Icma.az
close
up
RU
Azərbaycan İran münasibətlərinə bədnamların heç bir pozucu fəaliyyəti təsir etməyəcək RƏY

Azərbaycan İran münasibətlərinə bədnamların heç bir pozucu fəaliyyəti təsir etməyəcək RƏY

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 30 aprel, AZƏRTAC

İranda prezident seçkiləri keçirildikdən və Məsud Pezeşkianın prezident kürsüsündə fəaliyyətə başlamasından sonra anonsu verilən Azərbaycan səfəri nəhayət baş tutdu. Həm İran daxilində, həm ondan kənarda bu səfərin həyata keçməsinin qarşısını almağa cəhd edən yetərincə qüvvələr var idi və bu qüvvələrin cəhdləri boşa çıxdı. Çünki görüşmək arzusunda olan iki dövlət başçısı səddləri səbirlə, təmkinlə aradan qaldırdılar. Bu da onların görüşmək arzularının qarşısıalınmaz olduğunun sübutu idi. Axı hər iki dövlət başçısının da bir-birinə müraciətlə dediyi “qardaş” kəlməsinin qarşısında dayanan heç bir qüvvə ola bilməzdi. Hər iki prezident bir-birini qardaş adlandırdı. Bu, həqiqətən tarixdən gələn qardaşlığın tam yerində əks olunmuş ifadəsi idi. Hesab edirəm ki, nə Prezident İlham Əliyev, nə də Prezident Məsud Pezeşkian bundan sonra qardaş kəlməsini heç yerdə, Bakıda olduğu qədər sərrast ifadə etməyəcəklər. Çünki bu qardaşlığın əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuşdu. Ulu Öndər Heydər Əliyev sanki yaşadığımız bu günləri hiss etdiyinə görə İranla münasibətlərin inkişaf etdirilməsinə hər zaman çalışdı və sağlığında bu münasibətlərin bünövrəsini qoydu. Prezident İlham Əliyev Pezeşkianı “qardaş” adlandırmaqla elə mərhum atasının vəsiyyətini yerinə yetirmiş olur. Axı Ümummilli Liderin vəsiyyətinə İrandakı qardaş-bacılarımızla xoş münasibətlərin qurulması da daxil idi. Pezeşkianın Ümummilli Liderin qəbrini ziyarət edərək dua oxuması onun vəsiyyətinin həyata keçdiyini xəbər vermək deyildimi? Biz hamımız Ulu Öndərin o tayda yaşayan qardaş-bacılarımıza nə qədər həssas yanaşdığının şahidi olmuşuq. O, bütün ömrü boyu xalqımızı vahid tam halında görmüş, o tayla bu taydakı insanları bir-birindən ayırmamışdı. Dahi siyasətçi oradakı azərbaycanlıların xoşbəxtliyini, məsudluğunu mövcud vəziyyətlər çərçivəsində İranla münasibətlərin yaxşılaşmasında görürdü.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq Əlimusa İbrahimov deyib.

O bildirib ki, Məsud Pezeşkianın səfəri Azərbaycan-İran münasibətlərinə kənardan üçüncü qüvvənin müdaxiləsinin yolverilməz olduğunu bir daha sübut etdi. Bu qüvvələr sona qədər səfərin baş tutmamasına cəhd etsələr də alınmadı. Deməli, iki qardaş bir-biri ilə xoş münasibətlər qurmağı qarşılarına məqsəd qoyublarsa bu işdə heç kim onlara mane ola bilməz. Azərbaycan-İran münasibətlərinə qonşuluğumuzda olan bədnamların bundan sonra heç bir pozucu fəaliyyəti təsir etməyəcək. Münasibətlərimizin daha da möhkəmləndiyini görən pisniyyət qonşularımızın bizim ardımızca sürünməkdən başqa çıxış yolu qalmayacaq.

“İranda ciddi siyasi qüvvəyə malik olan qruplar da Azərbaycanla münasibətlər haqqında bundan sonra daha dərindən düşünməyə məcbur olacaqlar. Çünki 12 ölkədən ibarət olan qonşuların sırasında onlara Azərbaycandan yaxın olan ölkə yoxdur. Azərbaycanla İran arasında olan Xudafərin körpüsü Prezident İlham Əliyev tərəfindən əbəs yerə “Dostluq Körpüsü” adlandırılmayıb. Azərbaycan artıq neçənci dəfədir ki, İran üçün ən təhlükəsiz ölkə olduğunu sübut edir. Biz dəfələrlə bunu elan etmişik. Yenə də lazım gəldikcə bəyan edəcəyik. Biz İranla dostluq, qardaşlıq, münasibətlərinin tərəfdarıyıq. Həmişə belə olacaq. Biz həm regional, həm də qlobal məsələlərdə İranla birlikdə hərəkət etməyin tərəfdarıyıq. Torpaqlarımızın işğaldan azad edilməsindən sonra İranla münasibətlərin inkişaf etdirilməsi üçün gözəl imkanlar açıldı. Münasibətlərimizin xoşməramlı olmasının bir sübutu da 3+3 formatında İranla təmas nöqtələrinin daha da inkişaf etdirilməsi istiqamətində göstərdiyimiz təşəbbüslərdir. Azərbaycanda bu təşəbbüslərin də nəhayət fayda verəcəyinə dərindən inanırlar.

İranda Azərbaycana lazımi diqqət verməkdə maraqlı olmayan qüvvələr Pezeşkianın bu səfərindən sonra düzgün yol tutmadıqlarını dərk edəcək. Beləliklə, hazırkı Prezidentin Azərbaycanla bağlı təşəbbüslərini dəstəkləyəcək, həmçinin Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın regionun ən nüfuzlu dövlətinə çevrildiyini qəbul edəcəklər”, - deyə politoloq vurğulayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:76
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 Aprel 2025 12:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see237

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see232

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see201

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see188

“Benfika”nın baş məşqçisi Joze Mourinyo “Çelsi”ni idarə etməyə hazırdır

01 Yanvar 2026 20:17see179

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see156

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see153

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see146

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see144

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see144

Türkiyədə Fələstinə dəstək üçün 520 min nəfər Qalata körpüsündə toplaşıb FOTOLENT

01 Yanvar 2026 18:21see143

“Formula 1”də ən çox qazanan sürücülər: 2025 ci ilin ən yaxşı 5 pilotu

01 Yanvar 2026 18:03see140

Putinə qarşı bu addım vəziyyəti ağırlaşdırdı Türkiyəli politoloq

01 Yanvar 2026 11:43see140

Sabah da ayrılıq baş verə bilər, Rusiyaya geri qayıdır İDDİA

01 Yanvar 2026 13:32see138

Niyə müalicə üçün xaricə gedirik? ARAŞDIRMA

01 Yanvar 2026 13:14see137

KİV: Aktyor Tommi Li Consun qızının meyiti Kaliforniyadakı hoteldə tapılıb

02 Yanvar 2026 08:52see137

Türkiyə Çin vətəndaşları üçün vizanı ləğv edib

01 Yanvar 2026 17:48see136

Pensiya yaşı ilə bağlı QƏRAR VERİLDİ Bu ildən...

01 Yanvar 2026 09:53see136

Qarabağı istəyən erməni müğənninin yolka sı FOTO

01 Yanvar 2026 13:12see136

Putin cavan qalmaq üçün gözləməli olacaq KONKRET

01 Yanvar 2026 19:30see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri