu. Azərbaycan Milli QHT Forumunun ideyası, QHT Koalisiyası tərəfindən rəsmi şəkildə gündəmə gətirildi və beləliklə, Qlobal Cənub QHT Platforması təsis olundu. Bu, Azərbaycanın ilk dəfə dünya miqyasında qeyri-hökumət sektorunda belə geniş miqyaslı dəstək qazandığı nüfuzlu bir təşəbbüs idi.
Bakıda keçirilən 'Həmrəy fəaliyyət: yeni və ədalətli dünya üçün Qlobal Cənub QHT-lərinin gücləndirilməsi' adlı Forumda qəbul olunan qərarlar, beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirildi. Bu, həm də sülhə, inkişaf və qlobal ədalətə doğru atılan konkret addım kimi dəyərləndirildi.
Braziliyalı professor Almir Lima Nascimento belə deyirdi: “Yeni Qlobal Cənub QHT Platforması regional və qlobal çətinlikləri təşəbbüslərlə həll etməyə yönələcək. Hazırda sosial və iqtisadi sahələrdə bir çox problemlərlə üz-üzəyik. Bu platforma, Qlobal Cənub çərçivəsində vahid cəbhə olaraq ədalətsizliyə, yoxsulluğa və iqlim dəyişikliyi kimi digər qlobal çağırışlara qarşı birgə mübarizəni vacib edir.”
Ekvadorun keçmiş xarici işlər naziri və UNITAR-in prezidenti Luis Gallegos isə əlavə etdi: “Dünya hər gün yeni çağırışlarla üzləşir və biz yeni pandemiyalara hazır olmalıyıq. Pandemiyalar istənilən dövlətə təsir edir və hər bir insan buna diqqət etməlidir. Qarşılaşdığımız problemləri dialoq yolu ilə həll etməyə çalışmalıyıq.”
BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Vladanka Andreyeva isə fikrini belə ifadə etdi: “Əsas dəyişikliyin gücü bizim birləşmək qabiliyyətimizdədir. Müxtəlif sektorlar və sahələr arasında əməkdaşlıq bu baxımdan xüsusi əhəmiyyət daşıyır.”
Azərbaycanın beynəlxalq təşəbbüslərdə fəallığı, xüsusilə də Qoşulmama Hərəkatına sədrliyi zamanı irəli sürdüyü humanitar ideyalar, COP29-da baş verən “Bakı dönüşü” ilə daha da gücləndi. Qlobal Cənub QHT Platformasının Bakıda təsis olunması Azərbaycanın təkcə coğrafi deyil, mənəvi və strateji baxımdan da qlobal vasitəçi olduğunu sübut etdi.
Bu platforma – yoxsulluğa, iqlim fəsadlarına, rəqəmsal uçuruma, ticarət bərabərsizliyinə və digər qlobal haqsızlıqlara qarşı Qlobal Cənub ölkələrinin birgə səsi və strategiyasıdır. Eyni zamanda, Cənub-Cənub əməkdaşlığının təşviqi baxımından mühüm bir tribuna rolunu oynayır.
BMT-nin İqtisadi və Sosial Məsələlər Departamentinin QHT şöbəsindən Vuk Tszin-Çanq qeyd edir: “Bu təşəbbüs, Cənub ölkələrinin beynəlxalq səhnədə daha güclü və koordinasiyalı şəkildə çıxış etməsinə şərait yaradacaq.”
Qanalı nümayəndə Porşa Adu-Mensa isə deyir: “Yeni təşəbbüs çərçivəsində Qlobal Cənub QHT-lərinə dəstək son dərəcə vacibdir. Bir çox cəmiyyətlər marginallaşdırılmış və həssas olaraq qalır. İndiyə qədər isə kifayət qədər insan hüquqları müdafiəçilərimiz olmayıb.”
Bütün bunlar göstərir ki, Bakı təkcə bir paytaxt deyil – artıq ideyaların, sivil həmrəyliyin və ədalətli dünya düzəninin mərkəzinə çevrilir. Azərbaycanın təşəbbüsü ilə reallaşan Qlobal Cənub QHT Platforması isə bu prosesin ideoloji sütunu, sivil davamıdır.
Emil Seyidəliyev
Qeyri-hökumət təşkilatı üzrə ekspert

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 21 May 2025 18:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see204

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see167

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see153

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see134

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see130

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see127

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see127

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see124

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri