Icma.az
close
up
RU
Azərbaycan iqtisadiyyatı 2025 də: Əsas prioritetlər, yaşıl transformasiya təşəbbüsləri TƏHLİL

Azərbaycan iqtisadiyyatı 2025 də: Əsas prioritetlər, yaşıl transformasiya təşəbbüsləri TƏHLİL

Icma.az bildirir, Metbuat portalına istinadən.

Azərbaycanın iqtisadi inkişafı son illərdə sürətli artım və dinamik dəyişikliklər mərhələsinə qədəm qoyub. 2025-ci ilə dair hökumətin proqnozları, həm də müstəqil ekspertlərin və millət vəkillərinin təhlilləri ölkənin iqtisadiyyatının daha da diversifikasiya olunacağını və qeyri-neft sektorunun payının artacağını düşünməyə əsas verir. Mütəxəssislər düşünür ki, yaşıl enerji, mavi qaz ixracatı və xarici investisiyaların cəlb olunması kimi istiqamətlər 2025-ci ildə ölkənin iqtisadi gündəmində əsas prioritetlər sırasında olacaq.

Millət vəkili Vüqar Bayramov Azərbaycanın 2025-ci il üçün iqtisadi mənzərəsinə və strateji hədəflərinə nəzər salıb. Millət vəkili Metbuat.az-a deyib ki, 2005-ci ildən bəri həm rəsmi qurumların, həm də beynəlxalq təşkilatların proqnozları Azərbaycanın iqtisadi artım tempinin sabit qalacağı istiqamətində fikirlər yaradır:

“Həmin dövrdə ölkə iqtisadiyyatının təxminən 4%-lik artımı gözlənilirdi. Hazırkı mərhələdə isə 2025-ci ilin iqtisadi mənzərəsi ilə bağlı diqqətçəkən məqam qeyri-neft sektorunun iqtisadi artımda payının əhəmiyyətli dərəcədə artmasıdır. 2024-cü ilin yekunları göstərir ki, qeyri-neft sektoru artıq Azərbaycanın iqtisadi inkişafının drayverinə çevrilməkdədir. Bu sektor, həm artım tempi baxımından ümumi iqtisadi inkişafı üstələyir, həm də işğaldan azad edilmiş ərazilərdə yeni iqtisadi imkanların yaradılması ilə fərqlənir”.

Millət vəkili xatırladıb ki, enerji sektoru da ölkənin iqtisadiyyatında önəmli rol oynamağa davam edir. Xüsusilə yaşıl enerjinin inkişafı, bu sahəyə daha çox sərmayənin cəlb olunması və mavi qaz ixracatının artırılması prioritet olaraq qalır:

“2020-ci ilin dekabrından etibarən Azərbaycan Avropa İttifaqına mavi qaz ixracına başlayıb. Bu müddət ərzində Avropaya 40 milyard kubmetrdən artıq qaz nəql edilib. Təkcə 2024-cü ilin ilk 11 ayının nəticələrinə əsasən, Azərbaycanın Avropaya mavi qaz ixracı 8% artıb. 2025-ci ildə bu trendin davam edəcəyi, daha çox ölkəyə, daha böyük həcmdə mavi qaz ixrac olunacağı gözlənilir.

Bununla yanaşı, Azərbaycan yaşıl iqtisadiyyata daha çox sərmayənin cəlb edilməsini hədəfləyir. Prezident İlham Əliyevin yeni dövr üçün müəyyən etdiyi prioritetlər sırasında xarici sərmayələrin, xüsusən də alternativ enerji mənbələrinə yatırımların artırılması xüsusi yer tutur. Bu çərçivədə sistemli işlər görülməkdədir. Nəzərə alsaq ki, son illər ərzində ölkə alternativ enerji mənbələrinə bir milyard dollardan artıq xarici sərmayə cəlb etmişdir, bu göstərici Cənubi Qafqaz regionunda ən yüksək rəqəm hesab olunur. Sözügedən trendin 2025-ci ildə də davam edəcəyi və həm yerli, həm də xarici sərmayələrin artaraq yaşıl enerji layihələrinə yönəldiləcəyi ehtimal edilir”.

Millət vəkili qeyd edib ki, bütün bu təşəbbüslər Azərbaycanın iqtisadi prioritetlərinin dayanıqlılığını təsdiqləyir:

“2025-ci il üçün qeyri-neft sektorunda artımın davam etməsi, yaşıl enerji layihələrinin genişləndirilməsi və iqtisadiyyatın daha çox xarici investisiyalar üçün cəlbedici olacağı proqnozlaşdırılır”,- deyə Vüqar Bayramov bildirib.

İqtisadçı Əkrəm Həsənov isə fərqli düşünür. O Metbuat.az-a açıqlamasında qeyd edib ki, iqtisadi artımın yüksəlməsi üçün qeyri-neft sektoru inkişaf etdirilməlidir:

“Valyuta ehtiyatlarının azalması, neft hasilatının düşməsi fonunda neft qiymətlərinin azalma gözləntisi var. Bundan başqa, qiymət artımı prosesinin başlaması də iqtisadiyyata mənfi təsir göstərir. Məsələnin həlli istiqamətində qeyri-neft sektorunun inkişafına xüsusi diqqət çəkilir. İşlək müssəsilərin artırılması, bu sahənin təkmilləşdirilməsi neft asılılığından uzaqlaşma istiqamətində ümidverici yön ola bilər. Eyni zamanda biznes təşəbbüsçülərinin səmərəli fəaliyyəti də bu işin inkişafına yön verə bilər”.

2025-ci ilə dair hökumətin proqnozları ümumilikdə kifayət qədər optimistdir. Belə ki, hökumət qeyri-neft sektorunda təxminən 5%-ə yaxın, neft sektorunda isə 0,5%-lik artım gözləyir və nəticədə iqtisadiyyatın ümumi olaraq 3,5% böyüməsi proqnozlaşdırılır.

İqtisadçı Rəşad Həsənov Metbuat.az-a deyib ki, 2025-ci ildə iqtisadi artım təqribən 2,5% ətrafında olacaqdır. Bunun əsas səbəbi kimi 2024-cü ildə iqtisadi artımı şərtləndirən amillərin 2025-ci ildə daha sabit bir dinamika nümayiş etdirəcəyini göstərmək olar:

“Xüsusilə, tikinti, xidmətlər, turistlərin yerləşdirilməsi, rabitə və informasiya xidmətləri, eləcə də nəqliyyat sektorunda artım tempinin əvvəlki illə müqayisədə daha durğun olması gözlənilir. Bununla yanaşı, uzun müddət geriləmədən sonra 2024-cü ilin ikinci yarısından etibarən sabitləşmə mərhələsinə daxil olan neft sektoru 2025-ci ildə iqtisadiyyata dəstək verən əsas sahələrdən birinə çevriləcək və burada təxminən 1,5%-lik artım proqnozlaşdırılır.

Eyni zamanda, 2025-ci ildə inflyasiyanın səviyyəsinin nisbətən daha yüksək olacağı gözlənilir. Hökumət bu göstəricini 4,6% olaraq proqnozlaşdırsa da, mənim hesablamalarıma görə inflyasiya 6-7% arasında dəyişə bilər. Bu artımı şərtləndirən əsas amillər arasında açıqlanan sosial paketlər, dövlət xidmətlərinin qiymətlərinin artması və qlobal iqtisadi tendensiyalar yer alır. Eyni zamanda, idxal məhsullarının qiymətindəki artımlar və fiskal siyasətin inflyasiya təzyiqlərini artıracağı ehtimal edilir”.

İqtisadçının proqnozuna görə, inflyasiya təzyiqlərinin yüksəlməsi ilə yanaşı, yaşıl iqtisadiyyata transformasiya siyasəti 2025-ci ildə də aktuallığını qoruyacaq:

“Bu çərçivədə hökumətin müəyyən öhdəlikləri və təşəbbüsləri var ki, bunlar əsasən enerji və nəqliyyat sektorlarında yaşıl texnologiyaların tətbiqini artırmağı və yaşıl maliyyə alətlərinin bazara təqdim edilməsini əhatə edir. Bu siyasət bizneslərin yaşıl transformasiyaya doğru təşəbbüslərini artıracağı gözləntilərini gücləndirir.

Bunun fonunda nəqliyyat və enerji istehsalı sahələrində, eyni zamanda maliyyə siyasətinin parametrlərində "yaşıl" yanaşmaların artacağı proqnozlaşdırılır. Xüsusilə, yaşıl maliyyə alətlərinin bazara çıxarılması prosesinin sürətlənməsi müşahidə ediləcəkdir. Bu da öz növbəsində biznesin 2025-ci ildə yaşıl transformasiya siyasətinə yönəlik təşəbbüslərini artıracaqdır.

Xarici investisiyalarla bağlı isə ciddi dəyişikliklərin olacağı ehtimalı aşağıdır. Beynəlxalq iqtisadi mühit bu sahədə çox rəqabətlidir, həmçinin Azərbaycanda mövcud siyasətin əsaslı dəyişiklikləri gözlənilmir. Buna görə də yeni tendensiyaların tempi əvvəlki illərlə müqayisədə təxminən eyni qalacaqdır. Daha çox investisiya, əvvəlki illərdə olduğu kimi, əsasən enerji istiqamətli layihələrə yönəldiləcəkdir.

Qeyri-enerji layihələrinə təxminən 800 milyon - 1 milyard dollar həcmində sərmayə gözlənilir. Lakin bu, iqtisadiyyatda böyük dəyişikliklərə səbəb olacaq miqyasda deyil. Ümumilikdə, 2025-ci ildə iqtisadiyyatın əvvəlki ilə nisbətən daha sabit bir artım dinamikası nümayiş etdirəcəyi və inflyasiyanın yüksək səviyyədə qalacağı ehtimal edilir. Neft sektorundakı müsbət dinamika bu templərə müəyyən dəstək verəcək, lakin qeyri-neft sahələrində artımın zəifləməsi iqtisadiyyatın ümumi göstəricilərinə təsir edəcək”.

Gülbəniz Hüseynli / Metbuat.az

Məqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi” mövzusu üzrə hazırlanmışdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:226
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 19 Yanvar 2025 13:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see264

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see245

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see236

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see234

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see233

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see219

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see211

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see193

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see184

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see184

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see181

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see167

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see159

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see156

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see145

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri