Icma.az
close
up
RU
Azərbaycan Kamboca əməkdaşlığında yeni mərhələ

Azərbaycan Kamboca əməkdaşlığında yeni mərhələ

Icma.az, Yeniazerbaycan saytına istinadən bildirir.

Azərbaycanın müxtəlif regionların dövlətləri ilə əlaqələrinin genişləndirilməsi və qarşılıqlı faydalı əməkdaşlığın inkişafı xarici siyasətin mühüm istiqamətlərindəndir. Kamboca Krallığının Baş naziri Hun Manetin Azərbaycana səfəri zamanı Prezident İlham Əliyevin mətbuata verdiyi bəyanat iki ölkə arasında siyasi, iqtisadi və humanitar əlaqələrin inkişaf perspektivlərini əks etdirir.

Azərbaycan ilə Kamboca arasında münasibətlər qarşılıqlı hörmət və tərəfdaşlıq prinsiplərinə əsaslanır. Yüksək səviyyəli görüşlər siyasi dialoqun möhkəmlənməsinə, ortaq maraq doğuran məsələlərin müzakirəsinə və yeni əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsinə şərait yaradır. Beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyət də ikitərəfli əlaqələrin inkişafında mühüm rol oynayır.

Parlamentlərarası əlaqələrdə də yüksək həmrəylik nümayiş etdirilir. Parlamentlər arasında əməkdaşlığın genişləndirilməsi, təcrübə mübadiləsi və beynəlxalq parlament təşkilatları çərçivəsində qarşılıqlı fəaliyyət siyasi münasibətlərin möhkəmlənməsinə xidmət edir. Kambocanın Azərbaycanın ASEAN Parlamentlərarası Assambleyasında müşahidəçi statusu əldə etməsinə verdiyi dəstək də qarşılıqlı etimadın göstəricilərindəndir.

İqtisadi əməkdaşlığın genişləndirilməsi səfərin əsas istiqamətlərindən biridir. Ticarət dövriyyəsinin artırılması, investisiyaların təşviqi, sahibkarlar arasında əlaqələrin qurulması və birgə layihələrin həyata keçirilməsi üçün geniş imkanlar mövcuddur. Təhsil, turizm, nəqliyyat və rəqəmsal inkişaf sahələrində əməkdaşlığın gücləndirilməsi də iki ölkənin qarşılıqlı maraqlarına uyğundur. Kamboca tərəfinin “ASAN xidmət” modelinə maraq göstərməsi Azərbaycanın dövlət xidmətləri sahəsindəki təcrübəsinin beynəlxalq səviyyədə öyrənilməsi baxımından əhəmiyyətlidir.

Bəyanatda mina təhlükəsi məsələsinə də diqqət yetirilib. İşğaldan azad edilmiş ərazilərdə mina təhlükəsinin aradan qaldırılması insanların təhlükəsizliyinin təmin olunması və bərpa-quruculuq işlərinin davam etdirilməsi üçün mühüm şərtdir. Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməsindən sonra həyata keçirilən Böyük Qayıdış proqramı isə doğma torpaqlara qayıdışın təmin edilməsinə və azad edilmiş ərazilərin yenidən qurulmasına xidmət edir.

Kambocanın Baş naziri Hun Manetin Azərbaycana səfəri iki ölkə arasında münasibətlərin yeni istiqamətlər üzrə inkişafı üçün əlverişli imkanlar yaradır. Siyasi dialoqun davam etdirilməsi, iqtisadi və humanitar əlaqələrin genişləndirilməsi, parlamentlərarası əməkdaşlığın möhkəmləndirilməsi qarşılıqlı tərəfdaşlığın gələcək inkişafına töhfə verəcək.

Cənab Prezident İlham Əliyevin bəyanatı Azərbaycanın beynəlxalq münasibətlərdə qarşılıqlı hörmətə, bərabərhüquqlu tərəfdaşlığa və qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan siyasətini bir daha nümayiş etdirir. Azərbaycan-Kamboca əlaqələrinin inkişafı ölkəmizin Asiya regionu ilə münasibətlərinin genişlənməsi və yeni əməkdaşlıq imkanlarının yaranması baxımından mühüm əhəmiyyət daşıyır.

Rövşən Əhmədov

YAP Ağcabədi rayon təşkilatının sədri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 15 Oktyabr 2026 12:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see742

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see573

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see323

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see317

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see286

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see284

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see278

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see273

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see272

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see268

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see268

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see267

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see265

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see246

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see231

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see227

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see220

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see215

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see200

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri