Icma.az
close
up
RU
Azərbaycan İran: iki ölkənin münasibətləri parlaq gələcəyə hesablanıb

Azərbaycan İran: iki ölkənin münasibətləri parlaq gələcəyə hesablanıb

Icma.az bildirir, Yeniazerbaycan portalına istinadən.

Arifə Abbasova,

YAP Tovuz rayon təşkilatının məsləhətçisi

Aprelin 28-də İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri iki qonşu dövlət arasında dostluq və əməkdaşlıq münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunu göstərir. Tarixi köklərə, ortaq mədəni dəyərlərə və qarşılıqlı hörmətə əsaslanan Azərbaycan-İran əlaqələri bu səfər çərçivəsində gələcək üçün çoxşaxəli əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi ilə daha da möhkəmlənib. Azərbaycan Prezidenti İlham Əliyev ilə İran Prezidenti Məsud Pezeşkian arasında keçirilən görüşlər və imzalanan sənədlər, eləcə də mətbuata verilən bəyanatlar tərəflərin siyasi iradəsini bir daha nümayiş etdirir. Ölkələrarası münasibətlər ortaq mədəniyyət və ənənə birliyinə söykənir, tarixi əlaqələr müasir dövrdə əməkdaşlığın möhkəm təməlini təşkil edir. Prezident İlham Əliyevin vurğuladığı kimi, xalqlarımız əsrlər boyu mehribanlıq, qardaşlıq şəraitində yaşayıb. Bu gün dövlətlərarası münasibətlərimiz bu möhkəm təməl üzərində inkişaf edir. İki ölkə arasında siyasi dialoqun yüksək səviyyədə aparılması münasibətlərin uzunmüddətli və sabit inkişafını təmin edən əsas sütunlardan biridir. Azərbaycan və İran beynəlxalq təşkilatlar, o cümlədən Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, ECO və Qoşulmama Hərəkatı çərçivəsində bir-birinin mövqelərini dəstəkləyir. İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana geniş nümayəndə heyəti ilə səfəri rəsmi Tehranın Bakı ilə uzunmüddətli və yüksək səviyyəli əməkdaşlıqda maraqlı olduğunu göstərir. Bu səfər əlaqələrin yüksək səviyyədə olmasının təzahürü kimi dəyərləndirilə bilər. Prezidentlər səviyyəsində imzalanan sənəd, o cümlədən əməkdaşlığın müxtəlif istiqamətlərini əhatə edən digər rəsmi razılaşmalar iki qonşu ölkənin bütün istiqamətlər üzrə bir-birinə yaxın olmaq istəyini göstərir. Azərbaycan Prezidentinin də söylədiyi kimi, “Məramımız, məqsədimiz birdir - dövlətlərarası əlaqələri yüksək səviyyəyə qaldırmaqdır”. Dövlət başçıları, həmçinin üçtərəfli əməkdaşlıq layihələrini, xüsusilə bütün iştirakçıların fayda görəcəyi Şimal-Cənub nəqliyyat dəhlizini geniş müzakirə ediblər. Bakıda aparılan müzakirələrdən sonra bu istiqamətdə də müəyyən intensivlik gözləmək olar. Cənab İlham Əliyev bəyan edib ki, Azərbaycan öz ərazisində bu nəqliyyat dəhlizinin fəaliyyəti üçün bütün lazımi infrastruktur layihələrini həyata keçirib. Hazırda imkanların və infrastrukturun genişləndirilməsi prosesi gedir. Belə ki, dəniz limanı, dəmir yolu və avtomobil nəqliyyatı üzrə də böyük sərmayə qoyuluşlu layihələrə start verilib. İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian ilə mətbuata bəyanatlarla çıxışı zamanı ölkəmizin Prezidenti İlham Əliyev xüsusi ilə Azərbayca-İran dostluğuna, qardaşlığına toxunaraq, bildirib ki, bu səfər bizim münasibətlərimizin inkişafında çox önəmli rol oynayacaq. Biz Prezident Pezeşkianı səbirsizliklə gözləyirdik. Çox təəssüf edirik ki, bir neçə gün bundan əvvəl İranda baş vermiş faciə insan itkiləri ilə nəticələndi. Bir daha qardaş İran xalqına başsağlığı veririk. Allah həlak olanlara rəhmət eləsin, yaralananlara Allah şəfa versin. Bu faciəyə baxmayaraq, Prezident Pezeşkian Azərbaycana öz səfərini gerçəkləşdirir. Biz bunu çox yüksək qiymətləndiririk və Allah xalqlarımızı bu bəlalardan qorusun, həmişə bizim bölgəmizdə sülh olsun, əmin-amanlıq olsun və hər iki ölkə bu istiqamətdə öz səylərini göstərəcək. Hər halda ikitərəfli formatda bölgədəki vəziyyət, sülhün dayanıqlı olması, əmin-amanlığın təmin edilməsi, ölkələrin suverenliyi, ərazi bütövlüyü, ölkələrin daxili işlərinə qarışmama kimi prinsiplər də üstün tutuldu. İran İslam Respublikasının prezidenti Məsud Pezeşkianın Azərbaycana ilk dəfə rəsmi səfəri, ölkə rəhbərlərinin imzaladıqları Birgə Bəyanat, hər iki ölkənin xarici işlər nazirlikləri arasında imzalanan 2025-2027-ci illər üçün Siyasi Məsləhətləşmələr Proqramı, habelə nəqliyyat sahəsində hərtərəfli əməkdaşlığın inkişafı ilə bağlı Anlaşma Memorandumu ikitərəfli münasibətlərin möhkəmləndirilməsində, regional əməkdaşlığın genişləndirilməsində, eyni zamanda İran-Azərbaycan dostluğunda yeni mərhələnin başlandığının nümayişi oldu. Azərbaycan-İran münasibətlərinin hüquqi bazası artıq 147 sənədi əhatə edir ki, bu da əlaqələrin geniş spektrdə və davamlı şəkildə inkişafına şərait yaradır. İki ölkə arasında fəaliyyət göstərən iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyası münasibətlərin institusional səviyyədə idarə olunmasının effektiv modelini ortaya qoyur. Dövlətlərlərarası təhsil, elm, mədəniyyət və turizm sahələrində əməkdaşlıq xalqlar arasında qarşılıqlı anlaşma və dostluğun möhkəmlənməsinə xidmət edir. Ortaq tarixi abidələrin tədqiqi, mədəni tədbirlərin təşkili və incəsənət mübadiləsi də bu sahədə yeni impuls yaradır. Bütövlükdə, səfər zamanı imzalanan sənədlər və əldə edilən razılaşmalar bir daha sübut edir ki, iki ölkənin münasibətləri parlaq gələcəyə hesablanıb. Qonşuluq, dostluq, suverenliyə hörmət prinsipləri bu münasibətlərin dayanıqlı təməlini təşkil edir. Qarşılıqlı etimad və siyasi iradə əlaqələrin gələcəkdə daha da dərinləşəcəyinə əminlik yaradır. Bu münasibətlər təkcə regional sabitlik üçün deyil, həm də daha ədalətli və çoxqütblü beynəlxalq nizamın qurulması baxımından önəmlidir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:99
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 01 May 2025 18:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see283

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see279

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see276

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see248

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see240

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see225

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see219

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see195

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see195

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see185

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see183

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see170

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see159

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see151

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see150

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see148

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see144

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see140

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see139

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri