Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Tənhalığın çox asan müalicəsi

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

Strateji tərəfdaşlıq hər iki ölkənin mənafeyinə hesablanıb

Strateji tərəfdaşlıq hər iki ölkənin mənafeyinə hesablanıb

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan Prezidenti İlham Əliyev Çin Xalq Respublikasında (ÇXR) dövlət səfərindədir. Aprelin 23-də iki ölkənin lideri hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat imzalayıb. Eyni zamanda, dövlət liderləri iki ölkə arasında münasibətlərin strateji xarakter alması barədə bəyanatlar səsləndiriblər.

ÇXR Sədri Si Cinpin Pekində Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlar zamanı bildirib ki, ölkələrimiz hərtərəfli strateji tərəfdaşlığın yaradılmasını elan ediblər. Çin liderinin sözlərinə görə, bir sıra əməkdaşlıq sənədlərinin imzalanması ikitərəfli münasibətlərin genişlənməsinə kömək edir. "İnanıram ki, sizin səfəriniz məhsuldar nəticələr verəcək", - deyə o vurğulayıb.

Şübhəsiz ki, Azərbaycan ilə Çin arasında əməkdaşlıq yalnız iki ölkə üçün deyil, bütün Avrasiya üçün xüsusi əhəmiyyət kəsb edir. 

Modern.az-a açıqlamasında Milli Məclisin Azərbaycan-Çin Parlamentlərarası İşçi Qrupunun üzvü Nigar Məmmədova bildirib ki, Azərbaycanla Çin arasında münasibətlər hər zaman yükəsk səviyyədə olub:

"Dünyanın ən güclü dövlətlərindən biri olan Çin Azərbaycanla əlaqələrə xüsusi önəm verir. Prezident İlham Əliyevin bu ölkəyə baş tutan dövlət səfəri isə münasibətlərdə yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Belə ki, bu səfər ikitərəfli əlaqələri hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəltdi. Hərtərəfli strateji tərəfdaşlıq dövlət başçılarının diplomatiyasına və qarşılıqlı razılaşmalara əsaslanır və bu tərəfdaşlıq davamlı, uzunmüddətli xarakter daşıyır. Rəsmi görüşlərdə də bəyan olundu ki, Bakı və Pekin bir-birini etibarlı tərəfdaş kimi qəbul edir. Yeni imzalanan “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat”da da qeyd olunur ki, dövlət başçıları hər iki ölkənin bir-birini prioritet təşkil edən, etibarlı və qarşılıqlı faydalı strateji tərəfdaş kimi nəzərdən keçirdiyini təsdiq ediblər. Ölkələrimiz qarşılıqlı siyasi etimadı daim möhkəmləndirməyə, qarşılıqlı dəstəyi gücləndirməyə hazır olduqlarını bəyan ediblər". 

Deputat vurğulayıb ki, hərtərəfli strateji tərəfdaşlıq həm də iki ölkənin xalqlarının mənafeyinə hesablanıb:

"Məlum olduğu kimi, iki ölkə arasında diplomatik münsibətlər 33 ildir qurulub. Ötən il ölkələrimiz arasında imzalanan strateji tərəfdaşlığın qurulması haqqında birgə bəyannamədə də qeyd olunub ki, strateji tərəfdaşlıq bərabərlik, etimad və qarşılıqlı dəstəyə əsaslanır. Təbii ki, strateji tərəfdaşlıq diplomatik münasibətlərdə ən yüksəksəviyyəli qarşılıqlı etimad, əməkdaşlıq deməkdir. Ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində də uğurlu əməkdaşlıq edir və bu, qarşılıqlı dəstəyə əsaslanır. İki ölkə arasında münasibətlər ərazi bütövlüyü və suverenliyə qarşılıqlı hörmət, daxili işlərə qarışmama prinsiplərinə əsaslanır. Bakı və Pekin bir-birinin seçdiyi inkişaf yolunu, təməl maraqlarını, suverenliyini, təhlükəsizliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir. Çin eyni zamanda Azərbaycan tərəfinin təklif etdiyi sülh gündəliyinə də dəstək ifadə edib, qarşıdurmaya yönəlmiş geosiyasi oyunları qeyri-məhsuldar hesab edir. Rəsmi Bakı da öz növbəsində Tayvanı Çin ərazisinin ayrılmaz tərkib hissəsi kimi tanıyır. 

Bu gün ikitərəfli münasibətlərin xarakterinə diqqət yetirdikdə aydın görünür ki, Azərbaycan və Çin müasir dünya nizamı və dünyada gedən proseslərə ortaq mövqedən baxır. Hər iki ölkə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə əsaslanan əsas normaların qorunmasına səy göstərir, diktə dilində danışmağa, güc siyasətinə qarşı çıxır. Bakı və Pekin ümumbəşəri dəyərlərin - sülh, inkişaf, bərabərlik, ədalət, demokratiya və azadlığın təşviqinə tərəfdardır.

Ticarət, investisiyalar, yaşıl enerji və rəqəmsal iqtisadiyyat sahələrində qarşılıqlı fəaliyyətin gücləndirilməsi də əsas hədəflərdən biridir. Eyni zamanda investisiya əməkdaşlığı üzrə işçi qrupun yaradılması da tərəflər üçün vacib əhəmiyyət kəsb edir. Məlum olduğukimi, Çin Azərbaycanın 4-cü ən böyük xarici ticarət tərəfdaşı, Azərbaycan isə hazırda Çinin Cənubi Qafqazdakı ən böyük ticarət tərəfdaşıdır.
Tərəflər həmçinin "Kəmər və yol” təşəbbüsünün Azərbaycanın “İpək Yolunun dirçəldilməsi” dövlət inkişaf strategiyası və 2030-cu ilə qədər olan sosial-iqtisadi inkişaf Strategiyası ilə uyğunlaşdırılmasını möhkəmləndirmək barədə razılaşdılar. Yeri gəlmişkən, Azərbaycanın Çin ilə Orta Dəhliz üzrə əməkdaşlıq imkanları da genişdir. Orta Dəhlizin Azərbaycan seqmentinin infrastrukturu təkmilləşdirilib. Orta dəhliz vasitəsilə ticarət əlaqələrinin genişlənməsi, Azərbaycana regional və beynəlxalq ticarət yollarında mərkəzi mövqe qazandıra bilər. Bu, iqtisadiyyatın diversifikasiyasına və ticarət həcminin artırılmasına kömək edəcək.
Çin həmçinin BMT-nın iqlim konfransı - COP29-un uğurla keçirilməsi münasibətilə Azərbaycanı təbrik edir. Yeni imzalanan Birgə Bəyanatda rəsmi Pekin “Bakı COP”un nəticələrini iqlim dəyişikliyi ilə mübarizə üzrə qlobal fəaliyyətə mühüm töhfə, dönüş nöqtəsi kimi qiymətləndirir. Xatırlatmaq yerinə düşər ki, Çin nümayəndə heyəti COP29-da ən fəal iştirakçılardan biri idi və dövlət başçımız bu günlərdə ÇİN KİV-nə verdiyi müsahibədə bu məqamı bir daha vurğuladı". 

N.Məmmədova Pekin tərəfindən 2026-cı ildə Bakıda keçiriləcək 13-cü Ümumdünya şəhərsalma forumu, həmçinin ölkəmizin Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsində (AQEM) sədrliyinin də dəstəkləndiyini qeyd edib:

"Azərbaycanın Asiyada qarşılıqlı əlaqə, rəqəmsallaşma və davamlı inkişaf istiqamətində fəaliyyəti Çində də yüksək qiymətləndirilir. Ümumiyyətlə, Azərbaycanın təkcə Mərkəzi Asiya, Xəzər və Cənubi Qafqazda deyil, daha geniş coğrafiyada regional sabitliyə, regional sülhə verdiyi töhfə artıq qlobal, beynəlxalq aktorlar tərəfindən yüksək qiymətləndirilir. Bu səfər bir daha Azərbaycan Prezidentinin beynəlxalq arenada fəaliyyəti, Azərbaycanın dünyada yerinin və rolunun yüksəldilməsi istiqamətində həyata keçirdiyi siyasətin növbəti uğuru kimi qiymətləndirilir".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:205
embedMənbə:https://modern.az
archiveBu xəbər 24 Aprel 2025 15:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see641

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see517

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see466

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see340

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see332

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see317

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see296

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see284

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see273

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see259

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see248

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see240

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see216

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see214

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see213

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see212

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see200

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see198

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see194

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

01 Noyabr 2026 21:10see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri