Təhlükəsizlik bütün ölkələr üçün prioritetdir DEPUTAT DANIŞDI
Sia Az saytına istinadən Icma.az xəbər verir.
"Prezident İlham Əliyevin himayəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən XIII Qlobal Bakı Forumunun açılış mərasimi başlayıb. 2013-cü ildən başlayaraq ənənə halını alan bu tədbirlərin əhəmiyyəti olduqca böyükdür".
Bu sözləri SİA-ya açıqlamasında deputat Müşfiq Cəfərov deyib.
Onun sözlərinə görə, qlobal miqyaslı beynəlxalq məsələlərin həlli üçün bu gün dünyanın Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərinin, uzun illər müxtəlif dövlət və hökumətlərə başçılıq etmiş tanınmış siyasətçilərin, sabiq xarici işlər nazirləri və nüfuzlu diplomatların təcrübə, fikir, ideya və təkliflərinə ciddi ehtiyac vardır: "Forumun birinci günündə çıxış edən Prezident İlham Əliyev Qlobal Bakı Forumunun "geniş spektrli məsələləri əhatə edən və çox yüksək beynəlxalq nüfuza malik aparıcı beynəlxalq qurumlardan biri" olduğunu xüsusi vurğuladı. Dövlət başçısı həmçinin tədbirdə bütün dünya üçün aktual və vacib olan məsələlərə toxundu.
Bu gün təhlükəsizlik, sabitlik və müdafiə məsələləri əksər ölkələr, hətta dünyanın bütün dövlətləri üçün bir nömrəli məsələdir. İstənilən inkişaf sülh, sabitlik və təhlükəsizlikdən asılıdır. Sabitlik olmadan heç bir inkişafdan söhbət gedə bilməz. Bu baxımdan Azərbaycan dövlət başçısı çox doğru olaraq vurğuladı ki, təhlükəsizlik istiqamətində beynəlxalq səylər birləşdirilməlidir.
Cənab Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, builki forumun gündəliyi çox genişdir. Lakin müzakirələr zamanı xüsusi diqqət bölgəmizdəki və dünyadakı mövcud vəziyyətə yönəldi. Dövlətimizin başçısının da vurğuladığı kimi, təhlükəsizlik əsas amildir və beynəlxalq səylər məhz bu istiqamətdə birləşdirilməlidir.
Hazırda dünyada yeni gərginlik nöqtələrinin yaranması və uzunmüddətli mövcud münaqişələr beynəlxalq təhlükəsizlik strukturuna təhdid təşkil edir. Bütün bunlar beynəlxalq hüquqa təhdiddir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 18 Mart 2026 15:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















