Icma.az
close
up
RU
Pensiyaçılar üçün cənnət ölkələr: Azərbaycan neçəncidir?

Pensiyaçılar üçün cənnət ölkələr: Azərbaycan neçəncidir?

Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.

Dünyada rahat və təminatlı pensiya həyatı üçün ən uyğun ölkələrin siyahısı açıqlanıb. 

Bakıvaxtı.az xəbər verir ki, 2024-cü il üzrə “Comfortable Retirement Rankings” siyahısında ümumilikdə 89 ölkə qiymətləndirilib və ölkələr sosial rifah, səhiyyə sistemi, yaşayış xərcləri, vergi mühiti və iqlim kimi əsas meyarlar əsasında sıralanıb.

Reytinqə əsasən, Azərbaycan 81-ci yerdə qərarlaşıb. Ölkənin iqtisadi göstəricilərinə nəzər saldıqda, ümumi daxili məhsulun təxminən 72.4 milyard dollar, əhalinin isə 10.1 milyon nəfər olduğu qeyd edilir. Adambaşına düşən ÜDM isə 23,686 dollar səviyyəsində göstərilib. Bu göstəricilər Azərbaycanın pensiya üçün əlverişlilik baxımından siyahının son hissəsinə yaxın yerləşdiyini ortaya qoyur.
Şərqi Avropa ilə müqayisədə fərq daha kəskindir
Şərqi Avropa ölkələri ilə müqayisədə fərq daha da dərinləşir. Məsələn, Polşa 38-ci, Rumıniya 42-ci, Bolqarıstan 46-cı, Çexiya isə 48-ci yerdədir. Bu ölkələrdə adambaşına düşən ÜDM göstəriciləri əsasən 40–50 min dollar intervalında dəyişir və bu da onların pensiya üçün daha əlverişli mühit yaratdığını göstərir.

Baltik ölkələri də Azərbaycandan irəlidədir. Latviya 57-ci, Estoniya 66-cı, Litva isə 68-ci yerdə qərarlaşıb. Bu ölkələrdə sosial sistem və həyat keyfiyyəti daha yüksək qiymətləndirilir.

Digər tərəfdən, İsrail 74-cü yerdə qərarlaşsa da, iqtisadi göstəricilər baxımından Azərbaycandan xeyli üstündür, bu ölkədə adambaşına düşən ÜDM 53 min dollardan çoxdur.

MDB məkanında Azərbaycanın mövqeyi
Keçmiş sovet ölkələri arasında da Azərbaycanın mövqeyi ideal deyil. Qazaxıstan 77-ci yerdə qərarlaşaraq Azərbaycandan bir qədər irəlidədir və burada adambaşına düşən ÜDM təxminən 39 min dollar təşkil edir.

Digər MDB ölkələrindən Ukrayna 85-ci, Belarus 87-ci, Rusiya isə 88-ci yerdədir. Azərbaycan bu ölkələrin bir hissəsini geridə qoysa da, ümumilikdə MDB daxilində orta səviyyədən aşağı mövqedə qalır.

Türk dövlətləri arasında vəziyyət
Türk dövlətləri arasında fərqlər daha diqqətçəkəndir. Türkiyə 33-cü yerdə siyahının ilk yarısında yer alır və bu sahədə lider mövqedədir. Qazaxıstan 77-ci, Azərbaycan 81-ci, Özbəkistan isə 84-cü yerdədir.

Qeyd etmək vacibdir ki, Qırğızıstan və Türkmənistan bu reytinqdə yer almır.

Azərbaycana yaxın göstəricilər
Azərbaycanın yerləşdiyi aralıq daha çox inkişaf etməkdə olan ölkələrlə üst-üstə düşür. Onun yaxınlığında Serbiya (76-cı yer), Oman (78-ci yer), Kamerun (79-cu yer), Zimbabve (80-ci yer) və Əlcəzair (82-ci yer) kimi ölkələr qərarlaşıb. Bu ölkələrin əksəriyyətində adambaşına düşən ÜDM göstəriciləri də Azərbaycana yaxın və ya daha aşağıdır.

İlk sıralar: yüksək rifah ölkələri
Reytinqin ilk pillələrində isə ənənəvi olaraq yüksək rifah və inkişaf səviyyəsi ilə seçilən ölkələr yer alır. İsveçrə birinci yerdə qərarlaşıb və bu ölkədə adambaşına düşən ÜDM 92 min dollardan çoxdur. Onu Yeni Zelandiya, Portuqaliya, Avstraliya və İspaniya izləyir.

İlk onluqda yer alan ölkələrin əksəriyyətində bu göstərici 50–140 min dollar aralığında dəyişir, bu da pensiya dövrü üçün yüksək həyat keyfiyyəti deməkdir.

Son sırada olan ölkələr:
Livan reytinqdə 86-cı yerdə qərarlaşıb və ölkədə adambaşına düşən ÜDM təxminən 12,853 dollar səviyyəsindədir. Belarus isə 87-ci pillədə yer alır və ölkənin ÜDM-i 71.9 milyard dollar, adambaşına düşən ÜDM göstəricisi isə təxminən 30,751 dollar təşkil edir. Rusiya siyahıda 88-ci yerdə qərarlaşıb və ümumi ÜDM-i 2.02 trilyon dollar olsa da, adambaşına düşən ÜDM 44,104 dollar civarındadır. İran isə 89-cu yerdə sonuncular sırasında yer alır və ölkənin ÜDM-i 402 milyard dollar, adambaşına düşən ÜDM göstəricisi isə təxminən 17,922 dollar səviyyəsindədir.
Qeyd edək ki, araşdırmada əsas diqqət insanların yaşlılıq dövründə hansı ölkələrdə daha komfortlu və təhlükəsiz həyat sürə biləcəyinə yönəlib.

Məlumata görə, pensiya planlaşdırılması zamanı verilən ən vacib qərarlardan biri yaşayış yerinin seçilməsidir. Xüsusilə ABŞ vətəndaşları arasında xaricdə yaşamaq daha cəlbedici hesab olunur və rəsmi statistikaya əsasən, ABŞ-dan kənarda yaşayan təxminən 760 min nəfər hər il ümumilikdə 7.5 milyard dollar sosial təminat ödənişi alır.

Araşdırma “Best Countries” reytinqinin tərkib hissəsi kimi hazırlanıb və 2024-cü il üzrə nəticələri əhatə edir. Sorğu çərçivəsində 17 minə yaxın insanın fikirləri öyrənilib və xüsusilə 40 yaşdan yuxarı təxminən 5900 respondentlərin cavabları əsas götürülüb.
Reytinq hazırlanarkən ölkələr bir neçə əsas meyar üzrə qiymətləndirilib. Bu meyarlara yaşayış xərclərinin əlçatanlığı, vergi mühitinin əlverişliliyi, insanların mehribanlığı, ölkənin yaşamaq üçün uyğunluğu, iqlimin rahatlığı, mülkiyyət hüquqlarının qorunması və səhiyyə sisteminin inkişaf səviyyəsi daxildir./Modern.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 26 Mart 2026 19:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see666

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see352

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see325

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see314

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see313

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see293

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see285

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see282

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see266

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see239

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see228

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see227

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see227

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see220

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see217

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see212

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see207

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see186

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see179

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri