Azərbaycan İspaniya və Çinin hərbi sənaye müəssisələri ilə əməkdaşlığı genişləndirir
Report.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycan İspaniya və Çinin hərbi sənaye müəssisələri ilə əməkdaşlığı genişləndirir.
Bu barədə "Report"a Azərbaycan Müdafiə Sənayesi Nazirliyindən bildirilib.
Belə ki, Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində keçirilən “IDEX-2025” Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində İspaniyanın “Escribano” şirkətinin prezidenti Xavier Escribano Ruiz və “İndra” şirkətinin sədri Angel Escribano Ruiz, həmçinin Çin Xalq Respublikasının “Norinco” şirkətinin prezidenti Çen Defan, İndoneziya Respublikasının “E-System Solutions FZ” şirkətinin icraçı direktoru Həbib Boukharouba ilə görüşüb.
Görüşlərdə şirkətlərin hərbi sənaye müəssisələri ilə əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb, bu sahədə qarşılıqlı işgüzar səfərlərin həyata keçirilməsi ilə bağlı razılığa gəlinib.
Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyəti ilə İspaniyanın “Escribano” şirkəti arasında əməkdaşlığa dair Anlaşma Memorandumu, Çin Xalq Respublikasının “Norinco” şirkəti ilə əməkdaşlığa dair müqavilə imzalanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 18 Fevral 2025 21:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















