Icma.az
close
up
RU
Terrorçunun edamı Azərbaycan İran münasibətlərinə necə təsir edəcək?

Terrorçunun edamı Azərbaycan İran münasibətlərinə necə təsir edəcək?

525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Pərvanə SULTANOVA
[email protected]

Azərbaycan-İran münasibətlərinin irəliyə aparılmasında əsas problemlərdən biri öz həllini tapdı. Söhbət 27 yanvar 2023-cü il tarixində Azərbaycanın İran İslam Respublikasındakı səfirliyinə qarşı terror hücumu həyata keçirmiş şəxslə bağlı məhkəmə qərarının nəhayət icrasından gedir. Həmin vaxt səhər saatlarında Yasin Hüseynzadə adlı şəxs "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu yararaq, səfirliyin mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib, iki əməkdaş - Vasif Tağıyev və Mahir İmanov isə hücumun qarşısını alarkən yaralanıblar. Hadisəni əks etdirən görüntülərdən bəlli oldu ki, əgər səfirliyin əməkdaşı Vasif Tağıyev terrorçunu zərəsizləşdirməsəydi, daha böyük faciə baş verə bilərdi. Çünki səfirlik əməkdaşlarının ailə üzvləri də həmin binada olublar.

Təbii ki, Azərbaycan dövlətinin bu terror hadisəsinə reaksiyası dərhal oldu və adekvat qərarlar qəbul edildi. Prezident İlham Əliyevin göstərişi ilə Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyəti dayandırıldı, əməkdaşlar və onların ailə üzvlərindən ibarət ümumilikdə 53 nəfər ölkəyə qayıtdı. Bu hadisə o dövrdə onsuz da ürəkaçan olmayan İran-Azərbaycan münasibətlərini daha da pisləşdirdi. Rəsmi Bakı tam haqlı olaraq İran tərəfindən lazımi addımların atılmasını tələb etdi. Azərbaycan dövləti ilk günlərdən terror aktının obyektiv və açıq araşdırılmasında təkid edirdi. Lakin İranda bu proses gecikir, bəzi hallarda mahiyyətdən uzaqlaşama müşahidə edilir, qatilin psixi problemləri olması, yaxud terror hadisəsini ailə-məişət məsələsinə bağlamaq cəhdləri olurdu. Bu cür yanaşmalar isə münasibətləri daha da gərginləşdirirdi. Bakının prinsipial mövqeyində isə dəyişən heç nə yox idi: cinayətkar öz layiqli cəzasını almalı idi.

İran məhkəməsi 28 yanvar 2024-cü il tarixində Yasin Hüseynzadə haqqında ölüm hökmü çıxarır. İndi qalırdı müəyyən instansiyaların keçilməsindən sonra həmin qərarın icrası. İki il ərzində aparılan məhkəmə proseslərindən sonra İran Ali Məhkəməsi səfirliyə hücum edən şəxslə bağlı ölüm hökmünü təsdiqlədi və iş Tehrana cinayət hökmlərinin icrasına göndərildi. Ölüm hökmü qərarı 21 may 2025-ci il tarixində səhər saat 5-də icra olunub. Bununla da cinayətkar öz layiqli cəzasını almış oldu.

Azərbaycanın Xarici İşlər Nazirliyi səfirliyə hücum etmiş terrorçuya qarşı edam hökmünün icrasına münasibət bildirib: "Edamın icra olunması prosesini səfirliyimizin 2 nəfər əməkdaşı və məhkəmə prosesində Azərbaycan tərəfindən təyin edilmiş vəkil müşahidə edib. Sözügedən terror aktını həyata keçirmiş şəxsin ən ağır şəkildə cəzalandırılması Azərbaycanın İran tərəfindən əsas gözləntiləri sırasında idi.

Diplomatik əlaqələr haqqında Vyana Konvensiyasına uyğun olaraq, diplomatik missiyalarımızın təhlükəsizliyinin təmin olunması və bu qəbildən əməllərin qarşısının alınması istiqamətində yerləşmə ölkəsi tərəfindən müvafiq tədbirlərin görülməsi hər zaman əhəmiyyət kəsb edir.

Qarşılıqlı hörmətə və mehriban qonşuluğa əsaslanan Azərbaycan-İran əlaqələrinin inkişafı istiqamətində birgə səylərin davam etdirilməsini vacib hesab edirik".

Qeyd edək ki, Azərbaycanla İran arasında aparılmış danışıqlar nəticəsində 15 iyul 2024-cü il tarixindən etibarən səfirliyimiz Tehranda yeni ünvanda fəaliyyətini bərpa edib. Səfir və səfirliyin heyəti İrana geri dönüb.

Terror hadisəsi təbii ki, ikitərəfli münasibətlərə öz mənfi təsirini göstərdi. Onsuz da yaxın illər, xüsusilə 44 günlük müharibə və ondan sonrakı dövr İran-Azərbaycan münasibətlərində gərginlik dövrü kimi xarakterizə olunur. İranın bəzi regional məsələlərə yanaşması, bu ölkə daxilində bir sıra qüvvələrin addımları, bəyanatları əlaqələrin pisləşməsinə səbəb olmuşdur. Amma son vaxtlar baş verənlər iki ölkə arasında soyuqluq mərhələsinin geridə qaldığını göstərir.

Azərbaycan və İran yaxın qonşu dövlətlərdir. İki ölkəni birləşdirən məqamlar çoxdur, tarixi bağlar, əsrlərə dayanan qonşuluq münasibətləri, əməkdaşlıq ənənələri burda mühüm rol oynayır. Eyni zamanda, regionda formalaşmış yeni reallıqlar əməkdaşlıq dinamikasını artırmaq üçün yeni imkanlar açır. İki ölkənin iqtisadi baxımdan çox vacib layihələri var, əməkdaşlıq potensialı olduqca böyükdür. Ən vacib məqam isə budur ki, Azərbaycandan heç vaxt İrana ziyan gəlməyib, ölkəmiz İran əleyhinə qüvvələrə dəstək verməyib, bütün dünya xalqları, xüsusilə qonşu ölkələrlə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq, əməkdaşlıq etmək prinsipini üstün tutur. Bakı Tehrana münasibətdə həmişə səmimi olub, ikili standartlarla hərəkət etməyib, cənub qonşusundan da eyni münasibəti gözləyib.

Bu mənada cari ilin aprel ayında İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfərini münasibətlərdə yeni səhifə hesab etmək olar. Məhkəmə qərarının icrası nəzərə alınmaqla, artıq deyə bilərik ki, bu səfər öz bəhrəsini verir.

Prezident İlham Əliyev iranlı həmkarı ilə görüşdə "Bizim məramımız, məqsədimiz birdir - Azərbaycan-İran dövlətlərarası əlaqələrini yüksək səviyyəyə qaldırmaq. Bunun üçün müvafiq göstərişlər verildi və əminəm ki, bu göstərişlər yerinə yetiriləcək", - fikirləri Bakının İranla əməkdaşlığa verdiyi önəmi göstərir.

Dövlət başçısı deyib ki, bu səfərin münasibətlərimizin inkişafında çox önəmli rol oynayacağına heç bir şübhə etmir: "Biz Prezident Pezeşkianı səbirsizliklə gözləyirdik... İkitərəfli formatda bölgədəki vəziyyət, sülhün dayanıqlı olması, əmin-amanlığın təmin edilməsi, ölkələrin suverenliyi, ərazi bütövlüyü, ölkələrin daxili işlərinə qarışmama kimi prinsiplər də üstün tutuldu".

İran Prezidenti isə münasibətlərin yeni başlamadığını, qədim dövrlərdən üzü bəri həmişə bir yerdə olduğumuzu deyib: "Tarixin lap qədim dövrlərindən birlikdə, yan-yana olmuşuq. Sərhəd qonşuluq deməkdir, evlərin qonşuluğu kimi. Qonşuların həyəti var, evi var. Lakin onların bir-birinin arasında gediş-gəliş olur. Bir-birinə dayaq durarlar, kömək edərlər, səsinə səs verərlər. Bizim bu bölgədə mədəniyyət, din, etiqad, siyasət kimi bütün bu sahələrdə həddindən artıq oxşar cəhətlərimiz var. Bununla fəxr edirik. Çalışacağıq ki, bundan sonra da bu müştərək dəyərlər əsasında münasibətlərimizi davam etdirək".

İran lideri Azərbaycanla gələcək üçün geniş, əhatəli və daha yaxşı strateji planın olmasının əhəmiyyətinə də toxunub: "Bütün sahələrdə - sənaye, elm, mədəniyyət, iqtisadiyyat, siyasət, təhlükəsizlik üzrə planlarımız olsun. Biz birlikdə bölgədə sülh, təhlükəsizlik və əmin-amanlığı təmin edəcəyik və öz çətinliklərimizi həll edəcəyik. Əminəm ki, əgər biz müsəlman ölkələri, regional dövlətlər və qonşular, qədim dövrlərdən bir yerdə olmuş qardaş və bacılar əl-ələ verib bir-birinin ərazi bütövlüyünə hörmətlə yanaşsaq, dünyaya baxışlarımız qarşılıqlı qaydada razılaşdırılmış olacaq".

Görünən odur ki, Bakı-Tehran münasibətləri son zamanlar, xüsusilə Prezidentin səfərindən sonra xeyli istiləşib.

Azərbaycanın Tehrandakı səfirliyinə hücum edən şəxsin edam olunması isə bu münasibətlətin inkişafını daha da sürətləndirəcək. Azərbaycan dövlətinin istədiyi də budur.

Bu günlərdə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İrana səfəri və "Tehran Dialoq-2025" Forumunda iştirakı orada İslam Respublikası rəsmiləri ilə keçirdiyi görüşlər, müzakirələr təbii ki, münasibətlərə öz müsbət təsirini göstərəcək.

Prezidentin köməkçisi yerli KİV-ə açıqlamasında bu məqama diqqət çəkərək deyib: "Bu müzakirələr İran-Azərbaycan münasibətlərinə yeni nəfəs, yeni təkan verib. Bizim iranlı həmkarlarımızla qarşımızda duran vəzifə ondan ibarətdir ki, mövcud əlaqələri daha irəli aparaq. İranda keçirilən Tehran Dialoq Forumu çərçivəsində biz regional, qonşu dövlətlər arasında olan məsələləri müzakirə etməklə bərabər, İranla Azərbaycan arasında olan dostluq, qardaşlıq münasibətləri əsasında əlaqələrimizin inkişaf perspektivlərini bir daha müzakirə edəcəyik".

H.Hacıyev Forumun panelində bildirib ki, bu gün regionda sülh üçün ideal şərait yaradılıb. Hətta deyə bilərik ki, regionda faktiki sülh və sabitlik hökm sürür. Azərbaycan əlindən gələni edəcək ki, regionda tam və yekun sülh bərqərar olsun.

Bu həftənin əsas hadisələri sırasında Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Azərbaycan və İran hərbi qulluqçularının iştirakı ilə "Araz-2025" birgə təliminin keçirilməsi oldu. Müdafiə Nazirliyinin məlumatında deyilir ki, təlim çərçivəsində qarşıya qoyulmuş tapşırıqlar hər iki ölkənin hərbi qulluqçuları tərəfindən dəqiqliklə yerinə yetirilib.

Azərbaycan - İran münasibətləri öz axarına düşərək irəliləyir, əməkdaşlığın möhkəmlənməsi həm iki ölkə, həm regionun inkişafı, təhlükəsizliyi üçün vacibdir. Atılan addımlar, qəbul edilən qərarlar əlaqələr üçün daha yaxşı perspektiv vəd edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:626
embedMənbə:https://525.az
archiveBu xəbər 23 May 2025 09:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see351

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see343

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see261

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see255

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see247

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see238

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see238

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see236

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see231

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see231

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see223

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see214

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see211

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see207

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see202

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see198

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see194

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see190

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see189

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri