Icma.az
close
up
RU
Azərbaycan İran əməkdaşlığında dönüş mərhələsi

Azərbaycan İran əməkdaşlığında dönüş mərhələsi

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Çoxtərəfli əlaqələr ortaq maraqlara əsaslanır

İyunun 4-də Azərbaycan və İran prezidentləri İlham Əliyev ilə Məsud Pezeşkian arasında telefon danışığında münasibətlərdə ciddi dönüşün yarandığı məmnunluqla qeyd edilib. Teledialoq zamanı bir sıra məsələlərlə yanaşı, hər iki respublikanın aidiyyəti qurumlarının İranın dövlət başçısı Məsud Pezeşkianın ölkəmizə rəsmi səfəri zamanı qarşıya qoyulan tapşırıqların həyata keçirilməsi üçün səylərini davam etdirdikləri vurğulanıb.

Səfərin nəticəsi olaraq Bakı – Təbriz aviareysinin bərpası və Bakı – Tehran istiqamətində təyyarə reyslərinin sayının artırılması qeyd edilib, bunun xalqlarımız arasında təmasların artmasına müsbət təsir göstərəcəyinə əminlik ifadə olunub. Qeyd edək ki, İran Azərbaycan üçün dost və tərəfdaş ölkə olmaqla yanaşı, xalqlarımız arasında da qədim tarixə malik əlaqələr mövcuddur. Şübhəsiz ki, bu amil iki ölkə arasında münasibətlərin dərinləşməsini, əlaqələrin möhkəmlənməsini və dinamik inkişafını şərtləndirir. Bu il aprelin 28-də Prezident Məsud Pəzeşkiyanın respublikamıza rəsmi səfərinin uğurla gerçəkləşdirilməsi də bunun bariz ifadəsidir.

Azərbaycan və İranın dövlət başçılarının görüşlərində, eyni zamanda, Araz dəhlizi layihəsinin böyük diqqət çəkdiyi xatırladılmaqla bərabər, bu təşəbbüslə bağlı həm bölgədə, həm də dünyada müxtəlif fərziyyələr, şayiələr gəzdiyi qeyd edilib. Prezident İlham Əliyev tərəfindən buna heç bir əsas olmadığı diqqətə çatdırılaraq bunun, sadəcə, yeni bir nəqliyyat, bağlantı layihəsi olduğu və Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə İran ərazisindən birləşdirən bir layihə kimi diqqətdə saxlanıldığı bildirilib.

İran İslam Respublikası ölkəmizin vacib ticarət tərəfdaşlarından biridir. 2005-ci ildə iki ölkə arasında ümumi ticarət dövriyyəsinin həcmi 242 milyon 786,4 min ABŞ dolları təşkil etdiyi halda, ötən il bu göstərici 647,1 milyon dollara çatıb. Bu isə 2023-cü ilə nisbətən 159,7 milyon dolları və ya 32,8 faiz çoxdur. Ümumilikdə, 2024-cü ildə İran İslam Respublikası ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 1,3 faizi həcmində olub.

Hesabat ilində Azərbaycan İrana 14 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib. Ötən il ölkəmiz İrandan məhsul idxalını illik müqayisədə 160 milyon ABŞ dolları və ya 33,8 faiz artıraraq 633 milyon dollara çatdırıb. Cənub qonşmuzdan alınan məhsullar ölkəmizin ümumi idxalının 3,01 faizini təşkil edib.

Bu tendensiya 2025-ci ilin ilk aylarından da davam edib. Dövlət Gömrük Komitəsinin məlumatına görə, cari ilin yanvar-mart aylarında Azərbaycanla İran İslam Respublikası arasında ticarət əməliyyatlarının həcmi 157,2 milyon dolları təşkil edib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə müqayisədə 22,3 milyon dollar və ya 16,5 faiz çoxdur. Məlumata əsasən, hesabat dövründə İran İslam Respublikası ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 1,30 faiz həcmində olub.

İki ölkə arasında əməkdaşlığın mühüm istiqamətlərindən birini də nəqliyyat əlaqələri təşkil edir. Nəqliyyat – logistika sahəsində əməkdaşlığın əsas istiqamətlərindən biri Şimal – Cənub Nəqliyyat Dəhlizinin inkişafıdır. 2023-cü ildə bu marşrut üzrə yükdaşımaların 50 faiz artması və Ağbənd dəmir yolu körpüsünün tikintisi iki ölkənin logistika imkanlarının genişlənməsinə xidmət edir. Şimal – Cənub Nəqliyyat Dəhlizi həm Avropa ilə Asiya arasında ən qısa və səmərəli tranzit yolu kimi çıxış edir, həm də iqtisadiyyatın şaxələndirilməsinə, eləcə də beynəlxalq ticarətin genişlənməsinə şərait yaradır.

Şimal – Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi Hindistan və Cənub – Şərqi Asiya ölkələrindən gələn yüklərin İranın Bəndər – Abbas limanından Azərbaycan üzərindən daşınmasını gerçəkləşdirəcək. İldə 15 milyon ton yük daşınması planlaşdırılan bu tranzitdən Azərbaycan çox böyük gəlir (ildə, təxminən, 250-300 milyon dollar) əldə edəcək.

Bu dəhlizlə Cənub – Şərqi Asiyadan Avropaya yüklərin daşınması 10-15 faiz ucuz başa gələcək. Yüklərin Süveyş kanalı vasitəsilə daşınmasından 800 kilometr daha az məsafə qət ediləcək. Eyni zamanda, daşıma müddəti 20 gün azalacaq və yüklər daha etibarlı yolla mənzilbaşına çatdırılacaq.

Avtomobil daşımaları sahəsində də iki ölkə arasında əməkdaşlıq inkişaf edir. “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında beynəlxalq avtomobil daşımaları haqqında” Saziş çərçivəsində Azərbaycanın əsas ərazisi ilə Naxçıvan Muxtar Respublikası arasında İran ərazisindən keçən yükdaşımaları həyata keçirilir.

Hazırda bu məqsədlə Zəngilanın Ağbənd qəsəbəsi yaxınlığında və Naxçıvanda İran üzərindən bağlantı yaradılacaq körpülərin layihələndirilməsi artıq başa çatdırılıb. Gündəlik 1100 avtomobil, 30 avtobus və 15 min sərnişinin bu marşrutdan istifadə edəcəyi gözlənilir.

Azərbaycan və İran arasında hava nəqliyyatı da uğurla fəaliyyət göstərir. “Azərbaycan Hava Yolları” və “İran Air” Bakı və Tehran arasında müntəzəm uçuşlar həyata keçirir. Dəniz nəqliyyatı sahəsində isə Dövlət Xəzər Dəniz Gəmiçiliyinin gəmiləri vasitəsilə Azərbaycandan və Türkmənistandan İrana yüklər daşınır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 06 İyun 2025 09:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see305

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see289

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see274

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see272

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see245

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see234

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see231

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see216

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see216

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see213

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see211

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see209

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see207

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see203

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see198

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see195

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see187

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see184

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see183

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri