Icma.az
close
up
RU
Azərbaycan İslam dünyasında həm elmi, həm mədəni, həm də dini baxımdan nümunə göstərilə biləcək mövqedədir

Azərbaycan İslam dünyasında həm elmi, həm mədəni, həm də dini baxımdan nümunə göstərilə biləcək mövqedədir

Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

"Bu gün sosial şəbəkələrdə İslam təbliğatı yüksək səviyyədə həyata keçirilir. Bildiyimiz kimi, əvvəllər din haqqında məlumat almaq üçün insanlar əsasən məscidlərə, dini ədəbiyyata və ya alimlərlə canlı ünsiyyətə ehtiyac duyurdularsa, bu gün sosial şəbəkələr həmin rolu qismən öz üzərinə götürüb".
Bu sözləri Demokrat.az-a açıqlamasında ilahiyyatçı Əkrəm Həsənov deyib. 
"Demək olmaz ki, bu gün İslam təkcə sosial şəbəkələrdə təbliğ olunur. Məscidlərdə Cümə günləri xütbələr verilir, bəzi evlərdə və ayrı-ayrı dini toylarda İslam dəvətləri aparılır. Fərqli məzhəblərə mənsub müsəlmanlar öz aralarında İslam dəyərlərini öyrənir, bir-birlərinə aşılayır və bu dəyərləri yaşamağa çalışırlar.
İndi isə artıq dinin mahiyyətini, Qurani-Kərimin mesajlarını, Peyğəmbərimizin (s) əxlaqını və İslamın mənəvi dəyərlərini öyrənmək üçün təkcə internet üzərindən bir “klik” kifayət edir. Həm süni intellekt, həm də sosial şəbəkələr vasitəsilə insanlar istədikləri dini mövzularda geniş məlumat əldə edə bilirlər. Xüsusilə gənc nəslin sosial mediadan fəal istifadəsi İslamın ideya baxımından daha geniş kütləyə çatmasına səbəb olur".
O bildirib ki, bu təbliğatda əsas rol maarifləndirici, elmi yanaşmaya əsaslanan din alimlərinin, ilahiyyatçıların və dindar ziyalıların üzərinə düşür:
"Çünki internet mühiti həm doğru bilginin, həm də yanlış təbliğatın məkanıdır. Kimlərsə İslamı sevgi, mərhəmət, ədalət və elm dini kimi təqdim etdiyi halda, digərləri onu sərtlik, cəhalət və nifrətlə bağlamağa çalışır. Bu səbəbdən İslamın təməl prinsiplərini, Qurani-Kərimin ayələrini düzgün izah edən, cəmiyyətə real dəyərlər qazandıran maarifçi yanaşmalar daha çox dəyərləndirilməlidir.
Azərbaycanda sosial şəbəkələrdə bu istiqamətdə müsbət dinamika müşahidə olunur. Bir çox alimlər, tədqiqatçılar, müəllimlər və gənc ilahiyyatçılar canlı yayımlar, məqalələr, qısa videolar və paylaşımlar vasitəsilə insanları dinin əsaslarına qaytarmağa çalışırlar. Onların məqsədi dini xurafatdan təmizləmək, radikal və fanatik baxışların qarşısını almaq, eyni zamanda İslamı müasir düşüncə və elmi yanaşma ilə təqdim etməkdir".
İlahiyyatçı deyib ki, bununla belə, sosial mediada bəzən dindən istifadə edib şəxsi maraqlar güdən, dini populizm yaradan, elmi və mənəvi məsuliyyət daşımayan şəxslər də az deyil:
"Belə hallarda dinin təmiz və həqiqi obrazı kölgələnə bilər. Ona görə də izləyicilər dini bilgiləri haradan aldıqlarına diqqət etməli, hər dini paylaşımı həqiqət kimi qəbul etməməlidirlər. Quranda buyurulur: “Əgər bilmirsinizsə, elm əhlindən soruşun.” (Nəhl, 43). Bu ayə göstərir ki, dini bilik sahəsində əsas söz sahibi savadlı və məsuliyyətli alimlər olmalıdır.
Ümumilikdə, sosial şəbəkələr İslam təbliği üçün güclü bir vasitəyə çevrilib. Əgər bu platformalarda doğru istiqamət saxlanılarsa, dinin mahiyyəti daha dərin anlaşılar, insanlar bir-birinə daha çox hörmət və anlayışla yanaşar, cəmiyyətin mənəvi səviyyəsi yüksələr. Bu gün Azərbaycan İslam dünyasında həm elmi, həm mədəni, həm də dini baxımdan nümunə göstərilə biləcək mövqedədir. İslamın düzgün və elmi şəkildə təqdim olunması isə bu müsbət mənzərənin əsas dayaqlarından biridir".
Əfsanə Kamal
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 15 Oktyabr 2025 19:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see252

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see201

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see179

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see177

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see171

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see166

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see164

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see156

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see153

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see152

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see146

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see145

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see145

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see145

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see144

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see142

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri