Icma.az
close
up
RU
Azərbaycan işğalla üzləşən bütün ölkələr üçün bir etalondur

Azərbaycan işğalla üzləşən bütün ölkələr üçün bir etalondur

Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

"Azərbaycan Prezidenti İlham Əliyevin  Kopenhagendə “Avropa Siyasi Birliyi”nin 7-ci zirvə toplantısı çərçivəsində bir sıra mühüm görüşləri baş tutub. Bu görüşlərdən biri də Ukrayna lideri Volodimir Zelenski ilə keçirilib. Məlum olduğu kimi Rusiya-Ukrayna müharibəsi hələ də davam etməkdədir. Azərbaycan Respublikası Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir və dəfələrlə İlham Əliyevin müvafiq sərəncamları ilə Ukraynaya humanitar yardımlar ayrılıb. 2025-ci ilin iyul ayında keçirilən III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşdə cənab Prezident ukraynalı jurnalist Dmitri Qordon tərəfindən müharibə şəraitində olan Ukrayna xalqına nə məsləhət görə biləcəyi ilə bağlı ünvanlanmış suala cavab olaraq, “heç vaxt təslim olmamağı və ərazi bütövlüyünün pozulması ilə barışmamağı məsləhət görərdim” deyə bildirib".

Bu fikirləri Redaktor.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Üzeyir Mustafayev Azərbaycan Prezidenti İlham Əliyevin Ukrayna lideri Volodimir Zelenski ilə keçirdiyi görüşdən danışarkən bildirdi.

"Azərbaycan uzunmüddətli işğal faktına son qoymaqla, ədalətsiz və ikili mövqedən çıxış edən dünya qarşısında ədaləti təmin edə bilib. Uzun illər status-kvonun qorunmasına çalışan dünya birliyinə özünün yaratdığı yeni reallıqları qəbul elətdirib. Hər iki müstəvi üzrə prezidentin rəhbərliyi altında döyüş meydanında ordunun qazandığı qalibiyyət bu gün diplomatik arenada da öz məntiqi nəticəsinə uyğun davam etməkdədir. Bu baxımdan Azərbaycan BMT-yə üzv olan digər ölkələr içərisində unikal mövqeyə sahibdir. Nəzərə alsaq ki, Azərbaycan Respublikası və onun ali siyasi rəhbərliyi bu gün işğalla üzləşən bütün dövlətlər üçün bir etalondur, Zelinskinin ölkə başçımızla görüşü təsadüfi hal deyildir".

Siyasi şərhçi eyni zamanda qeyd etdi ki, Azərbaycan həm də enerji sahəsində layiqli tərəfdaş olduğunu dəfələrlə sübut etmiş dövlətdir.

"Məhz bu səbəbdən də müzakirə olunan məsələlərdən biri də enerji sahəsində əməkdaşlıqla bağlı olub. Ukrayna Prezidentinin öz təşəkküründə qeyd etdiyi kimi bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ukraynanın suverenliyi və ərazi bütövlüyünə prinsipial və ardıcıl dəstək göstərməkdədir. Xüsusilə qeyd etmək lazımdır ki, bu dəstək siyasi və humanitar sahələri əhatə edir. İki lider arasında baş tutan bu görüş dövlətlərarası münasibətlərə müsbət təsir edəcəkdir", - deyə Üzeyir Mustafayev yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:136
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 03 Oktyabr 2025 20:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see329

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see328

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see324

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see319

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see304

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see302

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see287

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see287

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see280

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see279

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see278

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see273

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see263

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see261

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see261

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see249

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see248

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see245

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see228

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see222
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri