Icma.az
close
up
RU
İran Azərbaycan münasibətləri: Ortaq yaddaşdan strateji gələcəyə uzanan yol

İran Azərbaycan münasibətləri: Ortaq yaddaşdan strateji gələcəyə uzanan yol

Icma.az, 525.az saytına istinadən bildirir.

İran Prezidentinin Bakıya səfəri və Azərbaycan Prezidenti ilə birgə çıxışı iki ölkə arasında münasibətlərin növbəti mərhələyə qədəm qoyduğunu sübut etdi. Ən önəmlisi isə, bu səfərdə səsləndirilən sözlər və verilən mesajlar sadəcə diplomatik ritorikaya deyil, eyni zamanda tarixin, mədəniyyətin və mənəviyyatın dərin qatlarına istinad edirdi.

Ustad Şəhriyarın “Heydər Babaya Salam” şeirindən ayrılıq hissəsinin İran Prezidenti tərəfindən məhz bu məkanda səsləndirilməsi yalnız ədəbi zövq nümayişi deyil, həm də incə mesaj idi o, ayrılığı səsləndirməklə birliyin fəryadını duyururdu. Bu, təkcə şeir deyildi. Bu, mənəvi birliyin nidası idi və bu nida bizə aiddir.

Azərbaycan və İran arasındakı münasibətlər yüzillər boyunca həm coğrafi, həm də mədəni baxımdan paralel inkişaf edib. İran, Azərbaycan Respublikasının müstəqilliyini tanıyan ilk ölkələrdən biri olub və 1992-ci ildən bəri bu münasibətlər rəsmi diplomatik müstəviyə keçib. Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bu əlaqələr daha möhkəm əsaslara söykənərək yüksəliş mərhələsinə qədəm qoyub.
İki ölkə arasında bu gün iqtisadiyyatdan energetikaya, nəqliyyatdan turizmə qədər geniş sahələrdə əməkdaşlıq mövcuddur. Xüsusilə Şimal-Cənub nəqliyyat dəhlizi kimi irimiqyaslı layihələr təkcə ikitərəfli deyil, bütün region üçün strateji əhəmiyyət kəsb edir. Bakıda keçirilmiş biznes forum da bu əməkdaşlığın iqtisadi sütunlarını gücləndirmək məqsədi daşıyırdı. Forumda hər iki Prezidentin çıxışında çox önəmli məsələlər vurğulandı. Biznes-forumunda “Araz Dəhlizi” layihəsi xüsusi vurğulanaraq, onun təkcə Azərbaycan üçün deyil, region və Asiya-Avropa əlaqələri üçün strateji nəqliyyat bağlantısı olduğu bildirildi.

Hər iki Prezidentin çıxışında “Araz Dəhlizi” layihəsinin təkcə nəqliyyat infrastrukturunun inkişafı deyil, geosiyasi və iqtisadi əhəmiyyəti də ön plana çıxarılır. Prezident İlham Əliyev bu dəhlizi Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirən, eyni zamanda Avropa-Asiya nəqliyyat şəbəkəsinin vacib qoluna çevriləcək layihə kimi təqdim edir. Bu, faktiki olaraq Zəngəzur dəhlizi ətrafında yaranan mübahisələri İranın da iştirakı ilə alternativ bir marşrut vasitəsilə “yumşaltmaq” cəhdidir.

İran tərəfi isə bu layihəni bölgə ölkələri arasında inteqrasiyanın və iqtisadi əməkdaşlığın artırılması üçün fürsət kimi qiymətləndirir. Pezeşkianın çıxışında “biz özümüz təhlükəsizliyi təmin edə bilərik” fikri ilə, xarici güclərin bölgədəki təsirinə qarşı regional həmrəyliyə çağırış edilir.
Bu fakt göstərir ki, Araz Dəhlizi yalnız iqtisadi deyil, eyni zamanda siyasi-iqtisadi manevr vasitəsidir. Bu platforma vasitəsilə Azərbaycan və İran həm regional təşəbbüslərə liderlik etmək, həm də daha geniş beynəlxalq nəqliyyat və enerji əlaqələrinə çıxış əldə etmək istəyirlər.

İran Prezidenti Məsud Pezeşkianın “Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və biz buna hörmətlə yanaşırıq” bəyanatı isə münasibətlərin yalnız iqtisadi və mədəni deyil, eyni zamanda siyasi və regional həqiqətlər baxımından da uzlaşdığına sübutdur.

Bu gün İran və Azərbaycan beynəlxalq təşkilatlarda bir-birini dəstəkləyən, ortaq dəyərləri və maraqları paylaşan tərəfdaşlardır. Görüşlərdə verilən mesajlar göstərdi ki, münasibətlər yalnız keçmişin kölgəsində deyil, gələcəyin işığında formalaşır.Bu münasibətlər indi bir seçim qarşısındadır – bu, sadəcə dostluq deyil, bu, ortaq strateji yolun başlanğıcıdır.

Əfsanə ibrahimova 

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://525.az
archiveBu xəbər 04 May 2025 11:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see247

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see205

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see180

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see160

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see153

Qusarda aztəminatlı ailənin evinin təmirinə göstəriş verildi FOTO

20 Dekabr 2025 20:00see152

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see151

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see151

Türkiyə və HƏMAS nümayəndələri Qəzza razılaşmasının ikinci mərhələsini müzakirə ediblər

20 Dekabr 2025 21:11see151

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see147

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see146

Voltemade ilk 20 dəqiqədə “Çelsi”nin qapısına iki qol vuran dördüncü oyunçu olub

21 Dekabr 2025 02:45see146

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see143

“Hakimlərin bizə qarşı kobud səhvləri ilə üzləşirik” “Sabah”ın məşqçisi

21 Dekabr 2025 00:31see143

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see137

“Güllü”nün qızı həbsdə ilk dəfə danışdı

21 Dekabr 2025 00:55see134

İngiltərə Premyer Liqası: Liverpul azlıqda qalan Tottenhem i məğlubiyyətə uğratdı

21 Dekabr 2025 00:00see130

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see130

Türkiyədə daha üç məşhur barədə həbs qərarı çıxarıldı

21 Dekabr 2025 02:44see127

Silahlı hücuma məruz qalan türkiyəli futbolçu ÖLDÜ

20 Dekabr 2025 19:54see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri