Icma.az
close
up
RU
İran Azərbaycan: enerji əməkdaşlığında strateji ortaqlıq

İran Azərbaycan: enerji əməkdaşlığında strateji ortaqlıq

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan və İran arasında münasibətlərin sabit və strateji əsas üzərində inkişafı son illərdə liderlər səviyyəsində qurulan qarşılıqlı anlayış və əməkdaşlıq sayəsində daha da möhkəmlənib. Prezident İlham Əliyevin balanslı və praqmatik regional siyasəti İranla münasibətlərin keyfiyyətcə yeni müstəviyə keçməsinə şərait yaradıb. Bu il İran Prezidenti Məsud Pezeşkianın Bakıya iki səfərində aparılan danışıqlar və imzalanan sənədlər ölkələrarası əlaqələrin perspektivinə işıq saldı.

İkitərəfli münasibətlərin əsas istiqamətlərindən biri də energetika sahəsində qurulan əməkdaşlıqdır. Azərbaycan və İran arasında uzun illər davam edən enerji tərəfdaşlığı bu gün də strateji əhəmiyyətini qoruyub saxlayır. Son məlumata əsasən, Azərbaycan Naxçıvan Muxtar Respublikasına qaz tədarükü məqsədilə İranla mövcud mübadilə mexanizminin müddətini ortamüddətli əsasda uzadıb. Eyni zamanda bu çərçivədə Türkmənistan qazının istifadəsi də davam etdiriləcək. Sözügedən qərar yalnız Azərbaycanın enerji təhlükəsizliyinin təminatı baxımından deyil, həm də regionda iqtisadi və siyasi əməkdaşlığın dərinləşməsi kontekstində xüsusi önəm daşıyır.

2005-ci ildən qüvvədə olan qarşılıqlı qaz mübadiləsi sazişinə əsasən, Azərbaycan Astaradakı qaz-kompressor stansiyası vasitəsilə İrana qaz ötürür, İran isə bu qazın qarşılığında öz ərazisindən keçən nəqliyyat marşrutundan Culfa vasitəsilə Naxçıvana qaz nəql edir. Bu “swap” (dəyiş- düyüş) mexanizmi Azərbaycanın əsas hissəsindən coğrafi baxımdan təcrid olunmuş Naxçıvan üçün uzun illər enerji ilə təminatın sabitliyini və dayanıqlığını təmin edən əsas vasitə olub.

Naxçıvanın xüsusi geosiyasi mövqeyi, yəni Azərbaycanın əsas ərazisindən ayrı qalması və yalnız İran, Türkiyə və Ermənistanla həmsərhəd olması onun enerji təhlükəsizliyini daim ön planda saxlayır. Regionun təbii qazla təminatında İrandan keçən marşrutun əhəmiyyəti bu baxımdan həyati əhəmiyyət daşıyır. Bu mexanizm təkcə enerji tədarükü baxımından deyil, həm də regional əməkdaşlığın və qarşılıqlı etimadın formalaşmasında mühüm rol oynayıb.

Mövcud müqavilənin müddətinin 2025-ci ildə başa çatacağı nəzərə alınaraq, tərəflər öncədən danışıqlara başlayaraq yeni saziş imzalamağa razılaşıblar. Yeni razılaşmaya əsasən, Naxçıvana gündəlik 1 milyon kubmetrədək qaz nəql ediləcək. Müqayisə üçün qeyd edilməlidir ki, əvvəlki illərdə bu rəqəm gündəlik 6 milyon kubmetrə qədər yüksəlmişdi. Bu azalma Naxçıvanda alternativ enerji marşrutlarının yaradılması və tələbatın optimallaşdırılması ilə izah olunur.

Yeni sazişin daha sərfəli və çevik şərtlərlə həyata keçirilməsi isə həm iqtisadi, həm də logistik baxımdan tərəflər üçün əlavə üstünlüklər yaradır. Əvvəla, bu əməkdaşlıq Azərbaycan üçün Naxçıvanın enerji təminatında çevik manevr imkanlarını artırır. İrandan keçən “swap” mexanizmi Naxçıvana enerji çatdırılmasını real vaxt rejimində tənzimləməyə şərait yaradır ki, bu da xüsusilə qış aylarında və enerji tələbatının artdığı dövrlərdə vacibdir.

Digər tərəfdən, bu mexanizm İran üçün də əhəmiyyətlidir. İran qaz infrastrukturundan istifadə etməklə həm tranzit gəlirləri əldə edir, həm də qonşu dövlətlərlə enerji sahəsində qarşılıqlı faydalı əməkdaşlıq nümunəsi yaradır. Bu isə İranın regiondakı enerji oyunçusu kimi nüfuzunun artmasına xidmət edir.

Bununla belə, Azərbaycan və İran arasında bu tip enerji razılaşmaları təkcə konkret qaz tədarükü məsələləri ilə məhdudlaşmır. Bu, eyni zamanda geosiyasi əhəmiyyətə malik olan, sabitlik və qarşılıqlı etimada əsaslanan əməkdaşlıq modelidir. Yeni sazişin imzalanması bu əlaqələrin uzunmüddətli xarakter daşıdığını və tərəflərin gələcəyə strateji baxışla yanaşdığını göstərir.

Əməkdaşlığın digər mühüm elementi Türkmənistan qazının bu mexanizmdə iştirakı ilə bağlıdır. İran Türkmənistandan aldığı qazın bir hissəsini daxili ehtiyacları üçün istifadə edir, digər hissəsini isə Naxçıvana yönəldir. Azərbaycan isə bunun qarşılığında İrana qaz verir. Beləliklə, bölgədə enerji resurslarının səmərəli dövriyyəsi təmin olunur. Qeyd edək ki, Türkmənistan qazının dünya bazarlarına çıxışının məhdud olması, onun qiymətinin nisbətən aşağı olmasına səbəb olur. Bu isə Azərbaycan üçün həm iqtisadi, həm də strateji üstünlüklər yaradır. Azərbaycanın daxili qaz tələbatının bir hissəsi ucuz türkmən qazı ilə qarşılandığı üçün ölkənin enerji resurslarına qənaət etmək imkanı yaranır. Eyni zamanda yerli hasilat olan qaz daha yüksək qiymətlərlə dünya bazarlarına ixrac edilir ki, bu da Azərbaycanın ticarət balansına müsbət təsir göstərir və ölkənin enerji sektorunun davamlı inkişafına şərait yaradır.

Mövzu ilə bağlı Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun şöbə müdiri, Mahir Zeynalov XQ-yə bildirdi ki, “swap” mexanizminin üstünlüklərindən biri də regionun enerji təhlükəsizliyinin artırılmasıdır: “Enerji tədarükünün müxtəlif mənbələrdən və fərqli marşrutlarla təmin olunması, mümkün təchizat pozuntularının və kəsintilərin riskini azaldır. Bu, xüsusilə enerji siyasətində risklərin diversifikasiyası baxımından vacibdir və regional sabitliyə müsbət təsir göstərir. Həmçinin bu əməkdaşlıq modeli regionun enerji infrastrukturunun qarşılıqlı inteqrasiyasına, yeni investisiya imkanlarının açılmasına və enerji bazarlarının inkişafına təkan verir.

Bölgədə enerji resurslarından səmərəli istifadə və dövriyyənin təmin edilməsi, iqtisadi inteqrasiya proseslərini sürətləndirir və diplomatik münasibətləri möhkəmləndirir. Azərbaycan, İran və Türkmənistan arasında bu cür innovativ və qarşılıqlı faydalı əməkdaşlıq modelləri, enerji sektorunda qarşılıqlı asılılıq yaratmaqla, uzunmüddətli strateji tərəfdaşlıq üçün güclü zəmin yaradır.

Nəticə etibarilə, “swap” mexanizmi enerji resurslarının optimal istifadəsi və iqtisadi faydaların maksimuma çatdırılması baxımından region üçün vacib bir modeldir. Bu, həmçinin Azərbaycan üçün həm daxili bazarın effektiv təminatında, həm də dünya enerji bazarlarında rəqabət qabiliyyətinin artırılmasında mühüm rol oynayır”.

Ekspert onu da qeyd etdi ki, Azərbaycan 2016-cı ildən bəri türkmən qazını birbaşa ala bilmədiyi üçün bu təchizatı İran vasitəsilə həyata keçirir: “Burada birbaşa ticarət deyil, “swap”, yəni, dəyiş-düyüş mexanizmi tətbiq olunur. Bundan başqa, Naxçıvan 2025-ci ilin mart ayından etibarən Türkiyənin İğdır bölgəsindən Sədərəyə uzanan yeni boru kəməri ilə qaz alır. Bu, sadəcə kəmər deyil, “bir millət-iki dövlət” arasında qardaşlığı, dostluğu möhkəmləndirən növbəti bağdır.

Gündəlik ötürmə gücü 2 milyon kubmetr olan bu xətt Naxçıvanın illik qaz tələbatını tam şəkildə ödəyə biləcək. Bu layihə enerji təchizatının şaxələndirilməsi baxımından mühüm addımdır. Həm İran, həm də Türkiyə üzərindən qaz ala biləcək Naxçıvan bundan sonra daha etibarlı enerji təminatına sahib olacaq. Bu, həm də Azərbaycanın regional enerji siyasətindəki manevr imkanlarını genişləndirir. Gələcəkdə kəmərlə əks istiqamətdə də axın mümkündür ki, bu da perspektivdə kəmərin Zəngəzur üzərindən yeni reallıq yaradacağı ehtimalını artırır”.

M.Zeynalov bildirdi ki, İran–Azərbaycan enerji əməkdaşlığı bu ikitərəfli münasibətlərin əsas sütunlarından birinə çevrilib. Bu əməkdaşlıq formatı regional həmrəylik, iqtisadi səmərəlilik və qarşılıqlı etimada əsaslanır. Liderlər səviyyəsində formalaşan anlayış və pozitiv ritorika isə əməkdaşlığın uzunmüddətli davamlılığını təmin edən əsas amillərdir.

Ə.PÜNHAN
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 30 Avqust 2025 11:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see242

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see210

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see188

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see174

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see172

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see168

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see159

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see158

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see148

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see141

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see139

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see138

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri