Azərbaycan istehsallı dizel daxili bazara və Gürcüstana yönəldilir
Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal dərinliyinin artması SOCAR-ın Gürcüstanda yerləşən Kulevi terminalında Azərbaycandan dizelin aşırılmasına təsir edib.
"APA-Economics" xəbər verir ki, bunu "GLENMAR Group"un təşkil etdiyi "Xəzər və Mərkəzi Asiya neft treydingi və logistikası Forumu"nda çıxışı zamanı terminalın baş direktoru İlqar Əlizadə deyib.
Onun sözlərinə görə, NEZ-də modernləşmə getdiyinə görə, əvvəllər xaricə çıxarılan nisbətən aşağı keyfiyyətli dizel daha dərin emal keçir.
İlqar Əlizadə qeyd edib ki, NEZ-də istehsal olunan "Avro-5" dizel Azərbaycanın daxili bazarına və Gürcüstana yönəldilir.
"Bu gün Azərbaycandan ixrac 1.5, 2 il əvvəlkindən bir qədər aşağıdı", - İlqar Əlizadə qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 24 Aprel 2025 17:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















